qidalar

Uzun və sağlam yaşamaq üçün nə yeyək? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 1. 385

Keçmişdə qida və təmiz hava insan ömrünü uzadırdısa, bu gün eyni sözləri demək mümkün deyil. Çirkli hava, təmiz olmayan, qatqılarla ömrü uzadılan qidalar bizim “ömrümüzü yeyir” desək, yanılmarıq. Belə bir deyim var ki, kim ki, 100 il yaşamır, günah onun özündədir. İndi 70-80 yaşına çatmış bir adam görəndə sevinirik ki, nə yaxşı bu yaşa qədər yaşayıb. Hələ nadir hallarda rastlaşdığımız 100 yaşlıları demirik…
Əvvəllər uzunömürlülər çox olurdusa, indi onlar barmaqla sayılacaq qədərdir. Uzun ömürlü yaşamaq bir növ insanın öz əlindədir. Sadəcə olaraq, zərərli qidalardan uzaq durmaq, sağlam qidalanmaq və gülümsəmək buna kifayət edir. Hətta bunun üçün mütəxəssislər zərərli qidaların siyahısını belə tərtib edərək insanları bu cür qidalardan uzaq durmağa çağırır. İnsan sağlamlığına zərər vuran və ömrünü qısaldan zərərli maddələrdən biri də qidanı uzunömürlü etmək, xüsusi dad qatmaq, rəngləndirmək üçün istifadə edilən qatqı maddələridir. Onların da tarixi çox qədimlərə, eradan əvvəl üç mininci illərə söykənir. Milli.az-ın yazdığına görə, e.ə.900-cu ildə duz və odun tüstüsündən ət məhsullarını uzun müddət saxlamaq üçün eradan əvvəl 50-ci ildə ədviyyatlardan ləzzətverici kimi istifadə edilib. Qida boyalarından günümüzdən 3500 il əvvəl misirlilər tərəfindən rəngləndirici kimi istifadə olunub. XIX əsrdən sonra şəhərlərin sayının sürətlə artması ilə qidaların davamlılığını artırmaq üçün qatqı maddələrindən istifadə geniş vüsət aldı. Günümüzdə isə qatqı maddələri qida sənayesinin vazkeçilməz bir parçasına çevrilib. Bu cür qidalar E kodu ilə qeyd edilir. Dünyada istifadə edilən qatqı maddələrinin sayı 8000-dən çoxdur. Bunlardan yalnız 350-400-ü “E” kodu ilə seriyalanıb. Qatqı maddələrinin beynəlxalq sistemdə “E” hərfi ilə kodlanaraq işlədilməsi bu maddələr üzərində aparılan təcrübələrin bitdiyini və təsdiqləndiyini göstərir. Həm də həmin maddələrin adları fərqli və uzun olduğundan müəyyən bir nömrə ilə seriyalanıb. Önəmli olan hansı dozada istifadə edilməsidir. “E” maddələrinin heç də hamısı allergik reaksiyaya səbəb olmur. Təbii çiyələk, şokolad, süd, yumurta kimi məhsullar da allergiyalara səbəb ola bilir. Burada əsas məsələ, hansı maddədən hansı qidada və hansı dozada istifadə edilməsidir. Toksikologiya elminin qabaqcıllarından olan Paraselsusun (1493- 1541) “Hər maddə toksindir, ancaq toksin ilə dərmanı bir-birindən ayıran dozadır” ifadəsi burada yerinə düşür. Ümumdünya Səhiyyə Təşkilatı bu maddələr üzərində dəfələrlə təcrübələr aparmışdır və belə nəticəyə gəlinmişdir ki, müəyyən miqdarda qidaların tərkibinə vurulması qorxulu deyil. Bunun üçün qatqı maddələrindən hansı miqdarda istifadə edilməsi üçün xüsusi siyahı hazırlanmışdır. Siyahıda həm də istifadəsinə qadağa qoyulmuş “E” seriyaları verilmişdir.

