masin

Bu nasazlığı olan avtomobilləri almaq olmaz – MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 838
Siz özünüzə işlənmiş avtomobil alırsınız. “Demək olar təzədir” olan avtomobil tapmaq çətindir. İllər keçdikcə avtomobillərin problemləri arta bilər. Biz sizə hansı problemi olan avtomobili almaq olar, hansılara ümumən baş qoşmaq lazım deyil onu izah edəcəyik.
Beləliklə avtomobilin sahibinin nə deməyindən asılı olamayaraq, siz yenə bu avtomobilə əlavə pul qoyacaqsınız. Satıcı ancaq rəsmi dillerdə servisdə olduğunu,ancaq orijinal ehtiyat hissələri istifadə etdiyini deyə bilər. Amma yenə də siz əlavə pul xərcləyəcəksiniz. Alışdan həmən sonra sıradan əməliyatları yerinə yetirəcəksiniz : yağdəyişmə,filter dəyişmə,mühərrik kəməri və s. Bu ucuz dəyişiklik sizi bahalı problemlərdən qoruyur. Bəs avtomobil alarkən daha nələrə diqqət etmək lazımdır ? Gəlin bandan başlayaq
Ban və salon
Əgər avtomobilin 3 yaşı varsa, deməli banda problem olmalı deyil (qəza baş verməyibsə). Amma maşının 10 yaşı varsa və onun kuzası parıldayırsa, deməli onun banında nə isə dəyişiklik olub.
Yeni avtomobildə banda olan izlər mənfi cəhət olsa belə, onunla yaşamaq olar. Banda edilən təmir pis edilibsə hətta adi gözlə belə görünür. Lakin bu alışdan imtina etmək üçün səbəb deyildir. Bu mənfi cəhəti göstərib, hətta qiyməti aşağı salmaq mümkündür.
Banda pas izləri yenə qiymət aşağı salmaq üçün səbəbdir. Və əgər avtomobilin ümumi texniki vəziyəti pis deyilsə bu avtomobili almaq olar. Paslanmış hissəni sonra aradan qaldırmaq mümkündür. Lokal ban işləri güc aqreqatlarının,elektronikanın və sükan iadrəetməsinin dəyişməsindən kifayət qədər ucuzdur.
Asqısında,lonjerlarda olan paslara görə avtombil almağa dəyməz. Çünki bu yerlərində pası olan avtomobilin yeri “ölüxanadır”.
Salonda siqaret çəkiblərsə,çirklidirsə onu təmizləmək olar. Belə salonlara görə alışdan imtina etməzlər. İstənilən yerdə salonun kimyəvi təmizlənməsini sifariş edə bilərsiniz. Lakin qayğı görməmiş salon avtomobilin sahibinin öz “sevimlisinə” olan münasibətinin göstəricisidir. Bəzən isə çox təmizlənmiş avtomobil görəndə düşünə bilərsiniz ki, köhnə sahibi nə isə gizlətməyə çalışır. Məsələn: nə vaxtsa bu avtomobilin içərisinə  su dolub. Oturacaqların yanlarına və tikiş hissələrinə baxın nəmlik görmək mümkündür. Oturacaqları fenlə qurutduqlarına baxmayaraq,orada nəm izi qala bilər. Belə avtomobildən uzaq durmağa çalışın.
Vizual olaraq avtomobilin qəzada olub olmamasını müəyyən etmək çox çətindir. Yaxşı ustalar bir neçə maşından bir maşın “düzüb-qoşa” bilirlər. Bu məsələdə sizə servis diaqnostikası kömək ola bilər. Məsələn: skayner vasitəsi ilə nə vaxtsa, bu avtomobildə təhlükəsizlik yastığı açılıbmı onu öyrənə bilərsiniz. Əgər açılıbsa bu avtomobildən uzaq qaçın. Yeni təhlükəsizlik yastığının yığılması bahalıdır. Ona görə bu yastıq olan yerə yastığı vizual olaraq əvəz edən taxta qırıntıları doldurulur. Təsəvvür edin bu avtomobillə qəzaya düşürsünüz. Ona görə mütləq servisdə diaqnostika elətdirin.
Avtomobildə siqnalizasiya və ya maqnitola səhv quraşdırılıbsa,o nə vaxtsa qısaqapanma verərək yanğın törədə bilər. Amma məsələn, avtomobildə şüşə qaldırıcı işləmirsə bu problem deyil. Bunu istənilən zaman təmir etdirmək mümkündür. Amma avtomobilin elektron təhlükəsizlik sistemləri işləmirsə (alətlət panelində müvafiq işıqları yanaraq xəbərdarlıq edir) məncə risk etməyə dəyməz. Hətta 90-cı illərdə istehsal edilmiş avtomobillərin ABS blokunun yığılması çox bahadır. Hələ mən bura EPS sistemini əlavə etmirəm.
İşlək hissələr
Pnevmo asqı çox faydalı bir funksiyadır. Əgər avtomobil yenidirsə, bu sistem yaxşı işləyir və demək olar ki, səhv olmur. Amma işlənmiş avtomobilin pnevması sizə sürprizlər hazırlaya bilər. Məsələn: əvvəlki sahibi pnevmonu hər tərəfli “istismar” edibsə, sizə əlavə problemlər yarana bilər.  Pnevmobalonlar bahalı şeydir. Onlarda çat,sürtülmə varsa bu avtomobili almaqdan vaz keçin. Zamanla korlanacaq pnevmo balonu çox baha qiymətə dəyişməli olacaqsınız.
Avtomobil alarkən mütləq servisdə bu və ya digər hissərin necə və hansı qiymətə dəyişilməsinin dəqiqləşdirin.
Ön təkərləri yoxlatdırın. Lüft düzgün deyilsə, bu o deməkdir ki, sükan idarəetmə mexanizmi dəyişəcək.
Asqının təmiri onun xüsusiyətlərindən çox asılıdır Ona görə diaqnostika elətdirdiyiniz zaman çəkəcəyiniz xərclərə diqqət edin ki, üstü astarından baha gəlməsin. Tamötürücü avtomobillərdə kardana və körpüyə fikir verin. Və əlavə olaraq dəyişmə,təmir qiymətini öyrənin.
Sükan sistemi
Sükandan maye axımı qiyməti aşağı salmaq üçün yeni səbəb olacaq. Bu nasazlıqla bir müddət getmək olar. Bunu bir çox servislər təmir edə bilirlər. Hidravlika da etibarlıdır. Birdən xarab olmur. Amma hidravlikanın çənində metal artıqlar varsa, bu maşını almayın. Bu artıqlar yaranıbsa, demək sükanınızın sonu çatır. Bu artıq təmirlik deyil. Bahalı dəyişməyə hazır olun.
Mühərrik
Avtomobil alarkən bu və ya digər modelin etibarlılığı ilə maraqlanmaq lazımdır. Bu avtomobili alan və uzun müddət istifadə edən sürücülərin forumlardan fikirlərini oxuyun. Və xarakterik nasazlıqların siyahısını müəyyən edin. Bu informasiya sizə hansı detalın təcili, hansı detalın sonra dəyişməsini önərəcək. Misal: VAZ su pompaları uzunömürlü olmurlar.
Mühərrik qayışının dəyişdirilməsi qiymətini öyrənin. Daha sonra mühərriyin yağ qapığını açın. Qapağın altı yağlı və çirkli olmalı deyil. Daha sonra yağın səviyyəsini ölçün. Yağ ölçü vasitəsinin “minimum” və “maksimum” qeydlərinin arasında iz buraxmalıdır. Amma yağın norma səviyyəsi hələ mühərrikin sazlığından xəbər vermir. Sadəcə avtomobilə önbaxış üçün yağı əlavə edə bilərdilər. Lakin yağın səviyyəsi normadan aşağıdırsa, baxışı davam etdirməyin mənası yoxdur.
Səsboğucudan çıxan tüstüyə diqqət edin. Əgər tünd qara rəngdədirsə deməli yanacaq sistemində problem var. Avtomobili bir az sürün sonra isə kapotu açıb baxın. Yenicə maye sızmaları baş verməyib ki? Yoxdursa deməli bu avtomobili ala bilərsiniz.
Sürətlər qutusu
Yenə internetdən alacağımız avtomobil haqqında rəyləri oxumaq lazımdır. Hidromexaniki avtomat sürətlər qutusunda müayinə meddətlərinə və qiymətlərinə fikir verin. Avtomobili sürərək sürət keçidinə fikir verin. Vibrasiya və “oppanmalar” varsa, demək sürətlər qutusunda problem var. Robot və ya variator sürət qutuları daha “ərköyün” qulluğa malikdirlər.
Əgər avtomobildə hərəkət zamanı dartmalar varsa və avtomobilin zəmanət müddəti bitibsə məncə bu avtomobildə də risk etməyə dəyməz. Lakin burada da mütləq dəqiq diaqnostika aparılmalıdır.
Beləliklə əsas diqqəti ayırın : Mühərrikin vəziyyəti,güc qurğuları,penvmoasqı (əgər varsa),elektronika.
Bu problemlərin aradan qaldırılması az zaman və pul aparmır. Bu problemləri gözlə müəyyən etmək çətindir. Ona görə avtomobil alanda tələsik qərar verməyin. Avtomobili tam diaqnostika elətdirin. Bu zaman sizə avtomobil haqqında dəqiq məlumat veriləcək. Pulunuza hayfınız gəlsin. “Mütləq maşınım olsun” deyib almayın. Məsləhətləşin, yoxlayın, hesablayın sonra alın



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir