zorakiliq

İnsanların bir-birinə zor tətbiq etməsi, aqressiya ilə yanaşması halı niyə artıb?

Baxış sayı: 1. 333

Nə qədər xoş mənzərə olmasa da, Azərbaycanda ailədaxili münaqişələr getdikcə artmaqdadır. Məsələnin ən acınacaqlı tərəfi isə cütlüklər arasında yaranan anlaşılmazlıqlar zamanı tərəflərin bir-birinə ciddi zərər vurması, ən pis halda isə qarşı tərəfə qəsd rtməsidir. Yadınızdadırsa, bir müddət əvvəl paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də xoşagəlməz hadisə baş vermişdi. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmışdı. Nəticədə, qadın aldığı xəsarətdən hadisə yerində keçinmişdi. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılmış və onda narkotik qəbulu nəticəsində psixi pozğunluq yarandığı məlum olmuşdu.

Maraqlıdır, son zamanlar insanların bir-birinə zor tətbiq etməsi, aqressiya ilə yanaşması halı niyə artıb?

Sualımıza aydınlıq gətirən psixoloq Aytən Ələkbərova  bildirir ki, bu olayı arzuolunmaz hal kimi qiymətləndirir:

“Hər birimiz dünyaya bir insan, bir fərd olaraq gəlirik. Bizim bir-birimizdən fərqlənən geoloji xüsusiyyətlərimiz, xarakterlərimiz zamanla formalaşaraq ayrıca bir şəxsiyyət oluruq. Bu şəxsiyyət ikinci və ya üçüncü şəxsiyyət dövrünü keçməklə formalaşır. Bəzən elə zərbələrimiz olur ki, məhz onları uşaqlıq yaşlarımızdan almış oluruq. Məsələn, ailə münaqişəsi vaxtı, qonşu davası zamanı, hətta bağça dönəmində belə müəllimlə valideynlərimizin qarşıdurması buna bir misaldır. Yəni görüb -götürdüyümüz bu olaylarla böyüməyə başlayırıq. Bu aqressiyalar artdıqca və insanlar böyüdükcə onlarda formalaşmış bu hal özünü büruzə verməyə başlayır. Eləcə də həmin insanlar bir-birilərinə sözü dava ilə deməyi düşünürlər.

Məhz dava-dalaşla hər hansısa bir məqama yetişəcəklərinə inanırlar. İnsanları bir fərd olaraq bildiyimiz halda onların xarakterlərinə uyğun yanaşmırıq. Düşünmürük ki, bu insan belə yaranıb. İstəsək də onu xarakterini dəyişə bilmərik. Heç vaxt bir-birimizə şəxsiyət kimi yanaşmırıq. Hər zaman olanların istədiyimiz kimi baş verməsini istəyirik. Amma bu, mümkün deyil. İnsanların bir başqasına aqressiya ilə yanaşması nəticəsində psixi təsir baş verir. Psixi halətdə də insanların depressiv vəziyyətə düşməsi nəticəsində bu cür xoşagəlməz vəziyyət yaşana bilir. Hazırda hadisənin əsas başvermə səbəbini tam olaraq bilmirik. Bildiyimə görə, oğlan narkotik qəbul edib. Bəlkə, onlar hadisə baş verməzdən əvvəl biryerdə oturub, deyib-gülüblər. Bu kimi məqamlar daha sonra aydın olacaq. Əgər kişi həmin an “otello” sindindiromu altında olubsa, o bu olayı törədib, amma sonralar başına hansı hadisələrin gələcəyini bilməyib. Lakin müəyyən müddətdən sonra onlar peşman olurlar. Bəzən də bu hissi keçirməyənlər də var. Onlar peşman olmadıqlarını, bir daha olsa, yenə edəcəklərini deyirlər. Yəni fikirlər tamam başqadır. Həmin situasiya baş verməyənə qədər, o insan danışdırılmayana kimi bilinmir ki, bu olayın səbəbi nə idi ki, bu nəticəni verdi”.

Psixoloq onu da əlavə etdi ki, insanların bir-birinə aqressiyası məhz uşaqlıq dövründən başlayır:

“Bu yaxınlarda bir kişi öz xanımının saçlarını dibindən kəsərək, onun videosunu sosial şəbəkələrdə paylaşdı. Bu da zorakılıqdır. Belə xoşagəlməz hallar insana pis təsir göstərir. Amma psixi zorakılıq daha arzuolunmaz fəsad törədir. Məhz buna görə, insan bilərəkdən öz həyatını itirə, hətta qarşısındakına da xəsarət yetirə bilər. İnsanlarda informativ stresslərdən dolayı kənardan aldığı informasiyaların çoxluğu ilə bağlı müəyyən neqativ hallar baş verir. Lakin emosianal stresslərdə insanlartın başına bu kimi faciəvi hadisələr gəlir. Məhz bu stressin təsiri altında ən sakit insan belə qarşısındakına xəsarət yetirə bilər. Çünki biz insanları özləri kimi qəbul etməyi bacarmırıq. Hər zaman qarşımızdakını öz xüsusiyyətlərimizə uyğun olmasını istəyirik. Amma bu, mümkün deyil. Heç övladlarımızı belə öz istədiyimiz xarakterdə böyüdə bilmirik. Hətta tarixdə İmam Əli tərəfindən günümüzə gələn belə bir məsəl var: “Övladlarımız bizim yox, zamanənin övladlarıdır”. Yəni hər kəs gördüyü, yaşadığı hadisələrə, həyata uyğun davranış sərgiləyir”.

 

Kənan Eynuroğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir