Ötən əsrin 90-cı illəri hər mənada qarışıq ruha sahib olan canlı rənglərlə dolu bir dövr idi. Bu, saçdan geyimə, aksessuardan makiyaja qədər bir çox şeyi əhatə edirdi. Bir sözlə, hər şey rəngli və göz oxşayan, canlı tonlarda idi. Bu illəri modanın ən rəngarəng dövrü adlandıra bilərik.
Hətta 90-cı illərin bəzi dəbli geyimləri var ki, biz onlardan indi də vazkeçə bilmirik və hazırda onlar moda sahəsində öz aktuallıqlarını qoruyub saxlayır.
Beləliklə, 90-cı illərdən bu yana dəbdən düşməyən geyimləri təqdim edirik:
Dəri gödəkçələr
Yüksəl bel şalvarlar
Kombinezon
“Crop”lar
“Mom” cinslər
Bermuda cins şortlar
Neon rəngli geyimlər
Qalın dabanlı ayaqqabılar
Aşağı çiyin “bluz”lar
Atlaz paltarlar
“Transparan” köynəklər
Məxməri parçalar