Bagcalar

Uşaq bağ­ça­la­rın­da tədris niyə istənilən səviyyədə deyil?

Baxış sayı: 1. 728

Təh­sil­lə bağ­lı bir çox tək­mil­ləş­dir­mə­lər apa­rıl­sa da, uşaq bax­ça­la­rın­da­kı təd­ris diq­qət­dən kə­nar qa­lıb. Ək­sər va­li­deyn­lər uşaq bax­ça­la­rın­da mü­əl­lim­lə­rin uşaq­la­ra heç nə öy­rət­mə­di­yin­dən şi­ka­yət­lə­nir. Mü­əl­lim­lər­sə va­li­deyn­lər­dən an­caq pul is­tə­yir və ma­aş­la­rı­nın az­lı­ğın­dan gi­ley­lə­nir­lər.

Va­li­deyn Ül­kər Məm­mə­do­va id­dia edir ki, uşaq bax­ça­la­rın­da təh­sil sı­fır sə­viy­yə­sin­də­dir: “Uşaq­la­ra şei­ri be­lə pul­la əz­bər­lə­dir­lər. Dərs­lər sö­nük sə­viy­yə­də ke­çi­ri­lir. Uşaq­la­ra heç nə öy­rət­mir­lər. Mü­əl­lim­lə­rin pe­da­qoq ki­mi ba­ca­rıq­la­rı­nın aşa­ğı ol­ma­sı və iş­lə­ri­nə hə­vəs­sis ya­naş­ma­sı göz önün­də­dir”.

Məm­mə­do­va qeyd edib ki, uşaq bax­ça­la­rın­da iş­çi şta­tı da az ol­du­ğun­dan tər­bi­yə­çi­lər çox yük­lə­nir: “Nə vaxt get­sək, qru­pun tər­bi­yə­çi­lə­ri qab yu­yur, xal­ça-pa­laz tə­miz­lə­yir, pən­cə­rə si­lir. Hal­bu­ki hə­min iş­lə­ri ic­ra edən iş­çi­lər ol­ma­lı­dır. Tər­bi­yə­çi­lər uşa­ğa bax­ma­ğa çat­dır­ma­dı­ğın­dan uşaq­la­rın qay­ğı­la­rı­nın əsas his­sə­si mü­əl­lim­lə­rin üzə­ri­nə dü­şür. Mü­əl­lim­lə­rin pul yığ­maq xəs­tə­li­yi­sə təd­ris za­ma­nı öz sö­zü­nü de­yir və mü­əl­lim­lər uşaq­lar ara­sın­da ay­rı-seç­ki­li­yə yol ve­rir­lər”.

Mü­əl­lim­lər­sə bi­zim­lə söh­bə­tin­də uşaq­la­ra ey­ni dərs keç­di­yi­ni, sa­də­cə ba­la­ca­la­rın gö­tür­mə qa­bi­liy­yə­ti­nin fərq­li ol­du­ğu­nu bil­di­rib­lər. De­dik­lə­ri­nə gö­rə, həm də uşaq sa­yı çox ol­du­ğun­dan, ba­la­ca­la­ra dərs pro­se­sin­də uşaq­la­ra fər­di ya­naş­maq çox vaxt müm­kün ol­mur. Hər va­li­deyn isə on­lar­dan uşaq­la­rı­nı da­ha yax­şı öy­rət­mə­yi tə­ləb edir.

Mək­tə­bə­qə­dər təh­sil üz­rə mü­əl­li­mə Gül­nar Ab­ba­so­va­nın bil­dir­di­yi­nə gö­rə, uşaq bax­ça­la­rı uşaq­la­rın hə­ya­tın­da so­si­al­laş­ma­sı ba­xı­mın­dan mü­hüm rol oy­na­yır: “Uşaq bax­ça­la­rın­da uşaq­lar nə qə­dər so­si­al­laş­sa­lar da, on­lar­da il­kin bi­lik­lər ya­ran­sa da, bax­ça­da mü­əl­li­mə­lər uşaq­la­rı də­rin­dən öy­rət­mir­lər. Döv­lət uşaq bax­ça­la­rın­da təd­ri­sin sə­viy­yə­si ol­duq­ca zə­if­dir. Bu da mü­əl­lim­lə­rin az ma­aş al­ma­sı ilə bağ­lı­dır. Mü­əl­lim­lər ma­aş­la­rı aşa­ğı ol­du­ğu üçün uşaq­la­ra nə­sə öy­rət­mə­yə can at­mır. Özəl uşaq bax­ça­la­rın­da və­ziy­yət fərq­li­dir”.

G.Ab­ba­so­va qeyd edib ki, bax­ça­ya ge­dən uşaq­la get­mə­yən ara­sın­da yer­lə göy qə­dər fərq var: “Uşaq bax­ça­sı­na ge­dən uşaq­lar da­ha sər­bəst olur, fik­ri­ni ay­dın ifa­də edir­lər. Çün­ki on­lar uşaq bax­ça­sın­da uşaq­lar­la ün­siy­yət qu­rur­lar. Be­lə uşaq­la­rı öy­rət­mək da­ha asan olur. Bax­ça­ya get­mə­yən uşaq­lar­sa da­ha qa­pa­lı, utan­caq­dır. Ümu­miy­yət­lə, uşaq­da sər­bəst­lik, ün­siy­yət qur­ma ba­ca­rı­ğı ki­mi key­fiy­yət­lə­rin aşı­la­ma­sın­da bax­ça­nın bö­yük ro­lur var”.

Onun söz­lə­ri­nə gö­rə, mü­əl­lim­lər özəl bax­ça­lar­da təd­ris proq­ra­mı­na da­ha çid­di ya­na­şır­lar, çün­ki özəl bax­ça­lar­da döv­lət bax­ça­la­rı­na nis­bə­tən nə­za­rət da­ha güj­lü­dür: “Bax­ça­da­kı mü­əl­lim­lər hər ay yox­la­nıl­ma­lı­dır. Çün­ki in­sa­nın psi­xo­lo­gi­ya­sın­da be­lə bir mə­qam var ki, nə­za­rət yox­dur, yox­la­mır­lar­sa, o, ra­hat­la­şır. Dü­şün­mə­yə baş­la­yır ki, “dər­si ne­cə is­tə­səm, ke­çə bi­lə­rəm”. Am­ma ək­sər özəl qu­rum­lar­da va­li­deyn­lər xey­li pul ödə­di­yi üçün rəh­bər­lik müş­tə­ri­lə­ri itir­mə­sin de­yə mü­əl­li­mə­lə­ri cid­di nə­za­rət­də sax­la­ma­ğa məc­bur qa­lır”.

Mü­sa­hi­bi­mi­zin fik­rincə, uşaq bax­ça­la­rın­da qrup­lar­da uşaq­la­rın çox ol­ma­sı təd­ris pro­se­si­nə mən­fi tə­sir edir: “Uşaq az ol­duq­da təd­ris pro­se­si da­ha yük­sək sə­viy­yə­də ke­çi­ri­lir. Uşaq­la­rın yaş­la­rı az ol­du­ğun­dan, bi­lik sa­hə­sin­də ye­ni-ye­ni ad­dım­la­rı­nı at­dı­ğın­dan dərs­lə­ri qav­ra­maq­da çə­tin­lik çə­kir­lər və on­la­ra in­di­vi­du­al ya­naş­ma tə­ləb olu­nur. Hər kəs­lə dər­si ne­cə qav­ra­dı­ğı ilə bağ­lı ma­raq­lan­maq la­zım gə­lir. Uşaq­la­rın sa­yı çox ol­duq­da mü­əl­lim üçün dər­si keç­mək, uşaq­la­rın ha­mı­sı­na izah et­mək, bi­lik­lə­ri on­la­ra çat­dır­maq, uşaq­la­ra isə mü­əl­li­mə­nin de­mək is­tə­dik­lə­ri­ni qav­ra­maq çə­tin­lə­şir”.

Son za­man­lar­da uşaq bax­ça­la­rın­da mü­əy­yən mə­sə­lə­lə­rə gö­rə fərq­li yaş­da olan uşaq­la­rın bir qrup­da cəm­lən­mə­si­nin mü­şa­hi­də olun­du­ğu­nu de­yən mü­əl­li­mə bil­di­rib ki, bu uşaq­la­rın dərs proq­ra­mı­nı mə­min­sə­mə­si­nə ma­ne olur: “Uşaq­lar həm proq­ra­mı qav­ra­ya bil­mir, həm də on­la­rın tər­bi­yə pro­se­si çə­tin­lə­şir. Çün­ki hər yaş döv­rü­nə uy­ğun uşaq­la­ra ya­naş­ma qay­da­la­rı fərq­li­dir və bu­na müt­ləq əməl et­mək la­zım­dır ki, uşaq­dan göz­lə­di­yin nə­ti­cə­ni əl­də edə bi­lə­sən”.

Lo­qo­ped-de­fek­to­loq Es­mi­ra Qa­fa­ro­va­nın bil­dir­di­yi­nə gö­rə, döv­lət bax­ça­la­rın­da uşaq­la­ra heç nə öy­rə­dil­mir: “Özəl uşaq bax­ça­la­rın­da hər cür təh­sil for­ma­sı var. Çün­ki bu bax­ça­lar pul­lu­dur, mü­əl­lim­lə­rə gə­lib vaxt ke­çir­di­yi üçün de­yil, uşaq­la­rı öy­rət­di­yi üçün pul ödə­ni­lir. Döv­lət uşaq bax­ça­la­rın­da isə mü­əl­lim­lər uşaq­la­rı öy­rət­mək­də ma­raq­lı ol­mur. Həm də uşaq­la­rın sa­yı­nın çox ol­ma­sı on­la­rı ye­tə­rin­cə yo­rur”.

Qa­fa­ro­va he­sab edir ki, ək­sər uşaq bax­ça­la­rın­da lo­qo­ped, de­fek­to­loq, psi­xo­loq ol­ma­dı­ğın­dan, nit­qi qü­sur­lu uşaq­lar heç nə öy­rə­nə bil­mir­lər: “Au­tizm, xü­su­si qay­ğı­ya eh­ti­ya­cı olan uşaq­lar­la, ati­pik və ti­pik, nor­mal uşaq­lar ey­ni qrup­da ola bi­lər. Am­ma on­lar üçün dərs keç­mə proq­ra­mı fərq­li ol­ma­lı­dır. Qrup­da elə uşaq­lar var­sa, on­lar üçün özəl ola­raq de­fek­to­loq, psi­xo­loq tu­tul­ma­lı­dır. De­fek­to­loq xü­su­si qay­ğı­ya eh­ti­ya­cı olan uşaq­lar üçün xü­su­si proq­ram­lar­la dərs keç­mə­li­dir. Am­ma so­si­al­laş­ma­sı üçün au­tizm­li, nit­qi in­ki­şaf­dan ge­ri qa­lan uşaq­lar üçün ün­siy­yət çox va­cib­dir. Hət­ta biz özü­müz də be­lə uşaq­la­rı bax­ça­la­ra yön­lən­di­ri­rik. Am­ma bu uşaq­la­rı bir-bi­rin­dən fərq­lən­dir­mək ol­maz, sa­də­cə on­lar üçün təd­ris proq­ra­mı fərq­li ol­ma­lı­dır. Bu­nun üçün də hər qrup­da xü­su­si qay­ğı­ya eh­ti­ya­cı olan uşaq­lar üçün bir de­fek­to­loq, mü­tə­xəs­sis ol­ma­lı­dır ki, on­la­ra te­ra­pi­ya, oyun­lar ke­çi­rə bil­sin”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir