Diş ağrısı niyə gecələr başlayır?
Diş ağrısı səbəbiylə həkimə getdiyinizdə həkimin sizə ilk verdiyi sual ağrını təsvir etməkdir. Dişiniz gecə ağrıdımı, sizi yuxunuzdan oyandırdımı?
Ağrı insandan insana fərqlilik göstərən subyektiv qavrayışdır. Birində ağrı daha şiddətli olduğu halda, o birində kiçik sızıltı kimi ortaya çıxar.
Diş ağrısı da belədir. Ağrıya dözümü olmayanlarda ən xırda çürük belə ağrıya səbəb olur. Əslində bu daha yaxşıdır. Çünki ağrıya dözümü çox olan insanlar xırda ağrılar zamanı deyil, çürük böyüyüb daha şiddətli ağrıya səbəb olduğu zaman həkimə gedirlər. Ancaq gecə yaşanan diş ağrısı hər kəsdə eyni yaşanır və heç də yaxşı bir şey deyil.
Diş niyə məhz gecə ağrayır?
Dişlərimiz xarici ortamla əlaqədə olan tək orqandır. Dişin görünən qismində çürük, iltihab olarkən sümüyün altındakı qismində itihabın müqaviməti çətinləşir. Dirənə bilməyən bu iltihab təzyiq və zoqquldama kimi şiddətli ağrıya səbəb olur.
Gecə 03:00 radələrində gün işığından gün boyu aldığımız fayda tamamilə bitir. Bədəndə hormon dəyişikliyi yaşanır. Bədənin maddələr mübadiləsi sıfıra enir. Yatarkən yalnız hüceyrələrdə yenilənmə və yaxşılaşma funksiyası davam edər. Qan hüceyrələri problemli bölgələrə hücum edərək yaraları oyandırmağa və hüceyrələri yeniləməyə çalışır. Qan hüceyrələrinin miqdarının çox olması həmin ağrılı bölgədə artıq təzyiqə səbəb olur. Məhz ona görə həmin gecə yarısı sümük arasında sıxışan hüceyrələrin təzyiqi ilə ağrı gecə ortaya çıxır.
Gecə yarısı başlayan diş ağrısı üçün dişin üzərinə aspirin, sarımsaq, kolonya kimi maddələrin qoyulması yumşaq toxumalara zərər verəcək və ikinci dərəcəli ağrılara səbəb olacaq. Qısa müddətdə həkimə gedə bilməsəniz üzünüzdə şişkinlik yaranarsa, üzərinə soyuq kompres qoyun. Ağrıkəsicilər istifadə edin. Dişinizin üzərində çürük varsa, çürüyün içərisində yemək qalmamasına diqqət edin, yaxşı fırçalayın. Çürüyün içində yemək qalması ağrını daha çox artırr. Qərənfil yağı da diş ağrısına yaxşı təsir edə bilər.
Ancaq bunlar bir kənara, bir yeriniz ağrıdısa mütləq həkimə gedin .