meyve qurusu

Ən faydalı 5 meyvə qurusu

Baxış sayı: 2. 529

Ananasdan kiviyə, almadan əriyə kimi qurudulmuş meyvələr həmin meyvələrin özünü əvəz edir. Üstəlik, həm çox faydalı, həm də daha doyurucudur. Bəs hansı quru meyvə nəyə yaxşı təsir edir, gündə nə qədər yemək olar və evdə necə hazırlamaq mümkündür? Cavabları “Gencaile.az”-ın “Ale.lent.az”-a istinadən təqdim etdiyi bu yazıdan biləcəksiniz.

Miladdan əvvəl 4-cü əsrdə Mesopotamiya dövründən başlayaraq həyatımızda olan quru meyvələr hazırda az qala təzələrindən daha çox yayılıb. Gün boyu aclığı aradan qaldıracaq quru meyvələri ləzzətli ara pay kimi də çantanıza qoya bilərsiniz. Quru meyvələr enerjinizi artırar, sizi gümrah hiss etdirər, yorğunluğunuzu və stressinizi azaldar. Üstəlik, qida dəyəri baxımından da zəngindir, balanslı yedikdə bədəniniz üçün lazım olan mineral və vitaminləri təmin edər.

Təzə meyvələrdə olan 90 faiz su, həmin meyvələr qurudulduqda 10-20 faiz aşağı düşür. Lifi çox olan meyvələr qurudulduqda tərkibindəki lif çoxalır. Bu da toxluq hissi yaradır. Quru meyvələr həzm problemlərinə yaxşı təsir edir və qüvvətli bir antioksidantdır. Tərkibindəki kalsium sümükləri gücləndirir, minerallar qan təzyiqini nizamlayır, yüksək təzyiq və ürək narahatlıqlarına qarşı insanı qoruyur.

 

Quru meyvə alarkən

– Şəkər əlavəsi olanlardan uzaq durun.

– Müəyyən miqdarda yeyin. Çünki meyvə qurudulduqda şəkər miqdarı artır. Bu da quru meyvənin kalorisini yüksəldir.

 

Evdə hazırlayarkən

Alma, portağal, armud, ananas və ya sevdiyiniz hər hansı bir meyvənin üzərinə bir az darçın əlavə edərək, aşağı istilikdə sobaya qoyun.

 

Hansı quru meyvə nəyə faydalıdır?

 

Gavalı

Xərçəng və yaşlanmaya qarşı qoruyucudur. B1, B2, B3, B6, A, C və E vitaminləri baxımından zəngindir. Tərkibindəki kalium və maqnezium ürək, böyrək, təzyiq, qaraciyər xəstəliklərinə qarşı ideal vasitədir.

 

Ərik

A vitamini və kalium qaynağıdır. Dəriyə, həzm problemlərinə, stress və qansızlığa yaxşı təsir edir. Lif nisbəti yüksək olduğu üçün xərçəngə qarşı faydalı qidalar arasındadır.

 

Alma

Yüksək lif tərkibi sayəsində tox tutur. Gözləri qüvvətləndirən təsiri var.

 

Əncir

Boğaz ağrısı və bronxitə qarşı təsirlidir. Hüceyrə inkişafını dəstəkləyir. Yağ, natrium, xolesterol ehtiva etmir. 100 qram quru əncirlə bədənin gündəlik ehtiyaclarından olan kalsiumun 17 faizi, dəmir və maqneziumun 30 faizi, fosforun 20, B1 vitamininin 5 və B2 vitamininin 4 faizi qarşılanır. Həzmi asanlaşdırır, bakteriyalara qarşı qoruyucu təsiri var. Tərkibindəki kalsium və fosfor sümük və dişlər üçün faydalıdır.

 

Üzüm

A, B1, B2, C vitaminləri, dəmir, sink, kalium, maqnezium, fosfor baxımından zəngindir. Həzmi asanlaşdırır, gündəlik dəmir ehtiyacının təxminən 35 faizini qarşılayır. Unutqanlığa çarədir, böyrək və qaraciyər xəstəliklərinə də faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir