facebook

99 gün Facebook-dan imtina et, bəxtəvər ol!

Baxış sayı: 1. 903
“Gencaile.az” İCTnews-a istinadən bildirir ki, layihə çərçivəsində Facebook istifadəçilərinə 99 gün ərzində sosial şəbəkədən imtina etmək təklif olunur. Araşdırma nəticəsində Facebookun insanların xoşbəxtlik səviyyəsinə necə təsir etməsi müəyyən olunacaq.
Justun bundan öncə keçirdiyi araşdırmalar göstərib ki, insanlar gün ərzində Facebookdan 17 dəqiqə istifadə edirlər. Bu, o demək idi ki, 99 Days Of Freedomun iştirakçıları 28 saat asudə vaxtlarını boşaldacaqlar. Bu arada layihənin müəllifləri əmin edirlər ki, günlərin sayı təsadüfi seçilməyib. Bu müddət ərzində eksperimentin istifadəçiləri bezə bilməyəcək, tədqiqatçılar isə onlara tələb olunan məlumatları toplaya biləcəklər.
Facebook – inanılmaz platformadı və biz hesab edirik ki, o, sevgiyə layiqdir. Lakin biz həm də hesab edirik ki, sosial şəbəkədən daha az istifadə edilməsinin emosional üstünlükləri var. Biz layihənin çoxlu müsbət emosiyaya səbəb olacağını hesab edirik və 99 gündən sonra bizim nəzəriyyəmizin nə qədər düzgün olacağı məlum olacaq, – deyə Justun art-direktoru Merlin Strathof bildirib.
Eksperimentdə iştirak etmək üçün layihənin saytında qeydiyyatdan keçmək və avatarda 99 Days Of Freedom yerləşdirmək, sosial şəbəkədən imtina etmək və həyatdan zövq almaq təklif olunur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir