“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu həftə sizə Çin mətbəxi haqqında danışacağıq.
Çin mətbəxi başda Çin Xalq Respublikası olmaq üzrə Tayvan, Sinqapur, Malayziya, İndoneziya kimi Çin mədəniyyətinin məşhur olduğu uzaq şərq ölkələrindən qaynaqlanan və Çin restoranları sayəsində dünyanın bir çox bölgələrində geniş bir şəkildə tanınan bir mətbəxdir. Növ baxımından dünyanın ən zəngin mətbəxlərindən biri olan Çin mətbəxi uzaq şərqdə belə çinlilərin yaşadığı hər bölgədə böyük fərqliliklər göstərir. Ayrıca uzaq şərq xaricindəki Çin restoranlarından hazırlanan yeməklər olduqları ölkələrin mədəniyyətlərinə hazırladıqları üçün uzaq şərqdə çox fərqli vəsaitlər istifadə edərlər və fərqli ləzzətlər təqdim edərlər. Bunlara baxmayaraq Çin mətbəxi bəzi ortaq xüsusiyyətlərdən məhrum deyil. Tərəvəz ağırlıqlı yeməklər, yeməklərin “Wok” adı verilən çuxur tavalarda bişirilməsi və yeməklərin süfələrdə yemək çubuqlarıyla yeyilməsi Çin mətbəxinin ən təəccüblü xüsusiyyətləri arasındadır.
Çin mətbəxində istifadə edilməyən vəsait az qala yox kimidir. Ancaq dünyanın digər mətbəxlərində istifadə edilən vəsaitlərin yanında Çin mətbəxinin özünəməxsus bəzi vəsaitləri mövcuddur. Bu vəsaitlər arasında soya paxlası və soya paxlasından törəyən vəsaitlər xüsusi bir əhəmiyyət daşıyır. Bunların arasında soya sousu, soya südü, paxla filizi və tofu yer alır.
Çin mətbəxində çörək o qədər də istifadə olunmur. Əvəzində isə plovlar və düyüdən törəyən vəsaitlər də xüsusi bir əhəmiyyət daşıyır. Plovlar çörək yerinə doyurucu maddə olaraq istifadə olunur. Ayrıca, düyüdən edilən düyü unu makaronu və düyü şərabı da genş istifadə edilir.
Çin mətbəxi tərəvəz ağırlıqlıdır, amma ətlər də az miqdarda da olsa istifadə edilər. Ətlər arasında ən çox istifadə edilən ətlər donuz əti və toyuq ətidir. Ayrıca 13-cü əsrdən buyana Pekin ətrafında hazırlanmaqda olan Pekin ördəyi də Çin Xalq Respublikasının milli yeməyi olaraq qəbul edilməkdədir. Çinin Kanton bölgəsi isə dənizə yaxınlığı səbəbiylə balıq əti və su məhsullarına (xüsusilə krevet və midye) əhəmiyyət verir. Ayrıca xüsusilə uzaq şərq xaricindəki ölkələrdə olan Çin restoranlarından dana əti və hətta qoyun ətiylə edilən yeməklər olduqca məşhurdur.
Ümumiyyətlə, bu ölkədə mətbəxin müxtəlifliyi ölkənin böyüklüyü ilə izah oluna bilər. Çində dörd reqional mətbəx mövcuddur: şımali (Pekin, Şantunq, Honan), sahilboyu (Fukyen, Şanxay), kontinental (Siçuan, Yunnan) və cənubi (Kanton). Daha soyuq şimali reqionda yeməyin əsasını düyü deyil, buğda təşkil edir. Makaron, əriştə və ravioli burada səciyyəvi xörəklərdir. Ətlərin çoxu yungül və yumşaqdır. Ən çox soğan və sarımsaqdan istifadə olunur, tünd ədviyyatlardan isə istifadə olunmur. Sahilboyu regionda qidanı əsasən balıq və dəniz məhsulları, və həmçinin yüngül şorbalar təşkil edir. Tez-tez burada tərəvəzlərlə qızardılmış ət, quş əti və balıq verilir. Belə yeməyin içinə çoxlu miqdarda soya sousu əlavə olunur. Kontinental regionda çox acı və ədviyyatlı xörəklər sevilir. yeməklərrdə daha çox hətta qara istiotdan acı olan Siçuan istiotundan istifadə olunur. Bütün dünyada məşhur olan Çin yeməklərinin əksəriyyəti cənubi regiondan, Kanton ərazisindən gəlib. Bu yeməklər yungül, orta ədviyyatlıdır və ölkənin başqa regionlarında yeyilən yeməklərlə müqaisədə daha az yağlıdırlar. Ən populyar ədviyyatlar soya sousu, təzə zəncəfil, xeres və toyuq bulyonudur. Yeməyin orijinal dadını öldürməmək üçün tünd ədviyyatlardan çox istifadə olunmur. Kanton mətbəxində yeməklərin çoxu cəld hazırlama üsülla hazırlanır. Bü üsul coxdan bəri mətbəxdə kifayət qədər odun olmayanda tətbiq olunmağa başlayıb. Bu üsül eyni ölçüdə olan balaca yemək tikələri bir neçə dəqiqə ərzində isti yağda qızardılmasını nəzərdə tutur.
Ümumilikdə Çin mətbəxində yemək çeşidi çoxdur. Əksəriyyəti souzlarla təqdim olunur və donuz əti çox yeyilir. Yeməklərdə duzun demək olar ki, istifadə olunmaması diqqət çəkir, amma hər yeməyə duzun 10 qatını əvəz edən acı ədviyyatlar qatırlar. Ən əsası da it əti, pişik əti, müxtəlif həşəratlar, sürünənlər, sürünmüyənlər, uçanlar, qaçanlar demək olar hər şey yeyilir , amma çoxluq təşkil etmir.
Aydan Kərimli