xeyanet

Ölkəmizdə ər-arvadın xəyanətinə görə cimayət məsuliyyəti niyə tətbiq edilmir?

Baxış sayı: 1. 386

Dünyanın bir sıra ölkələrində  ər-arvadın xəyanətinə görə, cəza nəzərdə tutan qanunun mövcud olması bu problem səbəbindən məhkəməyə müraciət edənlərin daha çox olmasına və ən əsası da xəyanətlə üzləşən tərəfin təzminat almasına şərait yaradır. Azərbaycanda isə xəyanətlə qarşılaşan tərəf ən yaxşı halda boşanmaq üçün məhkəməyə müraciət edir. Səbəb isə odur ki, ölkəmizdə boşanmalarda xəyanət motivinin nəzərə alınması qanuna görə mümkün deyil. Hər halda, vəkil İradə Cavadova belə deyir.

“Ümumiyyətlə, bizdə boşanma halları çox rahat şəkildə aparılır. Tərəflərə ilk əvvəl 3 ay vaxt verilir, barışıq olmadığı təqdirdə qanuna uyğun boşanma aparılır. Əgər belə bir qanun Azərbaycanda tətbiq edilərsə, xəyanəti sübut etmək lazım gələcək. Bunun üçün gizli çəkiliş, foto və ya videolar, internet mesajlar, telefon danışıqları olmalıdır. Bizdə isə şəxsin icazəsi olmadan şəkilini çəkmək, yaymaq qadağandır.

Vəkil olaraq, bizə də müraciət olunur və şikayətçilər xəyanətlə üzləşdiyini, bununla bağlı hansısa tələb qoyub, qoya bilməyəcəyini soruşur. Qanunvericilikdə belə müddəa yoxdur. Belə fakt varsa, bunu sübut etmək də çətindir.

Image result for vəkil İradə Cavadova

Çox olur ki, qadın xəyanətlə qarşılaşdığına görə, məhkəməyə müraciət edir, boşanmaq istəyir. Elə qadınlar var, hətta öz evində həyat yoldaşını başqa qadınla görür. Kişilər isə deyir, “Mən kişi xeylağıyam, başqa qadınla ola bilərəm, qadın normal qəbul etməlidir”. Təəssüf edirəm ki, belə hallara tez-tez rast gəlinir. Halbuki qadın ərinə xəyanət edərsə, kişi qəti şəkildə onu tənqid edir, evli qalmağı rədd edir.

Təbii ki, qadın da xəyanət etməməlidir. Amma necə ki, qadın və kişi bərabərhüquqludur, mentalitet faktorunu da nəzərə almaq şərtilə ailədə belə məsələlərə diqqət edilməlidir. Kişi öz ailəsinə xəyanət etməməlidir, istədiyi həyat tərzini keçirib, diskotekalarda, istədiyi qadınlarla şəkil çəkdirib, “Facebook”a qoyub, qadınını aşağılamamalıdır. Cəmiyyətin bu psixologiyasını dəyişmək üçün qanunvericiliyə müddəalar əlavə oluna bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir