sud

Doğurdanmı ana südü əmməyənlər təhlükəli xəstəliyə düçar olurlar?

Baxış sayı: 1. 628

Son vaxtlar uşaqlar arasında xərçəg xəstəliyinin artması barədə məlumat dolaşmaqdadır.  Ekspertlər hesab edir ki, bu xəstəliyin artamısına ekoloji amillər və qidalanmanın keyfiyyətsizliyi, eləcə də, anaların körpəsinə ana südü verməsindən imtina etməsi səbəb olur.

Baş pediatr Nəsib Quliyevin bildirdiyinə görə, uşaqlarda xərçəng xəstəliyinin artmasının əsas səbəbi ana südü ilə qidalanmamasıdır: “Süni uşaq qidaları ilə qidalanan uşaqlar arasında ana südü ilə qidalananlarla müqayisədə ölüm hallarına 3,9 faiz çox rast gəlinir. Görün, risk nə qədər böyükdür. Əgər uşaq ana südü ilə qidalanmadan məhrum edilirsə, o, sağlamlığı ilə bağlı bütün risklərlə üzbəüz qalır. Ana südü olmadan qidalanan körpə Allaha pənah qalır. Dünyaya gətirdiyi körpəni doğma anası qədər çox istəyən yoxdur. Paradoksallıq elə bundadır. Hamıdan çox övladını sevir, hamıdan çox da ona pislik edir. Analar uşaq dünyaya gələndən sonra uşağın haqqı nəyə çatırsa, ona onu verməlidir. Ən əsası da körpəsini ana südü ilə qidalandırmalıdır. Belə olan halda övladını çoxsaylı xəstəliklərdən xilas etmiş olur”.

Uşaq sağlam olsun deyə, dünyaya gələn gündən ana südü ilə bəslənməlidir. Əgər uşaq ana südündən məhrum edilirsə, bu, uşağa qarşı edilən ən böyük pislikdir. Bu pisliyi də ona doğma anası edir. Bunu edirsə, onu ana adlnadırmaq da şərti olur. “Ana uşağı dünyaya gətiribsə, gərək onu əmizdirsin.
Birinci növbədə analar körpə dünyaya gələndə onu ana südüi ilə qidalandırmalıdırlar. Eləcə də, uşağa qayğı ilə bağlı qaydalara maksimum diqqət göstərməlidirlər. Ana nəyi bilmirsə, sahə pediatrı ilə bunu araşdırmalıdır. Daim sahə pediatrı ilə təmasda olmalıdır. Xüsusilə də, bu təcrübəsi olmayan gənc analara aiddir”.

Tibbi ekspert Adil Qeybulla deyir ki, xərçəng xəstəliyi həmişə uşaqlarda olub: “Leykoz, müxtəlif hemotoloji formalı xərçəng xəstəlikləri uşaqlarda geniş yayılıb. Və böyüklərə nisbətən daha çox rast gəlinir”.

Onun bildirdiyinə görə, yaşlı insanlarda xərçəngin yaranması üçün qidalanma, radiasiya, müxtəlif virusların törətdikləri dəyişikliklərlə bağlı müəyyən fon var. “Uşaqlarda da başqa bir fon var. Yəni uşaqlarda olan kötük hüceyrələrin özlərində anatomik defektlər, postnotal dövrdə olan müəyyən xəstəliklər, daim olan soyuqdəymələr, xroniki xəstəliklər xərçəngin yaranmasına gətirib çıxara bilər. Düzdür, xərçəngin yaranma səbəbi dəqiq müəyyən olunmayıb, amma müəyyən faktorlar bu xəstəliyin inkişaf etməsinə təkan verir”.

Həmsöhbətimiz bildirir ki, uşaqlarda immun sisteminin güclü olması önəmlidir: “Bu gün ananın özünün immun sistemi zəifdir. Ana südü də təbii ki, o qədər də qidalı, vitaminli deyil. Uşaqların da qidalanması zəifdir. Bu baxımdan uşaqların immun sistemi çox zəifləyib. Buna görə də uşaqlar arasında xərçəng xəstəliyi geniş yayılmağa başlayıb”.

Onun sözlərinə görə, Azərbaycanda xərçəng xəstəliyinin artma dinamikası ekoloji və qidalanma faktorları ilə sıx bağlıdır: “Amma bütün dünya üzrə uşaqların xərçəng xəstəliyinə tutulma riski artıb”.

Tibbi ekspert valideynlərə məsləhət görür ki, birincisi, hamiləlik planlaşdırılmış olmalıdır: “Müxtəlif infeksiyalar, xəstəliklər və s. müalicə olunmalıdır. Belə ki, bütün bunların dölün düzgün inkişafına mənfi təsir göstərir. İkincisi, uşaq anadan olandan sonra vaksinasiyalar mütləq olmalıdır. Bu proses ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Uşağın səhhətində hər bir ortaya çıxan problem dərhal çözülməlidir. Təəssüflər olsun ki, əksər ailələrimizdə uşaqların tez-tez soyuqdəyməsinə, müxtəlif xəstəliklərə tutulmasına o qədər də önəm verilmir. Bu da son nəticədə bu cür ciddi problemlərə gətirib çıxarır”.

Onun sözlərinə görə, indiki uşaqlar günün çox hissəsini mobil telefon və kompüter qarşısında keçirirlər: “Düzdür, mobil telefonların insanda xərçəng yaratması ilə bağlı birmənalı rəy yoxdur. Həm də bu şüalanma ionlaşmış yox, radio şüalanmasıdır. Bu şüalar uşağın beyninin hüceyrələrinin inkişafına neqativ təsir edə bilər. Böyüməkdə olan orqanizm olduğu üçün uşaqlara bir fəsad verə bilər”.

Aynurə MƏMMƏDOVA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir