aile

Uşağın öz yatağında yatması kimə lazımdır?

Baxış sayı: 1. 301

Uşaqlar öz ayaqları üzərində durmağa və özbaşına addımlamağa başlayandan sonra ən çox getdikləri yer valideyninin yataq otağı, çox böyük həzz aldıqları davranışlarından biri isə ata-analarıyla yatmaqdır.

Görəsən, körpələrin bu sevimli davranışına qarşı valideynləri nə etməlidir?

Bu, onlara qadağan edilməli, yoxsa, uşaqlara sərbəstlik verilməlidir?

Bəs, mütəxəssilər bu barədə nə fikirləşirlər?

“Gencaile.az” psixoloqların bu davranışla bağlı rəylərini təqdim edir:

 

Analar öz rahatlıqları üçün körpələrində pis vərdişin formalaşmasına səbəb olurlar

Mütəxəssislər hesab edir ki, valideynlər müxtəlif səbəblərdən körpələrinin onlarla birgə yatmaq vərdişi ilə mübarizə apara bilmirlər. Belə ki, valideynlər hələ yenicə dünyaya gələn körpələrini gecələr rahat əmizdirmək üçün onunla eyni otaqda, hətta eyni yataqda yatmağa üstünlük verirlər. Uşaqlar üçün isə ana qucağında yemək, yatmaq, ananın istiliyini, qoxusunu hiss etmək vaz keçilməz həzzdir. Odur ki, qətiyyətlə deyə bilərik ki, valideynlər rahatlıqları naminə körpələrində onlarla birgə yatmaq vərdişini formalaşdırırlar. Bu da gələcəkdə uşaqlar üçün psixoloji problemlərə səbəb olur.

Image result for uşaq hansı yaşda ayrı yataqda yatmalıdır?

Valideyn uşağının yuxu saatını dəyişir, uşaq isə yatağını

Başqa bir problem isə uşaqların yuxu saatına müdaxilə nəticəsində yaranır. İşləyən valideynlər uşaqların günorta yuxusunun vaxtını uzatdıraraq, körpələrinin axşam onlarla daha çox vaxt keçirməsini təmin etməyə çalışırlar. Yuxu saatının gecikməsindən istifadə edən uşaqlar isə valideynləri ilə yatmaq istəyirlər.

Related image

Uşaqların “tələ”si

Özünü valideyninin yanında təhlükəsiz hiss edən uşaqların gecəni də onların yanında yatmaq istəməsi təbii haldır. Bu istəklərinə çatmaq üçün isə onlar qorxu amilindən məharətlə istifadə edirlər. Məsələn, öz təxəyyüllərinə uyğun olaraq qaranlıqdan, canavarlardan və s. qorxduqlarını deyirlər. Uşaqların bu “tələ”sinə düşən valideynlər onların qorxusunu dəf etmək üçün yanlarında yatmağa icazə verirlər. Daha sonra isə bu, adət halına çevrilir.

Image result for uşaq hansı yaşda ayrı yataqda yatmalıdır?

Uşaqların öz yatağında yatması onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir

Valideynlər unutmamalıdırlar ki, məktəbəqədər dövrdə uşaqların qorxulu yuxular görməsi, gecələr səbəbsiz ağlayaraq ya da səksənərək yuxudan oyanması, demək olar ki, adi haldır. Odur ki, bu və digər problemlərin həlli heç də valideynlərlə yatmaqda deyil. Hətta valideynlər bilməlidir ki, uşaqların özlərinə aid bir otaqda və ayrı çarpayıda yatmaları məhz onların müstəqil böyüməsinə, cinsi inkişafına və ümumi şəxsiyyət kimi formalaşmasına zənn edildiyindən daha çox təsir göstərir.

Image result for uşaq hansı yaşda ayrı yataqda yatmalıdır?

Uşaqlara öz yatağında yatmağı necə öyrətməli?

Hər bir uşağın fərqli xüsusiyyətləri olduğu kimi, yuxuya getmə davranışları da bir-birindən fərqlənir. Məsələn, həddindən artıq hərəkətli uşaqların istənilən saatda yuxuya getmələri çətindir. Bəziləri tək yata bilmədiyi üçün valideynlərinin yanında, bəziləri də başqa bir otaqda yuxuya gedirlər.

Uşaqların yuxu saatını tənzimləmək, onlarda yuxuya getmək vərdişi yaratmaq üçün valideyn nə etməlidir?

Mütəxəssislər hesab edir ki, uşağqları yatmağa məcbur etmək, onları otaqda tək qoymaq doğru deyil. Bu cür davranış bir müddət sonra yuxunu uşaqlarda qorxuya çevirə bilər. Bunun əvəzinə, yuxusu gəlməyən uşağa nağıl danımaq, ya da həmin gün baş verənlər haqqında söhbət etmək olar. Valideynlər uşaqlarında öz otaqlarının təhlükəsizliyinə inam yaratmalıdır. Gecələr uşağınız qorxduğu üçün yanınıza gəlirsə, ona sizinlə yatmağa icazə verməyin. Onunla öz otağına qayıdıb uşağınıza o, yuxuya gedənə qədər orada yata biləcəyinizi deyin. Bununla yanaşı, körpənizə sevdiyi oyuncaqla yata biləcəyini söyləyin. Otağının qapısının açıq, işığının yanılı saxlayacağınızı deyin. Valideynlər bu zaman qərarlı olmalı, uşaqların ağlamasına, qorxmasına fikir verməməlidirlər.

Image result for uşaq hansı yaşda ayrı yataqda yatmalıdır?

Uşaqlar hansı yaşda ayrı yataqda yatmalıdır?

Mütəxəssislər uşaqların elə doğulduğu gündən ayrı yatmalı olduğunu deyir. Bundan başqa, ən geci 3-4 yaşından sonra otaqlar mütləq ayrı olmalıdır.

Əlbəttə, burada da bəzi istisnalar da var. Məsələn, qısa müddət ərzində uşaqların valideynləri ilə yatmaları böyük problem yaratmaz. Ancaq dəyişməz bir qaydaya daima əməl edilməlidir. Uşaq yatdıqdan sonra mütləq gecə öz otağına aparılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir