İnsanlar əlbəttə, taksonomik olaraq balıq növü deyil. Ancaq insanlar da daxil olmaqla bütün yerüstü canlıların (məməlilərin, sürünənlərin və hətta yarı-kontinental olan qurbağa) ortaq əcdadları balıqlardı. Balıqlar sinfindən ayrılan bir qol, ilk dəfə 375 milyon il əvvəlki quru həyatına uyğunlaşmaqla təkamül edib. Bu qrup ilk növbədə Amfibilərə təkamül etdilər. Onlardan ayrılan bir qol sürünənlərə və həm də məməlilərə gedəcək olan qolları meydana gətirdi. Belələliklə sürünənlər sinfinin kiçik bir qolu, balıqlar sinfi ilə məməlilər sinfi arasında bir ara keçiddir. Bu müddətdə təkamül edən sürüngən xüsusiyyətləri, bütün nəvə növlərə, o nöqtədən sonra təkamül edəcək bütün məməlilərə və nəhayət biz insanlara da miras olaraq qalmışdı. Bəs bu sürüngən xüsusiyyətlərini bilirik? Biz onların mənşəyin bilirikmi? Gəlin bunlardan 7 xüsusiyyətə nəzər salaq.
1. Yumurta (Yolk) Kisəsi
Biz insanlar plasentalı məməli heyvanlardanıq. Doğaraq çoxalırıq. Lakin bu, bala verdiyimiz zamanda atalarımızdan qalma əlamətlərin olmadığı demək deyil. Yumurta kisəsi, sürünən atalarımızdan qalma ən görkəmli xüsusiyyətlərindən biridir. Bu kisənin məqsədi bətndə inkişaf edən embrionu qidalandırmaqdı. Bu kisələrin 300 milyon il əvvəl təkamül etdiyi düşünülür.O dövrdə yaşamış amfibiyalılar və sürünən atalarımızda bu kisələr, quruda yaşamağa bir uyğunlaşma olaraq təkamül etmişdi. Amniot təbəqəsi ilə birlikdə, bu yumurta kisəsi, okeanların yerinə yerüstü mühitdə yumurtaların quruyaraq məhv olmasına mane olurdu. Biz artıq yumurta ilə çoxalmasaqda bu kisə embrionlarımızı qidalandırmağa davam edir.
2. Güclü dəri
Qalın dərilər məməlilərin fərqli xüsusiyyətlərindən deyil, onun bilinən xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət, sürünən atalarımızın quru mühitində verdiyi ən erkən həyat mübarizəsinin məhsuludur. 300 milyon il əvvəl quraq mühitdə yaşamağa başlayan sürünənlərdə, bu quraqlıqla mübarizədə dəriləri qalınlaşmağa başlamışdı. Bu qalın dərilərin vəzifəsi, ölü dəri hüceyrələrindən baryer yaradaraq, bədəndəki suyun xarici mühitdə itirilməsinin qarşısını almaq üçün mane yaratmaqdır. Bu ölü dəri hüceyrələri, canlı olanların üzərində yığılaraq qalın müdafiə rolunu inkişaf etdirmişlər. Bu qatlaşmış dəri strukturu bizlərə sürünən atalarımızdan qalmışdı.
3. Başımızın (və digər yerlərimizdə) olan tüklər
Tüklər, məməlilərin fərqləndirici xüsusiyyətidir. Ancaq bu tüklərin ən erkən formaları ilk növbədə sürünənlərdə təkamül etmişdi. 245 milyon il bundan əvvəl yaşayan Thrinaxodon kimi sürünənlərin cəsədində, “bığ” deyə deyə biləcəyimiz tüklər inkişaf etmişdir. Bu tüklərin vəzifəsi, qaranlıq oyuqlarda və quyularda ətrafında baş verənləri təyin etməkdir. Bu sadə strukturlu tüklər, 20 milyon illik dövr ərzində təkamül edərək bədəni əhatə etməyə başlayıb. Burada sürünənlərin bu soy xəttindən, tükləri ilə ayrd edilə bilən məməlilər sinfinin ilk üzvləri inkişaf etmişdir.
4. Qulaqlarımız və “eşitmə” duyğumuz
Neil Şubinin əfsanəvi şah əsəri olan İçimizdəki balıq kitabını oxuyanlar (və ya sənədli filmi izləyənlər), bizim qulaqlarımızdakı sümüklərin sürünənlərdən miras olduğunu biləcəklər. Anvil, üzgəc və çəkic kimi yadda qalan üç kiçik sümükdən ikisi sürünənlərdəki çənə sümükləridi. 200 milyon il bundan əvvəl bu iki çənə sümüyü müxtəlilləşməyə və başda gedərək geriyə doğru sürüşməyə başlamışdı. Hadrocodium kimi, 190 milyon il bundan əvvəl yaşamış ilk məməli canlılarda (ara keçid növlər) ilk dəfə üç köklü qulaq strukturunu görməyə başlamışıq. Yəni sürünən sələflərimizin çənə sümükləri müxtəlifləşməsydi, bəlkə də bu qədər həssas bir şəkildə eşitmə qabiliyyətini əldə edə bilməzdik.
5. Böyük Beyinlərimiz
Məməlilər sinfi, sürünənlərdən təkamül etmiş olan quşlar sinfi ilə birlikdə heyvanlar aləminin ən ağıllı qrupuna sahibdi. Bunu biz böyük beyinlərimizə borcluyuq. Bu böyük beyinləri isə sürünən atalarımız. Bığlar və daim inkişaf edən eşitmə hissi kimi bacarıqlar, beyinlərin böyüyərək daha çox məlumatı, daha sürətli işləmək üçün xüsusi olmasını tələb edir. Bu da, sürünənlərdən təkamül edən qruplarda gedərək böyüyən beyinləri mümkün etmişdi. Primatlar kimi böyük beyinlərə sahib canlıları ehtiva edən qruplar,məməlilərin sürünənlərdən ilk dəfə ayrılmasından on milyonlarla il əvvəl (təxminən 47 milyon il əvvəl) təkamül etmiş olsalar da,bu böyük beyinlərin mənşəyi sürünən əjdadlarımızda və onların təkamül edərək dəyişməsində itirilmişdi.
6. Dişlər
Sürünənlərlə maraqlanan hər kəs. sahib olduqları sivri və kəsici dişləri olduğunu bilir. Nəticədə dinozavrlar sürünəndi. Bu gün də mövcud olan timsahlarda.
Sürünən sələflərimizin azı dişi yox idi. Azı dişlər məməlilər sinifinin fərqli xüsusiyyətlərindən biridir.Lakin bu dişlər sürünənlərdən məməlilərə keçid dövründə ilk dəfə inkişaf etməyə başlayıblar. Gorgonopsid növlərində ilk dəfə kəsci dişlərlə qarşılaşırıq. Daha sonra 230 milyon il əvvəl təkamül edən kemiricilərin zamanında sürünənlər artıq çoxdan bitkiləri tükətməyə və molar kimi dişlərə çevrilməyə başladılar. Təkamül prosesi zamanı dişlər,mürəkkəbləşərək bizə qdəər gəlib çatdı.
7. Genlərimiz
Əlbəttə ki, bu saydığımız xüsusiyyətlərin heç biri, fiziki xüsusiyyətlər olaraq gələcək nəsillərə köçürülməyib. Köçürülənlər ancaq genlərdi. Xüsusən də, EDA adlı bir gen sürünənlərdən miras qalan ən kritik genlərdən biridir. Bu gen; dişlərin sayı, dişlərin necə göründüyü, saç miqdarı və dəri quruluşua təsir etdiyi bilinir.Yəni sürünənlərdəki EDA genlərinin mutasiyaları və onların seçilməsi, məməlilərin təkamülünə imkan verən ən vacib hadisədir.