idman

Bu yazını oxumayanlar daha tez öləcək

Baxış sayı: 1. 275

Bəzən tənbəlliyimiz ucbatından sağlamlığımızı itiririk. Həkim və psixoloqlar özümüzü yorğun hiss etməyimizin 14 səbəbini  aşağıdakılarda görürlər:

 

Yorğun olanda idmana yox, evə gedirik

“Enerjiyə qənaət” adı altında buraxdığımız hər idman dərsi əleyhimizə işləyir. Corciya Universitetinin apardığı araşdırma nəticəsində bəlli olub ki, həftədə heç olmasa 3 dəfə idman edən şəxslər idman etməyənlərlə müqayisədə daha az yorulurlar. Divanda boşuna uzanmaqdansa, idmana getmək barədə düşünün.

 

Çox az su içirik

Dietoloq Emi Hudsonun sözlərinə görə, hətta orqanizmdə çatışmayan 2% su belə, orqanizmimizə mənfi təsir edir. Orqanizmdə suyun azlığı qanı laxtalandırır və damarda qanın normal hərəkətində problem yaranır. Bəs gün ərzində neçə litr su içməliyik sualına Hudson belə cavab verir: çəkinizi 30-a bölün, alınan rəqəm qədər (litr) su için.

 

Dəmir az qəbul edirik

Orqanizmdə dəmirin azlığı özümüzü yorğun hiss etməyimizə səbəb olur. Bundan xilas olmaq üçün dəmir tərkibli qidalar qəbul edin. Məsələn, yağsız mal əti, göyərti, yumurta (sarısı ilə birgə)

 

Perfeksionitik  (mükəmməliyə qaçırıq)

Gəlin, düz danışaq. İdeal heç nə yoxdur və biz bunu bilirik. Əgər siz qarşınıza real olmayan məqsədlər qoymusunuzsa, əlbəttə, həmişə özünüzdən narazı qalacaqsınız. İllərlə yığılan bu narazılıq daha sonra xroniki yorğunluğa çevrilir.

 

Biz qarışqadan fil düzəldirik

Hər iclasda müdirin sizi işdən azad etmək istədiyini düşünürsünüzsə yanılırsınız. Velosiped sürməkdən niyə qorxursunuz? Qəza törədəcəksiniz? Qorxmayın. Bu qorxular özümüzü yorğun hiss etməyə gətirib çıxarır. Dərindən nəfəs alın və deyin: ümumiyyətlə beyninizdə qurduğunuz dramatik ssenarilər nə dərəcədə realdır?

 

 Səhər yeməyindən imtina edirik

Qida qəbulu sağlamlığımız üçün çox vacibdir. Biz yatanda orqanizm yediyimiz qidanı oksigenə çevirir və onu bədən boyu paylayır. Ona görə də oyananda ac oluruq. Hər səhər yeməklə silahlanmalıyıq. Araşdırmalara görə, səhər yemək yeyən insanlar  yeməyənlərlə müqayisədə özlərini daha gümrah hiss edir.

 

Faydasız qida qəbul edirik

Yarımfabrikat məhsullar orqanizmə ziyandır. Onlar qanda şəkərin miqdarının dəyişməsinə gətirib çıxarır. Qanda şəkərin artıb-azalması isə daima bizi yorğun hiss etdirir.

 

“Yox” deyə bilmirik

Ətrafındakıların xoşuna gəlmək üçün çox enerji sərf edirsiniz. Əgər müdir sizə həftə sonu tapşırıq verirsə və siz işə qəbul olanda müqavilədə belə bir şey yazılmamışdısa, asanlıqla ona “yox” deyə bilərsiniz. Bu “yox”dan sonra nə qədər rahat olduğunuzu hiss edəcəksiniz. Klivlend klinikasının psixoloqu Syuzan Albers deyir ki, tək olanda eşidə biləcək səslə çoxlu “yox” deyin. Bu sizə “yox” deməyi öyrədəcək.

 

Ofisimiz həmişə səliqəsizdir

Masanızın üstündəki lazımsız kağızlar, stəkan, qovluqlar diqqətinizi toplamağa mane olur. Bu, Priston Universitetində aparılan araşdırma zamanı bu bəlli olub. Məsləhət görülür ki, hər  gün işdən çıxarkən masanızın səliqəli olduğundan əmin olmadan getməyin.

 

İstirahət etmədən çalışırıqsa…

Priston universitetinin professoru Lombardonun sözlərinə görə, əgər siz hətta hovuz yanında belə, elektron ünvanınızı yoxlayırsınızsa bu, bir müddət sonra əsəblərin pozulması ilə nəticələnəcək. İstirahət  saatları planşet, notbuk və telefonlardan uzaq durun. Ancaq bu vasitələrdən azad olmaqla dincələ bilərsiniz.

 

 Yatmazdan əvvəl 1-2 bokal şərab içirik

Alkoqol yatmazdan əvvəl yorğunluq və stressi atmağın ən yaxşı üsulu kimi görünə bilər. Amma onun əks təsirlərini də unutmaq olmaz.  Alkoqol mərkəzi sinir sisteminə mənfi təsir edir.

 

Yatanda belə sosial şəbəkələrdən “əl çəkməmək”

Telefon və  planşetlərin işığı sutkalıq ritmə və gözümüzə mənfi təsir edir. Həkimlər yatmazdan ən azı 2 saat əvvəl telefon və planşetlərdən uzaq olmağı məsləhət görürlər. Yox, əgər telefondan asılısınızsa, o zaman telefonla göz aranızda heç olmasa 14 sm məsafə saxladığınıza əmin olun.

 

Gün ərzində normadan artıq kofein qəbul edirik

Araşdırmalara görə kofeni ancaq səhər saatlarında içmək orqanizmə müsbət təsir edir. Gün ərzində 3 kiçik ölçülü stəkandan çox içilən kofe isə orqanizmə ziyandır. Kofein adenozin ifrazını bloklayır (adenozin bizə yuxu gətirən hormondur).

 

İstirahət günləri gec yatırıq

İstirahət günləri fürsətdən istifadə edib gec yatmaq həftə ərzində özümüzü pis hiss etməyimizə səbəb olur. Yuxu rejiminin pozulması bizi qocaldan əsas vasitələrdəndir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir