Alimlər piylənmənin süd vəzisi xərçəngi riskini üç dəfə artırdığını sübut edib
“Gencaile.az” Publika.az– a istinadən xəbər verir ki, hindistanlı mütəxəssislər əsasən qarın nahiyəsindən yığılan abdominal piylənmənin qadınlarda onkoloji xəstəliklərin inkişafı riskini 3 dəfə artırdığını iddia edir.
Hindistanın aparıcı onkologiya mərkəzinin həkimləri həddindən artıq cəlbedici və dolu bədən formaları ilə süd vəzisi xərçənginin inkişafı arasında birbaşa əlaqə olduğu sübut edib. Çoxillik müşahidələr əsasında məlum olub ki, abdominal piylənmə qadınlarda onkoloji xəstəliklərin inkişafı riskini 3 dəfə artırır. Tədqiqatçıların fikrincə, bel çevrəsinin uzunluğu 80 sm-dən daha çox olduğu və bel ombalardan praktik olaraq fərqlənmədiyi zaman xərçəng xəstəliyi riski artır. Bununla yanaşı, alimlərin fikrincə, qadınların yaşı da həlledici əhəmiyyətli oynamır, amma piylənmənin hansı nahiyədən başlaması nöqtəsi çox vacibdir.
“Bizim araşdırma göstərib ki, istənilən tipli piylənmə süd vəzisi xərçənginin inkişaf riskini artırır və qadın orqanizminin inkişafının istənilən mərhələsində, hətta klimakterik dövründə rast gəlinə bilər” , – deyə professor Radjeş Diktiş bildirib. Lakin professorun sözlərinə görə, 10 ilə 20 yaş arası kəskin kökələn qızlarda xəstəliyin inkişaf riski daha çoxdur.
Həkimlər onu da bildirib ki, Hindistanda zərərli qidalanma vərdişlərin yayılması nəticəsində kütləvi şəkildə piylənmə müşahidə olunur. Alimlər ölkədə onkoloji statistikanın kəskin artımını fast-fud kimi zərərli qidalanma ilə bağlayıb. Son vaxtlar Hindistanda qadınlar arasında məhz süd vəzisi xərçəngi daha çox yayılıb. Hindistanlı alim Dikşitanın fikrincə, piylənmənin öhdəsindən gəlməklə onkoloji xəstəliklərin yaranma riskini azaltmaq olar. Onlar həmçinin abdominal piylənmənin ölkədə epidemiya halında yayılmadığını, balanslaşdırılmış qidalanma və fiziki hərəkətlərin köməyi ilə çəkini nəzarətdə saxlamaq və ondan xilas olmaq şanslarının yüksək olduğunu vurğulayıb.