hamile

Yayda hamiləliyi necə keçirməli?

Baxış sayı: 1. 622

Uşaqdan böyüyə hamının sevdiyi yay fəslinin ilk iki ayı arxada qaldı. Bağ mövsümü, istirahət zamanı olduğundan hamı Xəzərin sahilinə, qumsallıqlara can atır. Amma unutmayaq ki, hər gözəl olan bir qədər də təhlükəlidir. Bu da faktdır ki, yayın təhlükəsinə ən çox məruz qalanlar körpələr, hamilə və zahı qadınlardır.

“Gencaile.az” yayda hamiləliyi necə keçirməklə bağlı məsləhətləri təqdim edir:

hamile

Necə qidalanmalı?

Hamilə qadın isti aylarda duzlu, yağlı və qızarmış yeməklərdən imtina etməlidir. Çiyələk və pomidor isə allergiya verə bilər. Yay ayında hamilə qadın üçün kabab və süd məhsullarından yaxşı heç nə yoxdur. Ekzotik meyvələr erkən doğuşa gətirib çıxarır. Yayda qida rasionunu “işıqfor rejimi”nə görə qurun. Əgər boşqabında qırmızı, sarı və yaşıl meyvələr varsa, demək, orqanizm vitamin və mikroelementlərlə zənginləşəcək. Əgər bədəndə mikroelement və vitamin çatışmazlığı varsa və həkim sizə “polivitamin kompleksi” qəbul etməyi məsləhət görübsə, diqqətli olun. Çünki bu elementlər yay aylarında zəhərlənmə verə bilər. Həm uşağın, həm də özünün sağlamlığını istəyirsənsə, dadlı olan heç nədən imtina etməyin.

Hamiləlikdə bədənin şişməsinə baxmayaraq, yayda çoxlu su için. Hamilə qadın özünü suya həsrət qoymamalıdır. Gün ərzində tər vəzilərinin aktivləşməsi nəticəsində su bədəndən tər vasitəsilə çıxacaq. 60-80 kq. olan qadın gün ərzində 1,5-2 litr su içməlidir. Amma nəzərə alın ki, konservant şirələr və kompot suyu bədənə toplanır. Ən yaxşısı suyu qarpız, yemiş və xiyarla əvəz etməkdir.

 

 

Üzmək olar?

Üzmək hamıdan çox hamilə qadına xeyirlidir. Bu, həm də gələcək uşağın asanlıqla dünyaya gəlməsinə yardım edir. Amma nəzərə almaq lazımdır ki, çimdiyiniz su ekoloji cəhətdən təmiz olmalıdır. Axı hamilə qadının orqanizmi həssas olduğu üçün o, ən kiçik mikroba da reaksiya verir. Su bədəndə və ayaqlarda yaranmış şişkinliyi aradan götürür, təzyiqi normallaşdırır və nəfəsalmanı yüngülləşdirir. Amma nəzərə alın ki, ən isti günlərdə belə çimdiyiniz suyun temperaturu 37 dərəcədən aşağı olmamalıdır.

HAMILE

Gündə qaralma və hava vannası

Hava yaxşı olsa belə hamilə qadın ancaq kölgədə oturmalıdır. Çünki onların bədəni ləkəni tez götürməyə meyilli olur. Gündən çox, hava vannalarına üstünlük verin. Çöldə bir neçə fiziki hərəkət etməklə, orqanizmi doğuşa hazırlayın.
Zahı qadının ilk ayı

Südverən ananın pomidor, xiyar, kələm, qırmızı qarağat və çiyələklə qidalanması uşağa xeyirdir. Yayda qida rasionuna qarabaşaq (qreçka) və kartof soyutması da əlavə etsəniz, yaxşı olar. Əgər iştahanız yoxdursa, bu, qorxulu deyil. İsti günlərdə meyvə şirəsi (pomidor, portağal və üzümdən başqa), açıq yaşıl çay, qazsız mineral
su, qatıq, ayran içib, yoqurt yemək həm anaya, həm də uşağa xeyirlidir.

 

Dəniz və zahı ana

Zahı qadına dəniz suyu çox xeyirlidir. Yayda qaralmaq istəyirsinizsə, günün ikinci yarısından sonra kölgədə oturun. İsti külək gün şüalarını kölgəyə gətirib, dərini qaraldacaq. Zahı qadın yayda soyuq və qatılaşdırılmış süddən,
dondurmadan imtina etməlidir. Pendir və kəsmik bu ərəfədə orqanizmə lazım olan ən xeyirli qidadır.

Əgər uşağın alnı qızarır, dərisində suluq əmələ gəlir, siması bəyazlaşır, gözləri qaralırsa, bu, gündən yanmanın əlamətləridir.

Hamilələr üçün sevimli, amma təhlükəli yay

İlkin yardım:

Uşağı böyrü üstə uzadıb, baldır hissələrinə soyuq kompress qoyun. Əgər bədəndə suluqlar əmələ gəlibsə, həmin hissəyə tez-tez su çiləyib, ardıc (mojjevelnik) dəmləməsini kompress kimi qoyun.

 

Qida zəhərlənməsi:

Əgər uşaqda işləmə, yüksək hərarət, qusma, qarında ağrı və iştahasızlıq varsa, demək, o, zəhərlənib. Dərhal həkimə müraciət edin.

 

Həşərat dişləməsi:

Dəridə qızartı, şişkinlik və qaşınma həşərat sancmasından xəbər verir. Dişlənmiş yerə bağayarpağı dəmləməsini kompress kimi qoyun. Əgər dəridə qara rəngli ziyil əmələ gəlibsə, demək, uşağı gənə dişləyib. Gənə ayaq və
əldən dərialtına daxil olub, qarından aşağı, ayağın büküşlərinə qədər hərəkət edir.

 

Qəbizliyin səbəbi:

• Ananın yemək rasionunun hamiləlik vaxtı pozulması;
• Uşağın qida rasionunun pozulması;
• Qarında qaz yığılması;
• Südün əmələ gətirdiyi qəbizlik.

Hamile




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir