yuxu

Yuxu haqqında bilmədiyiniz 14 FAKT

Baxış sayı: 1. 401

Həyatımızın üçdə birini yuxuda keçirdiyimizi nəzərə alsaq, gördüyümüz röyaların əhəmiyyətini daha yaxşı qavraya bilərik. Yuxu görmək sağlam bir beyin üçün əsas şərtdir.

Bəzən problemlərimizin həllini yuxuda görürük. Sənətçilər əsərlərində yuxularından ilham alırlar. Hətta qədimdə şahların saraylarında yuxuyozanların və gələcəkdən xəbər verən münəccimlərin olmasını da unutmaq olmaz.

Ancaq hər gün gördüyümüz yuxular haqqında nələr bilirik?

 

Yuxu haqqında bilmədiyiniz 14 fakt:

1. Yuxularımızın 90 faizini unuduruq. Oyandıqdan sonrakı 5 dəqiqə içində gördüyümüz yuxuların 50 faizini, 10 dəqiqə içində isə 90 faizini xatırlamırıq.

2. Görmə qüsurlu insanlar da yuxu görür. Xüsusilə də, normal görmə qabiliyyəti olub, sonradan sağlamlığını itirənlər normal insanlar kim yuxu görməyə davam edirlər. Ancaq onların röyaları obrazlı yuxular əvəzinə səs, qoxu, hisslər üzərində qurulur və ən az bizimkilər qədər həycanlı olur.

3. Hamı yuxu görür. “Mən heç yuxu görmürəm” – deyən bir nəfərlə yəqin ki, hər birimiz qarşılaşmışıq. Ancaq bu elmi baxımdan mümkün deyil. Təbii ki, əgər həmin şəxsin psixoloji problemi yoxdursa…Yuxu görmürəm deyənlər, yuxularını ən tez unudanlardır.

4. Röyamızda sadəcə, bildiyimiz üzləri görürük.  Daha öncə heç tanımadığımız biri ilə macəra dolu bir yuxu görə bilərsiniz. Amma əmin olmayın. Beynimiz daha öncə görmədiyi bir şeyi yarada bilməz. Ancaq gündəlik həyatda, küçədə, evdə, internetdə, televiziyalarda minlərcə insan üzü görürük. Onlar yuxularda gördüyünüz və tanımadığınız insanlardan biri ola bilər.

5. Hamı yuxularını rəngli görmür. İnsanların 12 faizi röyalarını ağ-qara görürlər.  1960-cı illərə qədər bu faiz daha yüksək olub. Ancaq rəngli televizorların həyatımıza girməsi ilə daha çox insan rəngli yuxu görür. Hazırda yaşı 25-dən aşağı olan və ağ-qara yuxu görən insanların sayı 4,4 faizdir.

6. Yuxular simvolikdir. Yuxu əsnasında şüuraltımız danışır. Bu baxımdan yuxuda gördüyümüz şeyin ifadə etdiyi məna çox fərqli ola  bilər.

7. Hisslər – gündəlik həyatınızda sevincli, xoşbəxt bir insan ola bilərsiniz, ancaq yuxular daha çox stresli olur. Yuxularda neqativ hisslər, pozitiv hisslərə görə daha çox yer alır və daha çox ağlamalı anlar yaşayırıq. Bunun üçün narahat olmağa da ehtiyac yoxdur.

8. Bir gecədə maksimum 7 röya görə bilərsiniz. Orta hesabla bir gecədə görəcəyiniz yuxu sayı 4 ilə 7 arasında dəyişə bilər. Bu isə ümumilikdə 2 saat  müddəti əhatə edir.

9.  Heyvanlar da yuxu görür. Bir çox heyvan növünün üzərində aparılan testlər göstərir ki,  heyvanlar yuxu əsnasında insanlar ilə eyni beyin dalğalarını yayırlar. Bir ev heyvanı saxlayırsınızsa, onların yuxu gördüyünü müşahidə edə bilərsiniz.

10. Qarabasma – dərin yuxuya getdiyimiz zaman beynimizdəki bir sistem hərəkətə keçir və vücudumuzun hərəkət etməsini əngəlləyir. Başqa cür röyamızda etdiyimz hərəkətləri gerçək həyatda da etməyə çalışardıq. Ancaq bu sistem bəzən biz oyansaq da dövrədən çıxmaz və o zaman da yuxu iflici dediyimiz şey yaşanır. Çoxumuzun qarabasma dediyi hadisə əslində budur.

11. Yuxular işbirliyi içindədir, gerçək həyatla paralel çalışır. Məsələn, siz yatarkən bayırda kimsə tar çalırsa, yuxunuzda özünüzü klassik musiqi konsertində hiss edə bilərsiniz.

12. Qadınlar və kişilər fərqli şəkillərdə yuxu görürlər. Kişilər daha çox

kişilər haqqında yuxu görür. Yəni, bir kişinin yuxusunda gördüyü insanların 70 faizini kişilər təşkil edir. Qadınlarda isə bu faiz bərabərdir. Kişilər daha aqressiv yuxular görür, qadınların röyaları daha sakitdir.

13. Gələcəkdən xəbər verən yuxular – İnsanların 38 faizi yuxularının ən az bir dəfə düz çıxdığını deyirlər. Bu mövzuda heç bir elmi izah olmasa da, insanların 68 faizi yuxuların gələcəkdən xəbər verdiyinə inanır.

14. Xoruldayırsınızsa, yuxu görmürsünüz. Bu internetdə olduqca yayılan bir mövzu olsa da, elmi sübutu yoxdur. Xoruldayarkən bəlkə də yuxu görə bilərsiniz, ancaq yanınızda yatan insanın gözünə yuxu getmədiyindən əmin ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir