Bu ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən Azərbaycanda 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,0, boşanmaların sayı isə 1,3 olub.
Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2678 nəfər gələn və 1397 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1281 nəfər təşkil edib.