Araşdırmalara görə, xərçəng xəstəliyinə yoluxmada ilkin ehtimallar fiziki məşqlərin edilməməsi, radiasiyaya məruz qalma, piylənmə, siqaret və çirkli havadır. Daha çox qadınlarda rast gəlinən döş xərçənginə kişilərdə də rast gəlmək mümkündür. Döş xərçənginə yoluxan qadınların əksəriyyəti siqaret çəkənlərdir.
Cild xərçəngi də bu xəstəliyin ən yayğın növlərindəndir. Tarixdə tək bir səbəbdən qaynaqlanan ən böyük xərçəng xəstəliyi faciəsinə “Çernobıl” hadisəsi zamanı rast gəlinib.
Hər bir insanın vücudunda gün ərzində 200-1000 rası xərçəng hüceyrələri yaranır. Lakin sağlam insan vücudundakı immun sistemi bu hüceyrələri məhv edir. Xərçəng hüceyrələri milyon və milyarda çatmadan ortaya çıxmır. Əgər insanın immunitet sistemi düzgün işləmirsə o zaman bu xəstəliyin ortaya çıxma riski çoxdur.
Dünya Sağlamlıq Təşkilatının araşdırmalarına görə, düzgün qidalanmamaq da 70 faiz bu xəstəliyin yaranmasına səbəb olur.
Qədərindən artıq istifadə edilən süd, kofe, çay, turşu və şəkər xərçəng xəstəliyinin meydana gəlməsinə səbəb olan qidalardır. Xərçəng xəstəliyinin müalicəsi zamanı xəstələrə tətbiq edilən radio şüa bədəndəki zərərli hüceyrələrlə yanaşı, sağlam hüceyrələri də məhv edir.
Bu səbəbdən də bu xəstəliyin müalicəsi zamanı ürək, ağciyər, qaraciyər və böyrək kimi önəmli orqanlar zərər görə bilir. Xərçəng xəstəliyinə yalnız insanlarda deyil, heyvanlarda da rast gəlinir. Çirkli hava ağciyər ilə yanaşı, sidik kisəsi xərçəngini də yarada bilir.
İtaliyada təlim keçən itlər iyləyərək xərçəng xəstəliyini aşkar edə bilirlər. İdrar nümunələrini qoxlayan itlər prostat xərçəngini tapırlar. Təcrübəli itlər bu xüsusda 98 faiz bacarıq nümayiş etdiriblər.
Bir ədəd siqaretin tərkibində 4800 zəhərli maddə var. Bunlardan 70-i xərçəng xəstəliyinə yol açan kanserogen maddələrdir.
Kasıb ölkələrdə xərçəng xəstəliyi riski daha çoxdur. Xərçəng xəstəliyi yüzdə 5-10 faiz irsi ola bilir. Qadın və ya kişi fərq etməz, evli olan insanların bu xəstəliyə yoluxma riski daha azdır.
Lakin yuxarıda sadaladığımız qidalanma, zəhərli maddələr və s. bu kimi amillər də önəm daşıyır. Təmiz və güclü oksigen zərərli hüceyrələri məhv etməyə qadirdir.
Mütəxəssislər insanlara dağlıq, havası təmiz olan ərazilərdə olarkən dərindən və çox nəfəs almalarını məsləhət görürlər. Bu günə kimi dünyada 28 milyon insan bu xəstəliyə qalib gəlməyi bacarıb.