Yəqin ki bir çox sürücüləri avtomobilinin səsisinə görə saxlayıblar. “Avtomobilinin səsi yüksəkdir”,”Bu nə səsdir? Rəis dedi gedək cərimə meydançasına”,”orada aydınlaşdırarıq” deyib cərimə meydançasına aparılanlar da var. Bəs qanun nə deyir ? Söhbət hansı səs gücündən gedir və bu nə qədər olmalıdır?
İlk olaraq onu qeyd edək ki, “Azstandard”dan göndərilmiş sorğu məktubuma əsasən bizdə ГОСТ-31333-2006 standartı keçərlidir. Biz bu sənədi 24 iyun 2006-cı ildə qəbul etmişik. Bu standardarda əsasən avtomobilin səsi “Şumomer”lə ölçülməlidir və onun da standardtı ГОСТ-17187-ə uyğun olmalıdır. Və qanuna əsasən şumomer ilk olaraq kalibrə edilməlidir. Yəni yoxlanmalıdır. Kalibrə üsulu istehsalçı tərəfindən müəyən edilir və ya pistonfon adlı cihazla aparılır. Külək güzgüsündən istifadə edilən zaman isə əmin olmaq lazımdır ki, onun səs xətası 0.5-dən yuxarı deyildir.
İlk olaraq onu qeyd edək ki, avtomobilin səsi tam düz yerdə keçirilməlidir. Və bu yer elə olmalıdır ki, orada təkər səsi demək olar ki, olmasın. Yer quru olsun və bu şəhər vəziyyətində yoxlanılmır. Avtomobilin səsi xusisi sınaq poliqonunda yoxlanılır. Poliqonun asfalt örtüyündən tutmuş ərazinin küləkli olması da önəmlidir. Məsələn saniyədə 5 metrdən sürətli külək əsərsə sınaq keçirilmir. Mikrafon 1.20 metr hündürlüyündə quraşdırılmalıdır. Və məsafə şəkillərdə gördüyümüz kimi olmalıdır. Avtomobili hər iki tərəfdən ən azı iki dəfə ölçmək lazımdır.
Ölçmə zamanı iki ölçmənin arasında 2db-dən çox fərq yoxdursa doğru hesab edilir. Avtomobillərə tələblər də mövcuddur. Məsələn : Avtomobil qoşqu və yarımqoşqu ilə təchiz edilməli deyil, təkərlərin təzyiqi istehsalçı normasında və avtomobilin yüklənməsi istehsalçı normasında olmalıdır. Biz yazının sonunda bu standartın linkini yerləşdirəcəyik ki, siz asanlıqla bu standartla tanış olasınız.
Lakin səsi ölçülməsi başlayırsa ilk ediləcək budur :
-
Avtomobilin mühərriki istehsalçının tövsiyyə etdiyi tempraturda isti olmalıdır.
-
Bunlar olmadıqda avtomobildə olan soyuducu məhlul və mühərrik yağının tempraturur 60 dərəcədən az olmalı deyil.
-
Mühərrikin fırlanma anı nyuton metrlə istehsalçının tövsiyəsindən artıq olmalı deyil.
-
Şumomer avtomobilə 3 metrdən yaxın məsafədə quraşdırıla bilməz.
-
Qapalı ərazidə sınaq aparılan zaman mikrafon səsqaytarıcı obyektlərdən 1.5 metr uzaqlıqda olmalıdır. Əgər bu mümkün deyilsə, səs ölçülməsi yalnız açıq havada aparılmalıdır.
-
Ətraf fonun (külək, və s) səsi ölçülən səsdən 10db aşağı olmalıdır.
Səs necə ölçülür ?
-
Avtomobil sınaq meydançasında yerləşdirilir.
-
Mühərrik söndürülür
-
Avtomobil əl əyləcilə dayandırılır.
-
Təkərlərin arxasına yığırlanma əleyhinə maneə quraşdırılır.
-
Avtomobilə istismarın icazə verildiyi formada taxometr quraşdırılır.
-
Qeyd olunmuş formada mikrofon yerləşdirilir.
-
Şumomer istehsalçının tövsiyəsinə uyğun işə salınır və ayarlanır.
-
Sürətlər qutusu neytrala keçirilir.
-
Mühərrik işə salınır.
Həmçinin səsin ölçülməsi zamanı onun hansı desibeldə olması əsasdır. İndi isə əsas məsələ:
Avtomobilin tipi :
M1 kateqoriyalı Minik avtomobilləri və N1 kateqoriyalı yüksərnişin və sərnişin avtomobilləri – 96 db
M2 kateqoriyalı avtobuslar və N2 kateqoriyalı yük avtomobilləri – 98 db
M3 kateqoriyalı avtobuslar və N3 ateqoriyalı yük avtomobilləri – 100 db
Bəzən isə YPX əməkdaşları bu standartı eyni ilə motosikletlərə tədbiq edirlər. Lakin motosikletlərlə bağlı tam ayrı bir standardt mövcuddur. Bu ГОСТ Р41.41-2001 standartıdır.
Bu standarta əsasən motosikletlərdə mühərrik 80 kub sm-ə qədərdirsə -75 db
80-75 kub sm olduqda – 77 db
175 db-dən çoxdursa – 80 db ola bilər.