Onlardan bəzilərini diqqətinizə çatdırırıq:
Şübhəli qatışıqlar:
E125, 141, 150, 153, 171, 172, 173, 240, 241, 477, 605,
E220, 221, 222, 223, 224, 338, 339, 340, 341, 460, 461, 466, 407 (mədə və bağırsaq xəstəliyi yaradır), E200 (orqanizmdəki B12 vitamini məhv edir), E250,251, 320, 321 (ürək xəstəlikləri, damar sərtliyi, sıxılma yaradır).
Təhlükəli qatışıqlar:
E102, 120, E311, 312-nevroloji xəstəliklər yaradır.
Xərçəng yaradan qatışıqlar:
E102, 110, 123, 124, 131, 142, 210, 211, 213, 214, 215, 216, 217.
E211 – sodium benzoat maddəsi ketçuplarda vardır.
E123, E110 maddəsindən istifadə etmək ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya, Yaponiya və s. ölkələrdə qadağan edilmişdir. Lakin Türkiyədə rəngli şokolad və qaymaqlı biskivitlərdə istifadə edilir. Xərçəng riski yaradan ən təhlükəli qatışıq isə E330-dur. Demək olar ki, bütün hazır qidaların tərkibində var.
Bu cür qatqılı qidalardan uzaq durmaqla yanaşı, təbii yollarla da uzun və sağlam ömür sürmək mümkündür.
Təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd  uzun və sağlam yaşamağın reseptinin əslində çox sadə və hər kəsin bacara biləcəyi şeylər olduğunu deyir: “Çox yaşamaq istəyirsinizsə, neqativ hər şeyi boş verib gülümsəmək, çoxlu su içmək, çox gəzmək, vaxtında yatmaq lazımdır. Qidalara gəlincə isə maksimal dərəcədə heyvani yağlardan qaçmaq, çörəkdən qaçmaq, çörək də yeyəndə yalnız kəpəkli və yuxa formasında olanları yemək lazımdır. Cipsi bir sıra ölkələrdə qadağandır. Çünki cipsilər qız uşaqlarında sonsuzluq yaradır. Ümumiyyətlə, qızartmadan uzaq durmaq, yeməklərin əksəriyyətini soyutma, sulu və yaxud da bişməmiş formada yemək lazımdır. Elə yeməklər var ki, onu bişirmədən yemək mümkündür. Çoxlu meyvə, tərəvəz, göyərti, qoz, fındıq, noxud, lobya, bal, arı məhsulları qəbul etmək lazımdır. Gün ərzində dünya ölkələrinin də qəbul etdiyi kimi, iki dəfə yemək yeyilməlidir – səhər və günorta. Yaponlar deyir ki, axşam saat 5-dən sonra heç nə yemək olmaz. Axşam saat 6-7-dən sonra maye də içməyin ki, orqanlar səhərə kimi istirahət etsin. Hər gün bir ədəd kənd yumurtasını soyutma şəklində yemək lazımdır. 20 dəqiqə qaynadılmalı, 5-10 dəqiqə suda durmalıdır ki, içi tam ölmür, sağlam qalır. Bir stəkan suda bir limonun şirəsi, bir qaşıq bal, yanında olsa bir dənə soyutma yumurta mənim səhər yeməyimdir. Mən özüm 23 ildir ki, qırmızı ət yemirəm. Maksimum dərəcədə qırmızı ətdən qaçmaq lazımdır. Əgər qaça bilmirsənsə, ondan qabaq mütləq göyərti yemək lazımdır. Çünki əti göyərtinin kobud lifləri həzmə verir. Onu etməyəndə qırmızı ət bağırsaq daşına çevrilir. Dünyanın kökləndiyi bir qida da da mono qidadır. Nə yeyirsənsə bir qidanı yeməlisən, qarışdırmamalısan. Heç bir qidanı bir-birinə qatmaq olmaz. Məsələn, əti kartofa qarışdırmaq olmaz. Kartofu və əti ayrılıqda yemək lazımdır. Qatığı heç bir yeməyə qatmaq olmaz. Hər axşam yatmazdan əvvəl bir stəkan qatıq içmək qocalığı insandan uzaqlaşdırır. Yuxusuz adamlar hər axşam bir xörək qaşığı balı ilıq suda qarışdırıb içsə, yuxusu dərinləşər. Axşam saat 8-dən sonra sosial şəbəkələrdən uzaqlaşmaq lazımdır. Ən azı yatmamışdan 2-3 saat əvvəl sosial şəbəkədən uzaqlaşmaq və çoxlu fiziki hərəkət etmək lazımdır. Çörəyi əvəz etmək üçün buğdanı yuyub 48 saat ərzində yaş tənzif üstünə qoyub, üzəri çartlayanda yemək lazımdır. Bunu gün ərzində 100-150 qram yemək çörəyə olan tələbatı yüksək səviyyədə ödəyir. Kənd toyuğu, təzə balıq yemək də olar. Ancaq balıq təzə-təzə yeyilməlidir. Çünki balıq 48 saat soyuducuda qalanda keyfiyyətini itirir. Dəniz məhsulları həyatdır”.
Əksəriyyətin gecə yatmadan əvvəl içdiyi süd əslində xeyirli deyilmiş. Südün özünün yox, məhsullarının həyat olduğunu deyən S.Əsəd südün mədədə problem yaratdığını dedi: “Südün məhsulları, şor, pendir, qatıq həyat deməkdir. Süd isə qələvidir. Mədədə turşuyur. Qara paltarın üstünə süd töksəniz səhər onu təmiz görərsiniz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir