hamile

Hamiləlik barədə doğru və səhv fikirlər

Baxış sayı: 1. 665

Təbriklər! Artıq ana olmağa namizədsiniz. 9 ay davam edəcək olan bu dövrdə körpənizin sağlamlığı qədər sizin sağlamlığınız da böyük əhəmiyyət daşıyır.  Bu səbəbdən hamiləlik barədə doğru və yanlış fikirlər haqqında məlumatlı olmaq vacibdir.

 

Hər hamiləlikdə bir diş itirilir: SƏHV

Xalq arasında hamiləlik əsnasında körpənin özü üçün  lazımlı olan kalsiumu ananın dişlərindən alaraq anasının dişlərinin tez çürüməsinə  gətirib çıxardığı, bu səbəbdən ana namizədlərinin diş itkisinə məruz qaldığı kimi  düşüncə tərzi reallığı əks etdirmir.

 

Hamiləlikdə dişlərdə kalsium çatışmazlığı olur: DOĞRU

Hamiləlik dövründə körpənin və ananın sümüklərinin  sağlam ola bilməsi üçün ana namizədi, gündəlik olaraq 1200 ilə 1500 mq kalsium  qəbul etməlidir. Ana namizədi əgər kalsium ehtiyacını qidalardan ala  bilməzsə, körpənin inkişafı üçün lazım olan kalsium ananın sümüklərindən  alınacaq. Ancaq ana namizədi hamiləlik dövründə yaxşı bəslənsə,  ağız-diş baxımı normalarına əməl etsə hamiləlik dövründə  diş problemləri ilə qarşılaşmaz.

 

Hamiləykən dişlər daha az fırçalanmalıdır: SƏHV

Hamiləlik hormonlarının təsiri ilə diş ətləri daha tez qanayan ana namizədi, dişlərini  fırçalamaqdan yayınır. Ancaq ana namizədləri, hamiləlik dövründə  diş sağlamlığına daha çox diqqət göstərməlidir. Səhər yeməyindən sonra və axşam  yatmazdan əvvəl dişlər diqqətli bir şəkildə fırçalanmalıdır.

 

Hamiləlikdən əvvəl diş çürüyü müalicə edilməlidir: DOĞRU

Dişlərdə çürük varsa hamiləlik qabağı onlar  müalicə edilməlidir. Hamiləlikdə  çürük dişlər erkən doğuma, körpənin aşağı çəkili doğulmasına yol aça bilər.

 

Qusduqdan dərhal sonra dişlər fırçalanmalıdır: SƏHV

Qusduqdan dərhal sonra diş fırçalanmamalı, ağız bol su ilə yaxalanmalıdır. Əks halda mədə turşusu ilə birləşən diş fırçalama prosesi, dişlərin quruluşunda aşınmalara səbəb ola bilər.

 

Hamiləlik vaxtı şirin qidalar yeyilsə uşaq qız, turş qidalar yeyilsə oğlan olur: SƏHV

Hamiləlik əsnasında bəslənmə, həm ananın həm də körpənin  ümumi sağlamlığı və ağız-diş sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Ancaq  istehsal  edilən qidaların körpənin  cinsiyyətini təyin edilməsində  heç bir təsiri  yoxdur. Əksinə, ana namizədləri xüsusilə yemək aralarında şəkərdən  mümkün qədər uzaq olmalıdırlar. Qurudulmuş meyvə və karamel kimi yapışqan şəkərli yeməklərdən  çox az istifadə etməlidirlər.

 

Hamiləlik zamanı diş daşlarını təmizlətdirmək olmaz: SƏHV

Ana namizədləri, hamiləlik dövründə ağız və diş sağlamlığına normal dövrdən daha çox diqqət göstərməlidir. Hamiləlik əsnasında baş verən hormon artımı, ağız boşluğunu xarici faktorlara qarşı xüsusilə bakteriyalara  qarşı daha həssas edir. Bu səbəblə hamiləlik dövründə üç-dörd aydan bir diş  daşı təmizliyi etdirmək, çətinləşən ağız gigiyenasını qorumaq üçün ideal bir yoldur.

 

Hamiləlikdə dental  müalicədən yayınmaq lazımdır: DOĞRU

Körpənin  orqan inkişaf mərhələsi olan hamiləliyin ilk 3 ayında, təsirli dental müalicələrdən  uzaq olmaq lazımdır.

 

Təcili müdaxilə lazım olan vəziyyətlərdə belə müalicədən yayınmaq lazımdır: SƏHV

Diş ya da diş əti iltihabı kimi təcili vəziyyətlərdə, mövcud infeksiyanın körpənin inkişafına dental müalicənin mənfiliklərindən daha  çox təsir edə biləcəyi düşüncəsi ön plana çəkilməli və bir ginekoloqun nəzarəti altında dental müalicə edilməlidir.

 

Hamiləlikdə ağız qarqarası edilməməlidir: SƏHV

Hamiləlik  dövründə ağız qarqarası ya da ilıq duzlu su ilə qarqara edilməlidir. Xüsusilə ilıq duzlu su diş ətlərini rahatlaşdırar və diş əti həssaslığını azaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir