hamilelik

Keysər kəsiyindən sonra təbii doğuş mümkündürmü?

Baxış sayı: 1. 383

Həkimlər keysər kəsiyi haqqında danışanda, artıq çoxdandır ki, insanlar daha təəccüblənmirlər. Belə operativ müdaxilə sayəsində bir çox qadınlar uşaq dünyaya gətirə bilmişdirlər. Lakin bu üsul nə qədər yaxşı görünsə də, istənilən başqa əməliyyatlarda olduğu kimi, onun da öz müsbət və mənfi cəhətləri vardır. Əgər qadın qeysər kəsiyinin köməyi ilə doğmuşdursa, onda onun qarşısına elə sual çıxır ki, növbəti doğuş hansı şəkildə keçəcəkdir. Və mütləqmi keysər kəsiyindən sonra daha bir keysəriyyə keçirilməlidir?

Əvvəllər hesab edilirdi ki, növbəti doğuş yalnız əməliyyat yolu ilə tamamlana bilər. Qadına iki dəfə keysər kəsiyi edilmişdirsə, onda əksər hallarda həkimlər ona sterilləşməni təklif edirdilər ki, yeni hamiləliklər baş verməsin. Bu gün həkimlər tərəfindən belə təkliflər daha edilmir və bundan başqa onlar deyirlər ki, keysəriyyədən sonra müdaxiləsiz sağlam uşaq dünyaya gətirmək tamamilə real bir məsələdir. Çox hallar olub ki, qadınlar keysər kəsiyindən sonra təbii yolla bir neçə uşaq dünyaya gətirmişdirlər.

Bü gün keysər kəsiyinə bir qədər başqa cür yanaşırlar, nəinki bir neçə onilliklər bundan əvvəl. Əgər hər şey düzgün yerinə yetirilsə, keysər kəsiyinin köməyi ilə 10 uşaq da dünyaya gətirmək olar. Ancaq həm hamiləliyin, həm də doğuşun nörmal keçməsi üçün bir necə sadə şərtləri yerinə yetirmək lazımdır. Ən əsas şərt odur ki, hamiləliklər arasında abortlar olmasın və bir doğuşdan o biri doğuşa qədər ən azı 3-4 il keçsin. Bu müddət ərzində uşaqlıq tam bərpa olunacaq, tikişlər isə bitişəcəkdir.

Həmçinin hamilə qadının təbii doğuşa köklənməsi vacib şərtdir, bunun birinci və ya onuncu doğuş olmasından asılı olmayaraq. Şübhəsiz ki, bu həmişə biz istədiyimiz kimi olmur və bəzi hallarda keysəriyyəsiz keçinmək olmur.

Təkrar keysər kəsiyi üçün göstərişlər

Mütləq göstəricilər onlardır ki, qadın nə birinci nə də sonrakı hallarda təbii yolla doğuş keçirə bilmir. Həmçinin həkimlər əməliyyat üçün nisbi göstəricilər haqqında da danışırlar, hansılar ki bəzən birbaşa təbii doğuş zamanı meydana gələ bilər.

– Anatomik və ya kliniki cəhətdən çanağın dar olması. Belə diaqnoz zamanı qeysər kəsiyindən qaçmaq praktiki olaraq mümkün deyil. Halbuki, bir çox Avropa ölkələrində hətta belə diaqnozla da qadınların əksəriyyəti operativ müdaxiləsiz doğmağa müvəffəq olurlar.

–  Çanaq sümüklərinin deformasiyası və qasıq sümüklərinin ayrılması;

–  Anada onkoloji xəstəliklər;

–  Dölün düzgün istiqamətdə yerləşməməsi;

–  Uşağın çox böyük ölçüləri;

– Ciftin düzgün istiqamətdə yerləşməməsi və ya vaxtından əvvəl ayrılması. Xüsusilə də bu, uşaqlıqda əvvəlki əməliyyatlardan qalan kəsiklərin olduğu halda təhlükəlidir.

Həmçinin uşaq tərəfindən də hipoksiya və zəif doğuş fəaliyyəti kimi problemlər meydana gələ bilər.

Keysər kəsiyi zamanı ana və uşaq üçün təhlükə

Həkimlər həmişə xəbərdarlıq edirlər ki, Keysər kəsiyi bir əməliyyatdır və o həm ana, həm də uşaq üçün təhlükəli ola bilər. Onlar həmçinin deyə bilərlər ki, Keysəriyyədən sonra müdaxiləsiz doğmaq bir qədər təhlükəlidir, çünki uşaqlıq cırıla (partlaya) bilər. Amma əgər söhbət təkrar Keysər kəsiyindən gedirsə, onda hansısa həyat üçün təhlükəli olan çətinliklərin yarana bilməsi haqqında, onlar hətta bir söz də söyləmirlər.

Buna görə də əgər birinci doğuş zamanı sizə Keysər kəsiyi edilmişdirsə, onda təkrar hamiləliyə əvvəlcədən və dəqiqliklə hazırlanmaq lazımdır. Eyni zamanda təbii doğuş variantını da nəzərdən keçirmək lazımdır. Əlbəttə bu halda ən müxtəlif qorxular yaranır, cırılmalar kimi, amma hətta bu halda da həm ananı həm də uşağı xilas etmək tamamilə mümkündür. Və bugünkü gündə həkimlər artıq dəfələrlə bunu sübut etmişdirlər. Buna görə də heç bir halda özünü təkrar analıq sevincindən məhrum etmək lazım deyil.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir