stress

Stress vəziyyətində nə etməliyik? – KLİNİK PSİXOLOQ YAZIR

Baxış sayı: 2. 203

Stress – “Çağımızın Xəstəliyi” olaraq adlandırılsa da, əslində praktiki olaraq bir xəstəlik deyil. Stress, bədənimizin təhlükəli bir vəziyyət qarşısında verdiyi reaksiyalar bütünüdür.


Yaxşı, stress vəziyyətində nə etməliyik, necə başa çıxmalıyıq? Bunun üçün sadə bəzi texnikaları verməyə çalışacağıq.
Fərqinə varın: Əgər stress reaksiyasıverdiyimizi fərqinə varmazsaq, fərqinə varmadığımız bir şeyi dəyişdirmək mümkün olmadığından, vəziyyəti düzəldə bilmərik. İlk olaraq fiziki əlamətlərə diqqət etməlisiniz. “Mən, bu anda stress yaşayıram” deyə bilmək və bunun fərqinə varmaq belə əhəmiyyətlidir.
Bədəninizi sakitləşdirin: Unutmayın stress anında bədəniniz 250 km sürətlə gedən bir avtomobil kimidir. Sərtcə deyil, amma yavaşca əyləcə basmaq məcburiyyətindəyik. Sakit bir yerə keçmək, üzünüzü yumaq, yavaş və dərin nəfəs almaq istifadə edə biləcəyimiz üsullardan bəziləridir. Bundan başqa özümüzlə daxili ünsiyyətin də faydası var: “Bu an qayğı yaradacaq təhlükəli bir vəziyyət yoxdur, bu problemi həll etmək üçün sakit düşünməliyəm” kimi.
Hansı vəziyyəti stress verici olaraq qavradığınıza diqqət edin və problemi həll etməyə yönəlin: 
Artıq həyatımızı bir başa təhdid edən vəziyyətlər, mağara adamlarının zamanına görə, olduqca azdır. Bu səbəblə stressverici olaraq qarşımıza çıxan vəziyyətlərin, stress qaynağı olmasının ən böyük səbəbi, bizim onları belə qəbul etməyimizdir. Bu səbəblə bizi “stressəsoxan” vəziyyəti təyin etmək əhəmiyyətlidir. Bunu təyin etdikdən sonra isə, bu problemi həll etmək üçün nələr edəcəyimizi düşünsək, stress yaradan vəziyyət ilə daha sağlam başaçıxa bilərik.
Qaynaqlarınızı artırın: Bu maddə stress anında edəcəyiniz bir müdaxilə deyil. Bu, ümumi olaraq öz psixoloji dayanıqlılığınızı gücləndirmək ilə əlaqədardır. Həyatınıza etməyi sevdiyiniz fəaliyyətlər əlavə edin, hobbi kimi, yoldaşlarınızla çölə çıxmaq, dərdləşmək kimi. Ayrıca idmanın və fiziki fəaliyyətin də stressə qarşı davamlılığı artırdığından bəhs etmək mümkündür. Qısacası, özünüzə vaxt ayırın.

Lalə Hüseynova

Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir