BURUN QANAMASI

Burun qanamasını belə dayandırın – SADƏ ÜSUL

Baxış sayı: 1. 388

Burun qanaması hər kəsin həyatında yaşaya biləcəyi bir haldır. Bu zaman adətən ilk görülən iş başı geriyə sallamaqdır. Lakin türkiyəli burun-boğaz həkimi Mustafa Avcu bunun yanlış addım olduğunu deyir. “Gencaile.az” bununla bağlı həkimin fikirlərini çatdırır.

Həkim bildirir ki, uşaq, gənc və yeniyetmələrdə daha çox ön burun qanamaları, orta və irəli yaşlardakı insanlarda arxa burun qanamaları olur. Allergiya, infeksiya və ya burun daxili quruluq hallarında, burun qurdalandıqda,  qüvvətli burun ifrazı gəldikdə, qanama – laxtalanma pozğunluğu, aspirin və bənzəri dərman istifadəsi, yüksək təzyiq, burunun orta hissəsində əyrilik, qəza və zərbə, baş və üz yaralanmaları, şiş, kor-koranə dərman istifadəsi qanamaların başlıca səbəbləri arasında ola bilər. Burun qanamasına səhv müdaxilə isə qanın azalması əvəzinə daha da şiddətlənməsinə səbəb olur: “Həyəcan və təlaş burun qanamasını şiddətləndirə bilər. Əvvəlcə qanaması olan və müdaxilə edən adamın sakit olması lazımdır. Həyəcan və çaxnaşma vəziyyətində təzyiq yüksələ və qanama şiddətlənə bilər. Ən çox qanamalar burnun ön qismində olur. Qanamalarda başı geriyə sallamaq və yatmaq düzgün deyil. Başı yüngülcə önə əyərək buruna təzyiq etmək lazımdır”.

İnsanlar arasında çox zaman qanama anında burnun üst sümüklü qisminə təzyiq edilir. Bu da səhvdir: “Burnun alt yumşaq qisminə, yalnız qanayan tərəfi deyil, hər iki tərəfi baş və işarə barmağı ilə mümkün qədər sıxıb təzyiq etmək lazımdır. Bu təzyiq əməliyyatı ən az 3 dəqiqə olmalı, ancaq ideal olaraq 5 dəqiqə davam etdirilməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir