0

Elmin və riyaziyyatın təməlini qoyan rəqəm: sıfır necə ortaya çıxdı? – FOTOLAR

Baxış sayı: 1. 642

Sıfır riyaziyyatın, elmin və mühəndisliyin təməlini var edən bir rəqəmdir. Eyni zamanda sıfır dünyanın ən güclü rəqəmlərindən biri hesab edilir. Sıfır rəqəminə Babil və Mayalıların yaşadığı dövrdə də rast gəlmək mümkündür. O zamanlarda sıfır fəsillərin axışını hesablamaq üçün istifadə edilirdi. Bizim eradan 450 il əvvəl Orta Amerikada yaşayan Maya qəbiləsində sıfırdan istifadə edildiyi haqda sübutlar var.

Harezmi, Cebir

Sıfır haqqında maraqlı faktları təqdim edirik.

Sıfır sayının ilk istifadəsi haqqında səhv bilinən bir məlumat var. Bu ədədi riyazi bir rəqəm qəbul edərək ilk dəfə e.ə. 632-ci ildə Hindistanda astronom Braxmaqupta istifadə edib. Riyaziyyatçı və astronom Braxmaqupta 0-ı say olaraq istifadə etməkdən əlavə, 0 ilə riyazi əməliyyatlar haqqında da işlər görüb.

Картинки по запросу sıfır nasıl

Braxmaquptanın bu əhəmiyyətli kəşfinə baxmayaraq sıfır (0) sayı dünyanın bir çox yerində riyazi rəqəm olaraq istifadə edilmədi.

Sıfırı inkişaf etdirib dünyaya yayan adam isə fars əsilli bir İslam alimi Harezmi olub. Harezmi riyazi sahədə apardığı işlərlə cəbrin təməlini də qoyub. Hindistanda yaşayan alim apardığı çalışmalar zamanı ədədiyyəti ifadə etmək üçün hərflərdən başqa rəqəm sistemindən istifadə etməyin mümkün olduğunu təsbit etdi. Harezmin bu mövzuda yazdığı “Algoritmi de numero Indorum” adlı kitabı 12-ci əsrdə tərcümə olunaraq bütün dünyaya təqdim olundu. Kitabda sıfır haqqında və say sisteminin quruluşu haqqında geniş məlumat var idi.

s-1cbcc00bf251ec58fe8131c2f54432952a5a3a2e

7-ci əsrdə hindlilər sıfırdan doqquza qədər bütün rəqəmləri təsvir etdilər ki, bu da bütün ədədlərin yazılmasını mümkün etdi.

Harezmi, Sayılar

Hindistandan yayılan sıfır, 9-cu əsrdən etibarən Avropada da istifadə edilirdi. Sıfır hind dilində “ boş” mənasını verən “sunya” sözünün tərcüməsidir.

Sıfırın riyazi bir say olaraq qəbul edilməsi tam 2 min il vaxt aldı.

Günümüzdə də sıfır bir heç anlamını verən ifadə kimi istifadə olunur. Sürətlə bütün düyada istifadə edilməyə başlayan sıfır bir dönəmlərdə sıxıntı ilə qarşılaşmışdı. 1299-cu ildə Florensiyada sıfır da bütün başqa ərəb rəqəmləri kimi qadağan edilmişdi. Belə bir fikir yayılmışdı ki, guya bu rəqəmlər fırıldaqçılığa yol açır. Onların sözünə görə sıfırdan asanılıqla 9 düzəltmək, qiymətləri saxtalaşdırmaq olardı.

Arap Sayı Sistemi

Sıfırın əsl əhəmiyyətinin riyaziyyatda qəbul edilməsi indiyədək istifadə etdiyimiz əksər elmi və texnoloji metodların əsasını qoyub.

17-ci əsrdə sıfır fransız filosofu Deskartesin kəşf etdiyi karteziyan koordinat sisteminin (məktəbdə gördüyünüz x və y qrafikləri) qalibi oldu. Bu sistemdən mühəndislikdən tutmuş kompüter qrafikasınadək hər yerdə istifadə olunur.

 

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir