Vahid forma yoxdur .Amma tərkib eynidir. Məsələn saytımızın Əlaqə bölməsindən istənilən hal üçün şikayət ərizəsinin forması vardır. Rahatlıqla istifadə edə bilərsiniz.
Şikayət məktubunda mütləq bunlar göstərilməlidir:
— Hara göndərilir
— Kimdən göndərilir
— Hansı qırardan şikayət edilir (MMX nömrəsi və məktubun nömrəsi)
— Hansı əsasla ləğv edilir.
Şikayət məktubunda ətraflı olaraq nə üçün qərarın ləğv edilməsini izah edin. Bu zaman qanunun müvafiq maddələrini göstərmək mütləqdir. Məsələn sizə sürət həddini aşmaq ittihamı irəli sürülübsə və sizin videoregistrator varsa və orada GPS-lə sürət göstərilirsə o zaman həmin görünütünü mqtləq məktuba əlavə edin. Üstəgəl Əlavə olaraq iki radar olan məsafəni və iki radar arasında qət edilən vaxtını bölmıəklə də sizin sürətinizin tapılması mümkündür. Və ya zolağı tapdalamaqla bağlı ittiham varsa, o zaman mütləq videoregistratorun göstəricisini təqdim edin. DYP-də olan görüntülərlə yoxlanılsın. Şikayət məktubuna sizə göndərilmiş qərarın surətini əlavə etməyi unutmayın.
Şikayəti hara göndərmək lazımdır?
Qanun sürücüyə şikayəti hara yollamaq lazımdır o barədə məlumat verir. Şikayət məktubu sizə yollamış orqanın tabe olduğu Baş Dövlət Yol Polis idarəsinin rəisinə yönləndirilməlidir. Və ya qeydiyyatda olduğunuz rayonun məhkəməsinə. DYP-də baxmasalar, məhkəmədə mütləq şikayətinizə baxacaqlar. Yeri gəlmişkən DYP tərəfindən göndərilmiş qərardan 10 gün ərzində məhkəməyə müraciət edin. Çünki bu qərardan 10 gün ərzində DYP şikayət edib sonrakı qərarı gözləsəniz vaxtınızı itirmiş olacaqsınız. Və daha sonra məhkəməyə müraciət etmə müddəti ötürüləcək. Günahsızlığınıza əminsinizsə və məktubda ətraflı olaraq sübutlarınız göstərmisinizsə, məktubda işə sizsiz baxılmasını istəyə bilərsiniz. Əgər siz yanacaq xərcləyib DYP idarəsinə baş çəkmək istəmirsinizsə, belə edə bilərsiniz. Həmçinin daha asan bir üsulu isə elektron məktubla dyp-ə müraciətdir. Bu zaman siz yalınız internetə xərc çəkəcəksiniz.
Şikayət və baxılma müddəti
Qeyd etdiyimiz kimi, şikayət 10 gün ərzində verilməlidir. Həmçinin məktub gec gəldikdə belə qorxulu bir şey yoxdur. Şikayət etmə müddətinin ötürülmə vaxtının əsasını məktubun gec göndərilməsi göstərsəniz məhkəmə bunu qəbul edəcək.
DYP-də şikayət ərizəsinə 15 gün ərzində baxılmalıdır. Araşdırma tələb edən müraciətlərin müddəti isə 30 gündür. Məhkəmədə isə bu müddət maksimum 2 aydır. Amma məhkəmələrdə daha tez baxılma halları çoxluq təşkil edir. Lakin birdə görürsən DYP siz məhkəməyə şikayət etməyinizə baxmayaraq cəriməni sistemə vurur. Bu qanun pozuntusudur. Şikayət edilmiş qərarın sistemə vurulması düzgün deyil. Bu zaman məhkəmədə sistemdən çıxarılması haqqında əlavə iddia qaldıra bilərsiniz. Əgər DYP inspektoru qayda pozuntusunun rəsmiləşdirilməsi ilə bağlı kiçik bir səhvə yol veribsə və ya cavabdeh şəxs kimi məhkəməyə gəlmirsə protokol ləğv edilir.