biznes

Biznesə yeni başlayanlar üçün 9 sərmayə tövsiyəsi

Baxış sayı: 1. 545

Hər zaman yaxşı qazanclar əldə etmək üçün hansısa sahələrə sərmayə yatırmağa çalışırıq. Pul idarə etmək bir bacarıqdır və sadə bir proses deyil.

Hansı məqsədlə sərmayə etməyinizdən aslı olmayaraq sərvətinizi artırmağınız üçün bir planınız olmalıdır. Sərmayə edən zaman 9 qaydaya əməl etməyi unutmayın:

1. Maliyyə xəbərlərindən aslı olmayın

Əgər ağıllı bir sərmayə etmək istəyirsinizsə maliyyə xəbərlərindən aslı olmayın. Çünki başqalarının proqnozları ilə yalnış sərmayə edə bilərsiniz. Proqnozlardan bəziləri doğru çıxsa belə tamamilə bunlara görə hərəkət etməyin. Medianın və trendlərin investisiya vərdişlərinizi istiqamətləndirməsinə icazə verməyin.

2. Realist olun

Qorxu, narahatlıq faktoru və riski idarə etmək qabiliyyəti müvəffəqiyyətli bir yatırımda əhəmiyyətli rol oynayır. Müvəffəqiyyətli investisiya üçün sehirli formul və ya qısa yol yoxdur. Məlumatları dəqiq araşdırmalı və realist olmalısınız. İşlərin pis getməsi ehtimalını və səhvlərinizi qəbul etməli və investisiya qərarlarını hisslərinizlə verməməlisiniz.

3. Trendləri təqib etməyin

Əgər investisiya edəcək bir miqdar pulunuz varsa lazım olan ilk şey trendi təqib etməməkdir.Digər insanların ən çox nəyə sərmayə yatırdıqlarını izləmək asan olsa da bu sizi müflis edə bilər.

4. Qazandığınızdan az xərcləyin

Bu hər kəsin bildiyi bir şey olsa da bir çox insan bunu bacarmır. Qazandığınız pul ilə xərclədiyiniz pul arasında nə qədər çox fərq varsa maliyyə nailiyyətiniz o qədər yüksək olacaq.

5. Pulunuzun hara getdiyini bilin

İnvestisiyasınız üçün xərclərinizi təqib etmək, hədəflərinizə və büdcənizə bağlı qalmaq çox əhəmiyyətlidir. Müxtəlif telefon tətbiqləri ilə bunu edə bilər və xərclərinizin planınızla uyğun olub olmadığını görə bilərsiniz. Bu tərz tətbiqlər xəbərdarlıqlar verərək büdcənizi aşmamaq və büdcənizi doğru bir şəkildə təqib etməyiniz üçün sizə kömək ecəcək.

6. Riskə dözümlülük səviyyənizi təyin edin

Risk olmadan qazanc olmaz. Hər investisiyanın riskli olduğunu anlamaq vacibdir. Bu risklər potensial qazanca görə hesablanmalıdır. Risk dözümlülüyü sərhədlərinizi, güclü və zəif tərəflərinizi bilməlisiniz. Baş verə biləcək itkilərə qarşı hazırlıqlı olmalısınız.

7. Uzun müddətli yatırımlara fokuslanın

Qısa müddətli yatırımlar edib daim narahatlıqlar yaşamaqdansa uzun müddətli yatırımlar edərək həm daha az risk faktoru ilə üzləşərsiniz həm də qazanma ehtimalınız artar.

8. Təcrübə etməyə indidən başlayın

Təcrübə etməyə başlamaq üçün indidən daha yaxşı bir zaman əsla yoxdur və olmayacaq. Təcrübələr investisiya etməyinizi təmin edir. Nə qədər erkən və nə qədər tez təcrübə etsəniz, o qədər çox sərmayə etmə imkanınız olur.

9. Bütün sərmayə seçimlərini araşdırın

Hər zaman pulunuzu etibar etdiyiniz və bildiyiniz sərmayə vasitələrində qiymətləndirməyə çalışmalısınız. Çünki pulunuzu anlamadığınız bir şeyə yatırmaq yaxşı bir fikir deyil. Risk toleransınıza, zaman və gəlir seçiminə istiqamətli olaraq özünüzə ən uyğun investisiya hər zaman tapa bilərsiniz. Bunun üçün seçimlərinizi göz önünə alaraq bütün investisiya seçimini mütləq araşdırmağınız lazımdır. Özünüz üçün ən doğru investisiyanı ancaq bu şəkildə tapa bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir