icki

İçki düşkünü olan yazçılar

Baxış sayı: 1. 607

İçkiyə aludə olan bir çox məşhurlardan yazmaq olar. Amma bu dəfə sizə yazıçılardan danışacağıq.

“Gencaile.az” içki aludəçisi olan dünya şöhrətli yazıçıların siyahısını təqdim edir:

 

O. Henri – O. Henri taxma adını istifadə edən Amerikalı yazıçı William Sydney Porter yumor dolu, söz oyunlarıyla dolu, xarakterli və gözlənilməz sonlarıyla bilinən 400 qısa hekayənin müəllifi.

Olduqca məhsuldar olan yazıçı, ümumiyyətlə həftədə bir hekayə çap edirdi. O. Henri imzası olaraq məşhurlaşarkən, gərçək kimliyini sirr kimi saxlamağa davam etdi… İşlərində uğursuzluq, bədxərclik və sonunda da alkoqol onun həyatına son qoydu. Yazıçı ömrünün son günlərini yoxsulluqla keçirdi.

Fars-tacik şairi Ömər Xəyyam – Fəlsəfi rübailərində tez-tez içki mövzusuna müraciət edirdi. Onun sözlərinə görə, istənilən adam içki sayəsində həyat və sevinc, ilham və aydınlıq tapa bilər.

Ömər Xəyyamın islam dövlətinin vətəndaşı olduğunu nəzərə alsaq, içkini onun bu şəkildə mədh eləməsi maraq doğurur.

Məşhur amerikalı yazıçı-nasir Edqar Po da içki aludəçisi olub. Faciəli həyat şəraiti məşhur yazıçını sərxoşa çevirmişdi.

1849-ci ildə qırx yaşı tamam olanda o, sayıqlama səbəbindən dünyasını dəyişib, versiyalardan birinə görə, yazıçının ölümünə səbəb çoxlu alkoqollu içki qəbul etməsi olub.

Truman Kapot – o, yazarlığa və içkiyə çox erkən yaşlarından başlamışdır.

Ən sevdiyi içki martini idi. İçkidən asılılığını tərgitmək üçün xəstəxanada müalicə alsa da, xeyri olmayıb.

Dilan Tomas – sevdiyi içkilər arasında viski ön planda idi.

Tomas 39 yaşında 18 stəkan viskidən sonra həyatını itirmişdir.

Skot Fitscerald – XX əsrin ən böyük Amerikan yazıçılarındandır.

Məktəb yaşından içkiyə qurşanan yazıçı 44 yaşında həyatını itirdi. Ən sevdiyi içki tünd alkoqol içki sayılan “cin riki” idi.

Çarlz Bukovski – alkol koması ilə dəfələrlə xəstəxanaya düşən şair bu vərdişini tərgidə bilmədi.

Atası tərəfindən tez-tez döyülən yazıçı 13 yaşında içməyə başlayıb. Ən çox sevdiyi içkilər: pivə, vodka, viski…

Uilyam Folkner – çox təsirli uşaqlıq keçirmişdir.

Gününün gecə saatlarını içkiyə sərf edən böyük yazıçının ən sevdiyi içki “Mint julep” və viski idi. 1955-ci ildə Pulitzer Mükafatı aldıqdan sonra 65 yaşında infarkt nəticəsində həyatını itirmişdir.

Con Steynbek – işini bitirdikdən sonra ilk işi içki içmək idi.

Yaxşı yazanda isə daha çox içən yazıçı içkinin təsirindən səhəri gün əlini belə qaldıra bilmirmiş. Onun səhəri isə özünü günahkar hiss etdiyi üçün iki günün əvəzinə işləyirmiş.

Ernest Heminquey – o, Birinci Dünya Müharibəsinin dadını görmüş yazıçılardan idi. Heminquey tez-tez depressiyadan əziyyət çəkir, içkiylə dostlaşırdı.

Yazıçı roman yazarkən içkidən istifadə etmirdi. Yazıçı depressiya diaqnozu ilə xəstəxanaya yatırılmış, lakin düzgün müalicə aparılmamışdır. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

Erix Mariya Remark – Alman yazıçı kitabçı ailəsində doğulub. Birincü Dünya müharibəsinin iştirakçısı olub. Psixi xəstəxanada orqan ifaçısı kimi çalışıb. Nəhayət, özünü jurnalistikada tapıb. “Qərb cəbhəsində dəyişiklik yoxdur” romanı bütün dövrlərin antimüharibə əsəri kimi tanınır. Varlı, uğurlu və xoşbəxt Remark rəqqasə qadına vurulub.

Vərəmə tutulan həmin qadının qayğısına qalıb. Aktrisa Marlen Ditrixə vurulandan sonra həyatı dəyişib. Faşistlər kitablarını yandırandan sonra ölkəsini tərk edərək ABŞ-a köçüb. Orada Çarli Çaplinin keçmiş həyat yoldaşı ilə evlənib. 72 yaşında İsveçrədə dünyasını dəyişib. Sağlığında içki düşkünü olub. Bəzi əsərlərindəki qəhrəmanlar nəinki içirlər, hətta spirtin xeyrindən danışırlar. Elə onun məşhur “Üç yoldaş” əsəri də rəqs edən sərxoşla başlayır. Ditrixə olan sevgisinə qədər az içərmiş. Həmin sevgi içkini də artırıb.

Ceyms Coys – XX əsrin ən nüfuzlu yazıçılarından biri olaraq geniş kütlələrə çata bilən James Augustine Aloysius Joyce, İrlandiyalı köçmən bir yazıçı.

Coys uzun illər müddətində Dublində yaşayan və zamanının çoxunu alkol tükətərək keçirdi. Davamlı içmə halı, kimi zaman barlarda çıxan dava-dalaşlara qarışmasına da səbəb oldu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir