Hamilə qalmaq istəyirsiniz, ancaq heç cür alınmırsa, “Gencaile.az”-ın təqdim edəcəyi bu 9 səbəbə diqqət edin. Bəlkə də məhz bu səbəblərdən biri sizin hamilə qalmağınıza imkan vermir.
Pelvik inflamatuar xəstəlik: PID ən qısa anlamda, qadında üst genital sistemin yəni rəhm, borular, yumurtalıqlar və bunların ətrafındakı qızlıq pərdəsinin (periton) infeksiyalarıdır. Xəstəliyin başlıca səbəbləri qorunmadan cinsi əlaqə və birdən çox seks partnyorunun olmasıdır.
Cinsi yolla yoluxan xəstəliklər: Cinsi yolla yoluxan xəstəliklər həm qadın, həm də kişi cinsi orqanlarına ciddi şəkildə təsir göstərir. Nəticədə spermalar yumurtaya çatmaq üçün gücsüz olur.
Polikistoz sindromu: Hormonal pozğunluqla əlaqədar yaranır. Həddən çox ifraz edilən adrojen hormonu yumurtlama dövrünə mənfi təsir göstərir. Polikistoza qarşı düzgün müalicə üsulu seçilməlidir. Müalicə sayəsində hamilə qalmaq şansı yüksəlir.
Nizamsız həyat tərzi: Stressli iş, siqaret və digər pis vərdişlləriniz hamilə qalmaq şansınızı aşağı salır.
Yaş: Yaşınız böyükdürsə uşaq sahibi olma şansı azdır. Mütəxəssislər uşaq sahibi olmanı 35 yaşdan əvvəl planlamağı məsləhət görür çünki bu yaşdan sonra hamilə qalmaq şansı azalır və bəzi ciddi rahatsızlıqlara tez-tez rastlanır.
Yumurtlama ilə bağlı problemlər: Müntəzəm olaraq yumurtlama yoxdursa, onda hamilə qalmaq şansınız da azdır. Ac qalaraq saxlanılan pəhrizlər, həddən çox idman, istifadə edilən dərmanlar, şiş və yaralar yumurtlama problemlərinə yol açır.
Endometrioz: Uşaqlığın içərisində olması lazım hüceyrələrin uşaqlığın xaricində yerləşməsidir.
Xərçəng müalicəsi: Həm qadın, həm də kişilərdə xərçəng müalicəsi zamanı məruz qalınan şüa və testlər yumurtalıqlara ziyan vuraraq hamilə qalmaq şansını azalda bilər. Kimyaterapiya da bu baxımdan zərərlidir.
Sağlamlıq problemləri: Həddən çox kök, ya arıqsınızsa, yaxud hansısa xəstəliyiniz varsa, bu, hamilə qalmamanıza səbəb olur.