qiz qacirma

Qız qa­çır­ma: adət-ənənə, yox­sa ci­na­yət?

Baxış sayı: 2. 217

Qız qa­çır­maq qə­dim adət­lə­ri­miz­dən­dir. Va­li­deyn­lər gənc­lə­rin ni­ka­hı­na ra­zı­lı­ğı­nı ver­mə­dik­də və ya ka­sıb­çı­lıq üzün­dən ni­şan, toy ha­zır­lıq­la­rı edə bil­mə­dik­də ən asan yol qı­zı qa­çır­maq olur. Çox vaxt qız öz ra­zı­lı­ğı ola­raq qa­çı­rıl­sa da, müa­sir za­man­da da məc­bu­ri qız qa­çı­ran­lar olur. Eks­pert­lər bu­nun ci­na­yət ol­du­ğu­nu bil­di­rir.

Hü­quq­şü­nas Ay­nur Mu­sa­ye­va bil­di­rir ki, qüv­və­də olan qa­nun­ve­ri­ci­lik “qız qa­çır­ma” ki­mi əmə­li xü­su­si hü­quq mü­na­si­bət­lər ki­mi qiy­mət­lən­dir­mir və di­gər hü­quq mü­na­si­bət­lə­rin­dən fərq­li şə­kil­də tən­zim­lə­mir: “Be­lə ki, ümu­mi şə­kil­də “adam oğur­lu­ğu” ci­na­yət he­sab olu­nur. Zə­rər­çək­miş şəx­sin hə­ya­tı və ya sağ­lam­lı­ğı üçün təh­lü­kə­li olan zor tət­biq et­mək­lə, si­lah­dan ya­xud si­lah qis­min­də is­ti­fa­də edi­lən əş­ya­lar­dan is­ti­fa­də et­mək­lə tö­rə­dil­dik­də adam oğur­lu­ğu da­ha sərt cə­za­la­ra sə­bəb olur. Adam oğur­lu­ğu ağır ci­na­yət­dir. Zə­rər­çək­miş şəxs təq­sir­kar şəxs tə­rə­fin­dən öz ira­də­si əley­hi­nə baş­qa yer­də yer­ləş­di­ri­lir­sə, adam oğur­lu­ğu ci­na­yə­ti­nin möv­cud ol­ma­sı ba­rə­də nə­ti­cə­yə gəl­mək olar. Adam oğur­lu­ğu yet­kin­lik ya­şı­na çat­ma­yan şəxs ba­rə­sin­də tö­rə­dil­dik­də on beş ilə­dək müd­də­tə azad­lıq­dan məh­rum et­mə ilə cə­za­lan­dı­rı­la bi­lər. Ey­ni za­man­da, qa­nu­nun tə­lə­bi­nə gö­rə əməl­lə­rin­də baş­qa ci­na­yə­tin tər­ki­bi ol­ma­yan və oğur­lan­mış ada­mı kö­nül­lü azad edən şəxs ci­na­yət mə­su­liy­yə­tin­dən azad olu­nur. Əməl­lə­rin­də baş­qa ci­na­yə­tin tər­ki­bi­nin ol­ma­ma­sı de­dik­də konk­ret şəx­sin əməl­lə­rin­də di­gər ci­na­yət­lə­rin, mə­sə­lən qəs­dən sağ­lam­lı­ğa ağır zə­rər vur­ma, əzab ver­mə və s. əməl­lə­rin ol­ma­ma­sı ba­şa dü­şü­lür. Zo­ra­kı sek­su­al hə­rə­kət­lər tö­rə­di­lib­sə, baş­qa mad­də üz­rə tən­zim­lə­nir. Tö­rə­dil­mə­yib­sə və kö­nül­lü ola­raq qız qay­ta­rı­lır­sa, qa­nun­la bu­nun cə­za­sı yox­dur”.

Psi­xo­loq Xə­ya­lə Ab­ba­sın bil­dir­di­yi­nə gö­rə, qız qa­çı­rıl­ma­sı keç­mi­şi­mi­zə da­ya­nan bir adət­dir, bu gün də var: “Oğ­lan və qız tə­rə­fin va­li­deyn­lə­ri ara­sın­da mü­na­si­bət düz­gün qu­rul­mur­sa, tə­rəf­lər on­la­rın ni­ka­hı­na ra­zı­lıq ver­mir­lər­sə, gənc­lər bir­gə qaç­ma­ğı çı­xış yo­lu ki­mi gö­rür­lər. İki yet­kin in­san ai­lə­si on­la­rın mü­na­si­bə­ti­nə mü­əy­yən sə­bəb­lə­rə gö­rə ra­zı de­yil­sə, qar­şı-qar­şı­ya otu­rub qu­ra­caq­la­rı ev­li­lik hə­yat­la­rı ba­rə­də da­nış­ma­lı­dı­lar. Əgər on­lar söh­bət edə­rək bir yer­də xoş­bəxt ola­caq­la­rı­nı gö­rür­lər­sə, bir-bi­ri­ni ba­şa dü­şür­lər­sə, va­li­deyn­lə­ri ra­zı ol­ma­sa­lar be­lə, iki yet­kin in­san ki­mi ai­lə qu­rub bir dam al­tın­da ya­şa­ya bi­lə­cək­lər­sə, bö­yük­lə­rin ra­zı­lı­ğı ol­ma­dan da ni­ka­ha gi­rə bi­lər­lər. Ni­şan və to­yun ol­ma­sı o qə­dər də önəm­li de­yil. Am­ma bu­nu gənc­lər va­li­deyn­lə­ri­nin acı­ğı­na edir­sə, bu, yax­şı nə­ti­cə­lən­mə­yə­cək”.

Mü­sa­hi­bi­miz qeyd edir ki, va­li­deyn­lə­rin öv­lad­la­rı ilə düz­gün mü­na­si­bət qu­ra bil­mə­mə­si də öv­lad­la­rı­nın on­lar­dan giz­li ai­lə hə­ya­tı plan­laş­dır­ma­sı­na gə­ti­rib çı­xa­rır: “Qız və ya oğ­lan ki­mi­sə se­vən­də bu haq­da gə­lib va­li­dey­ni­nə da­nış­ma­lı­dır­lar ki, bö­yük­lər təd­bir gör­sün­lər. Adə­tə gö­rə oğ­lan evi qı­za el­çi düş­mə­li, qız evi də çay süf­rə­si üçün ha­zır­lıq gör­mə­li­dir. Am­ma gənc­lə­rin va­li­deyn­lə­ri ilə mü­na­si­bət­lə­rin­də gər­gin­lik var­sa, on­la­ra bu­nu de­mə­yə çə­ki­nir­lər. Və qaç­maq on­lar üçün da­ha asan gə­lir. Qız qa­çı­rıl­ma adə­tən qı­zın is­tə­yi ilə olur. Am­ma is­tis­na­lar da var”.

X.Ab­bas əla­və edib ki, bu gün gənc­lər nə üçün ai­lə qur­duq­la­rı­nı bil­mir­lər: “Ai­lə sö­zü­nü be­lə tam dərk et­mir­lər. Oğ­lan gö­rür ki, qı­zın baş­qa bir is­tə­di­yi var, am­ma gənc­dir, qız­dan da çox xo­şu gə­lir və bu­nun son­ra­sı­nı dü­şün­mə­dən qı­zı gö­tü­rüb qa­çır. Tə­bii ki, qız psi­xo­lo­ji trav­ma ya­şa­yır. Xoş­bəxt ola bil­mir­sə, ömür bo­yu hə­yat yol­da­şı­na qar­şı da­xi­lin­də kin, nif­rət bəs­lə­yir. Və be­lə ai­lə­lər­də söz-söh­bət tü­kən­mə­yə­cək”.

Psi­xo­lo­qun de­di­yi­nə gö­rə, qa­çı­rıl­mış qız­la­ra cə­miy­yə­ti­miz­də o qə­dər də yax­şı bax­mır­lar: “Onun haq­qın­da müx­tə­lif şa­yə­lər də da­nış­ma­ğa baş­la­yır­lar. Qız məc­bu­ri qa­çı­rı­lıb­sa be­lə, na­dir hal­lar­da ata evi onu qay­tar­maq is­tə­yir, çün­ki qa­çı­rıl­mış qı­zı ar­tıq heç kim gə­lin ki­mi qə­bul et­mə­yə­cək”.

Mü­tə­xəs­sis əla­və edib ki, bə­zi ai­lə­lər­də qa­çan gə­lin gö­zü­köl­gə­li olur. Önəm­li olan qı­zın qa­çıb-qaç­ma­ma­sı de­yil, iki nə­fə­rin xoş­bəxt ol­ma­sı­dır.

Psi­xo­loq qeyd edir ki, gənc­lər qaç­ma­ğı ən so­na sax­la­ma­lı­dır: “El­çi­lik, ni­şan, toy bun­lar gö­zəl adət­lə­ri­miz ol­maq­la ya­na­şı tə­rəf­lə­rə bir-bi­ri­ni da­ha yax­şı ta­nı­ma­ğa im­kan ya­ra­dır. Ək­sər hal­lar­da ai­lə­lə­rin dün­ya­gö­rü­şü bir-bi­ri­nə uy­ğun gəl­mir­sə, bu ərə­fə­də konf­likt­lər çı­xır və tə­rəf­lər yan­lış ad­dım at­maq­dan yan ke­çir­lər, toy et­mir­lər. Bu, hər hal­da bo­şan­ma­dan yax­şı­dır. Xü­su­si­lə də, qız bir müd­dət ni­şan­lı qa­lar­sa, qız və oğ­lan mü­əy­yən prob­lem­lər­lə üz­lə­şə­rək bir­gə xoş­bəxt olub-ol­ma­ya­caq­la­rı­nı an­la­yar­lar. Bu za­man ai­lə­lər, elə­cə də qız və oğ­lan ara­sın­da müx­tə­lif mü­ba­hi­sə­lər ya­ra­nır”.

 

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir