Birinci məsləhət: FARALAR HAQQINDA
Əgər avtomobilinizin faraların avtomatik tənzimlənmə sistemi və gövdənin yol üzərində yerləşməsinə nəzarət edən “ağıllı” asması yoxdursa, gecə səfərindən öncə işıqları müstəqil surətdə tənzimləyin. Önünüzdə gedən avtomobilin sürücüsünün ayna ilə arxanı görməsinə mane olmayın.
Hər-hansı bir maşının ardınca hərəkət edərkən, faraların uzaq işıqlarını söndürün. Əsil centlmenlər, bu cür hallarda ümumiyyətlə, tənzimləyicini “3”ə nizamlayırlar (daha doğrusu işıq şüalarını minimuma endirirlər).
İkinci məsləhət: KÜLƏK ŞÜŞƏSI HAQQINDA
Ayda bir dəfə şüşəni hər iki tərəfdən qüsursuz təmizləyin, gündüz işığında tamamilə görünməz olan yağlı cizgilər və nazik çirk qatı, gecə qarşıdan gələn maşınların işıqlarını koredici “dumanlıq”da sındırır. Hərdən o həddə çatır ki, maşınlar tamamilə görünməz olur.
Üçüncü məsləhət: ALATORANLIQ HAQQINDA
Hava tam qaralmamışdan öncə faraların yaxın məsafə işıqlarını yandırın. Alatoranlıqda işıqsız hərəkət edən avtomobil, özü və başqaları üçün təhlükə mənbəyidir. Avtomobil mənzil deyil. Avtomobildə elektrik enerjisinə qənaət etmək axmaqlıqdır.
Dördüncü məsləhət: QARŞIDAN GƏLƏNLƏ YOLAYIRICI HAQQINDA
Bu halda sizin və qarşıdan gələn kolleqanızın yaxın məsafə işıqlarına keçməyiniz məsləhətdir. İstənilən halda, dar yolda qısa müddətli korluq qaçılmazdır. Bir anlıq siz heç nə görmədən hərəkət edəcəksiniz. Buna görə də, yolayırıcına girməzdən öncə, ayağınızı qazdan çəkib əyləcə qoyun. Bu tədbir, qəfil təhlükə anında əyləci basmağa sərf olunan müddəti azaldacaq.
Beşinci məsləhət: TƏK FARA HAQQINDA
Əgər sizə tərəf tək fara hərəkət edirsə, bu istənilən bir şey ola bilər: normal motosikletçi, anormal avtomobil sürücüsü.. Ən pis varianta diqqət yetirsək: anormal , sərxoş avtomobil sürücüsü. Bir – yeganə faranın isə sağ fara olduğunu hesab edək. Bu zaman yolun kənarına burulmağa hazırlaşmaq lazımdır.
Altıncı məsləhət: QANMAZLAR HAQQINDA
Qarşıdan gələn maşınla kəsişmədə uzaq məsafə işıqlarını açıq saxlayanları başqa cür adlandırmaq mümkün deyil. Belə bir qanmazla yolayırıcına girən zaman, bir az da yana, yolun kənarına çıxın. Belə etsəniz, uzaq məsafə işıqlarında belə, görməni tam itirməkdən özünüzü sığortalamış olacaqsınız.
Yeddinci məsləhət: ENIŞLƏR VƏ YOXUŞLAR HAQQINDA
Yoxuşa yaxınlaşarkən, yadınızda saxlayın ki, əgər təpənin arxasından maşın çıxarsa, o sizi anında yaxın məsafə işıqları ilə belə kor edəcək (düzgün tənzimlənmiş faralar nisbətən aşağıdan işıqlanır). Buna hazır olun. Enişdən əvvəl isə nəzərə alın ki, analoji olaraq siz də digər sürücülərin görməsinə mane olursunuz.
Səkkizinci vəsiyyət. TANIŞ OLMAYAN YOL HAQQINDA
Gecə vaxtı tanımadığınız yol ilə maşın sürürsünüzsə, hər bir döngəni təhlükəli hesab edin. Gecə, görmə qabiliyyətinin bucağı və düşünmə qabiliyyətinin itiliyi azalır. Viraj daha sərt, örtüyü isə daha pis ola bilər, üstəlik ortasında tullanmış köhnə təkər şini də ola bilər… Bir sözlə, sürət elə olmalıdır ki, sonra başınızdan tutub deməyəsiniz ki: “Bu qədər sürət nəyə lazım idi axı?”
Doqquzuncu məsləhət: QATIL YÜK MAŞINLARI HAQQINDA
Gecə yük maşınlarından özünüzü gözləyin. Onların əsl ölçüləri nişanlanmış qabarit işıqları ilə həmişə üst-üstə düşmür. Hansısa bir çölə çıxan, dik duran “şveller” yük maşınının ölçülərini uzununa və hətta eninə böyüdə bilər. Bu öz işini siciliya qatilindən də yaxşı görə bilər.
Onuncu məsləhət: ÖZÜMÜZ HAQQINDA
İnsanın qədim əjdadları gecə heyvanları olmayıblar. Gecə – bizim üçün yad mühitdir. Xüsusən də bu görmə qabiliyyətinə aiddir. Uzun səfər zamanı, gecə vaxtı görmə qabiliyyətinin itiliyini yüksəltmək üçün dilin altında nazik limon dilimi saxlamaq olar. Bu üsuldan ikinci dünya müharibəsində gecə bombardmanları zamanı təyyarəçilər istifadə edirdilər.