heyvanlar

Elm aləmini çarəsiz qoyan sual: Heyvanlar intihar edirmi?

Baxış sayı: 1. 376
İngiltərənin kraliçası olmuş Viktoriyanın dövründə heyvanlar haqqında maraqlı hekayələr var imiş. Bu hekayələrdə özlərini suda boğan itlər, ördəklər, balaları öləndə özünü ağaca asan pişiklərdən və.s bəhs edilirmiş.
 
Bu hekayələri bir kənara qoyub, heyvanlar aləminə nəzər salsaq həqiqətən itlərin, balinaların və digər heyvanların intihar etdiyini müşahidə etmək mümkündürmü?

Heyvanların da eynilə insanlar kimi psixoloji problemləri ola bilir. Onlar da stress yaşaya və depressiyaya girə bilir.

Heyvan haqqlarını müdafiə edən “Animal World” adlı bir jurnalda 1875-ci ildə ovçunun əlinə düşməmək üçün özünü bir uçurumdan atan maral haqqında yazı dərc olunmuşdu.

Картинки по запросу qaçan maral

20-ci əsrdə səhiyyə inkişaf etdikcə heyvan intiharları da azalmağa başladı. Lakin fərqli bir intihar növü ortaya çıxdı. Heyvanlar toplu şəkildə intihar etməyə başladı. Buna misal olaraq, balinaların toplu şəkildə sahilə çıxmasını və ya çöl siçanlarının özlərini dərədən aşağı atmasını göstərmək olar.

Örneğin araştırmacılar yabani sıçanların toplu ölümünü çok sayıda hayvanın aynı anda göç etmesine bağlıyor.

Çöl siçanlarının özlərini cəm şəkildə dərədən atmasına səbəb isə yırtıcı quşların qorxusundan olurmuş. Onlar qartalların və ya şahinlərin caynağına keçməmək üçün intiharı seçirmiş. Ölmək üçün heyvan şüurlu şəkildə qərar vermir. Sahibi olan heyvanlar o qədər sahiblərinə öyrəncəli olurlar ki, başqasından yeməyi belə, qəbul etmirlər.

Bu nümunə əhəmiyyətli bir gerçəyi göstərir: Stress bir heyvanın həyatını təhdid edəcək qədər onun davranışlarını da dəyişdirə bilər. Heyvanların intihar etməsi mövzusunda 40 ilə yaxındır ki, araşdırmalar aparan italyan psixiatr Antonio bu cür hekayələrə inanmağı tövsiyyə edir.

Bu ilin may ayında İspaniyada su heyvanları parkında bir qatil balinanın özünü hovuzun kənarına atıb, 10 dəqiqəyə yaxın qıraqda qalması maraqla qarşılanmışdı. Sosial şəbəkələrdə geniş müzakirə olunan bu videodakı balinanın intihara cəhd etdiyi deyilirdi. Araşdırmaçılar qatil balinaların təbii olmayan mühitlərdə kürəklərini davamlı şəkildə hovuzun kənarına sürtmək, ya da dişlərini qıcamaq kimi qeyri-adi davranışları olduğunu da təsbit ediblər.

Heyvanların özlərinə zərər verən bu davranışlarının səbəbini anlamaq üçün onların duyğularını və nələr hiss etdiklərini anlamaq lazımdır. Çində bir zooparkda ayı öz balasını boğduqdan sonra özünü də öldürmüşdü. Araşdırmaçılar bunu ayının şüurlu bir şəkildə etdiyini söyləmişdi.

Картинки по запросу İtalyan psikiyatrist Antonio Preti

Toplu intihara məruz qalan başqa bir heyvan növü isə balinalardı. Buna səbəb balinaların kütləvi şəkildə xəstələnməsi olur.

Картинки по запросу katil balina intihar

Parazitləri də intihar edən heyvanların siyahısına daxil etmək olur. Toksoplazma adı verilən bu parazit siçanların beyninə girməyi bacarır. Və siçanlarda qorxu hissini yox edir. Beləliklə siçanlar pişiklərə hücum etməyə cəsarət edir. Sonda siçan pişik tərəfindən ovlanır. Parazit beləcə pişiyin vücuduna yerləşir və orada çoxalmağa davam edir. Eyni şəkildə başqa bir parazit növü olan göbələk parazitlər qarışqaların beyninə yerləşərək, onları öz inkişafı üçün ən uyğun məkanlara sürüyüb, ölümlərinə səbəb olur.

Картинки по запросу Toksoplazma parazit

Bəzi ana hörümçəklər isə balalarının özünü yeməsinə icazə verir. Mütəxəssislər heyvanların intiharları haqqında konkret nəticələr əldə olunmadığını açıqlayıb. Çünki heyvanların beynindən keçənləri oxumaq o qədər də asan deyil.

Araşdırmalar zamanı o da məlum olub ki, heyvanlar planlı şəkildə intihar edə bilir. Heyvanlar ölümü anlayır və cəsəddən qorxurlar.

Mütəxəssislər bunu “ölümə yol açma ehtimalı olan təhlükəli vəziyyətlərə qarşı duyulan qorxu” adlandırır. Əslində, bu, təbii hissdir. Əks təqdirdə, zebralar aslanların yanında gəzər və ya balıqlar timsahlarla yan-yana üzərdi. Qorxu hissi heyvanları həyatda qalmağa vadar edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir