ISTI HAVA

Qızmar istilərdən necə qorunaq? – MÜHÜM DETALLAR

Baxış sayı: 1. 405

Artıq bir neçə gündür ki, ölkə ərazisində kəskin istilər müşahidə olunur, hətta isti hava şəraiti günvurmalara səbəb olub. Bəs qızmar istilərdən necə qorunmalıyıq?

“Gencaile.az” istilərlə mübarizə aparmaq üçün diqqət etməli olduğunuz mühüm detalları təqdim edir.

 

Hər kilo 30 ml su

Yayda maye qəbulu çox mühümdür. Mayeyə ehtiyacınız olan bu günlərdə tərləməsəniz belə, bədəninizdən buxar yolu ilə maye çıxır. Buna görə hər gün bir kiloya 30 ml su içməlisiniz. Hətta su tərkibi çox olan yemiş və qarpız da yeyib həm bol maye, həm də C vitamini qəbul etmiş olarsınız.

 

Meyvə suyu və soyuq qəhvəyə diqqət edin

Bol maye qəbulu önəmli olsa da, meyvə suyu, ya da soyuq qəhvə içərkən miqdarına diqqət etmək lazımdır. Bir stəkan meyvə suyu 150 kaloridir. Şirəsi yerinə meyvənin özünün yeyilməsini məsləhət görən mütəxəssislər aromatlı soyuq qəhvələr üçün də bol kalori xəbərdarlığı edir. Soyuq qəhvələrdə əksərən enerji dəyəri yüksək olur. Kofein, spirt və çox miqdarda şəkər ehtiva edən içkilər bədəndən daha çox maye itkisinə gətirib çıxardığı üçün içilməməlidir

 

 

Sağlamlığınızdan olmayın

Mədənizdəki köpü atmaq istəyirsinizsə, içəcəyiniz suyun içinə nanə, yaxud şüyüd qata bilərsiniz. Köp götürən dərman, ya da içkilər təhlükəli ola bilər. Bədəndəki sodium nisbətini aşağı salaraq ürəyinizə zərər verə bilərsiniz.

 

Gündə 3 pors meyvə

Evdə sərin, bayırda isti hava səbəbindən immunitet sisteminiz zəifləyə bilər. Bunun qarşısını almaq üçün edəcəyiniz şey gündə 3 pors meyvə yeməkdir.

 

Hər yemək göyərti yeyin

Yay aylarında meyvənin yanında tərəvəz də olmalıdır. Pərpətöyün, cəfəri, nanə, şüyüd kimi göyərtilər və pomidor, xiyar da ola bilər. Hər yemək saatında tərəvəz yeməklə vitamin və mineral ehtiyacınızı qarşılaya və toxluq müddətinizi artıra bilərsiniz. Yeməkdən əvvəl 1 kasa salat yeyin. Yeməklər bişirilərkən qızartma və qovurmadan çox yağsız qaynadılmış yeməklərə üstünlük verin.

 

Günəş şüalarından qorunun

Günəş şüası hər nə qədər D vitamini ifrazını aktivləşdirirsə, artığı zərərlidir. Gündə 15 dəqiqədən çox günəş şüasına məruz qalmaq həm dərini yaşlandırır, həm də dəridə quruluğa səbəb olur. Bunun qarşısını almaq üçün gündə 2 orta boy xiyar yeyin. Balıq, pomidor, kələm kimi tərəvəzlər dərinizin təbii halını qoruyur.

Günün ən isti saatlarında (10:00-16:00) məcbur qalmadıqca, çölə çıxmayın. Günəş şüalarının şiddətli olduğu saatlarda dənizə girməyin və günəşlənməyin. Çölə çıxmağa məcbur olanlar açıq rəngli, yüngül parçalardan geyimlər geyməli, mütləq geniş kənarlı və hava dəlikləri olan papaqlar qoymalıdırlar. İdmanla məşğul olmaq üçün səhər və axşam saatları seçilməli, hər bir saatlıq idman üçün ən az 2-4 stəkan maye qəbul edilməlidir. Bədən istiliyinin yüksəlməməsi üçün tez-tez duş alınmalıdır. Bunun mümkün olmadığı hallarda ayaqlar, əllər, üz və boyun soyuq suyla isladılmalı və ya silinməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir