kend

Azərbaycandakı sonuncu yəhudi qəsəbəsi… – FOTOLAR

Baxış sayı: 1. 542

Qırmızı qəsəbə bir vaxt Qafqazın Yerusəlimi (Qüds) kimi tanınırdı. Onda qəsəbədə həyat qaynayırdı. İndi isə burada yaşayanlar qəsəbənin keçmişi haqqında xatirələrlə ovunur, çünki o qaynar çağlar çoxdan arxada qalıb. Qəsəbədə qalanlar keçib getmiş sakinlərin xiffətini çəkir və keçmişdə qalmış o insanlar üçün darıxırlar…

Qəsəbədəki balaca kafeyə bir neçə yaşlı dağ yəhudisi toplanıb. Onlar dördkünc doğranmış qəndlə tünd çay içirlər. Yəhudi dilində danışırlar. Bu dil unudulmaqda olan Qafqaz yəhudilərinin dilidir. Və Fars dili ilə İvrit dilinin qarışığından yaranıb.

Kafedə oturan yaşlı kişilərdən birinin böyük ağ bığı və qara şapkası var. O, qürurla öz əlini göstərir. Əlinin üstünə gül şəkli tatu vasitəsi ilə həkk olunub: “Mən bu gülü əlimin üstünə döydürərkən çox cavan idim. 20 yaşım vardı. Bu tatunu ona görə döydürdüm ki, qocalanda gəncliyimin ilkin çağlarını yada salım”.

The Cafe in Qirmizi (Photo: Yoav Keren)

Qırmızı qəsəbədəki kafe

Kafedə 2 ədəd üzəri süni materialla örtülmüş stol var. Burada – Boyük Qafqaz sıra dağlarının ətəklərində qış çox soyuq olur. Köhnə “Lada” – o daha çox təkərlərin üzərində hərəkət edən konserv bankasına oxşayır – ağlar gündə görünən söyüd ağacının altında dayanıb. Azərbaycan yollarında “Lada”ları çox görərsiz, tez-tez həmin “Lada”lar son dərəcə bahalı avtomobillərlə yan-yana şütüyür.

Qırmızı qəsəbə İsraildən kənarda mövcud olan iki yerdən biridir ki, orada yalnız yəhudilər yaşayır. Birinci belə yaşayış məntəqəsi Nyu-Yorkda yerləşir. Orada 3-4 minlik yəhudi icması var. Ancaq orada da günortalar küçədə kimsəni görməzsən.

Qırmızı qəsəbənin bir çox sakinlərinin Moskvada biznesləri var. Onlar bu qəsəbəyə bayramdan-bayrama gəlirlər. Qəsəbənin mərkəzində Zerax İlayevin boş qalmış nəhəng mülkü var. Onun 3 milyard dollarlıq varidatının olduğu söylənilir.

A tattoo to remember my youthful days (Photo: Yoav Keren)

“Əlimdəki döyməyə baxıb, gəncliyimi xatırlayıram…”

Sanki qəsəbənin havasına, köçüb İsraildə, ABŞ-da yaşayan nəvələrin, uşaqların, gənclərin həsrəti çöküb. Bu həsrət bir vaxtlar “Qafqazın Yerusəlimi”ndə yaşanmış qaynar həyata görə çəkilir.

Ancaq Qırmızı qəsəbədə həyat hələ də davam edir. Burada göz oxşayan yerlər çoxdur. Yerli qəbiristanlıqda olmaq arzusu bizim hər işin öhdəsindən məharətlə gələn bələdçimiz Elçin Mahmudovun arzusu idi. O, anasının məzarını ziyarət etmək istəyirdi.

Qəbiristanlıqda əsas diqqət çəkən məqam odur ki, qara mərmər çəkilmiş baş daşlarının üzərindən sənə dünyasını dəyişmiş insanların şəkillərdə donmuş baxışları boylanır. Kişi, qadın, uşaq sifətləri yan-yana sıralanıb.

Burada adət belədir. Mərhumun sinə daşı 1 il ərzində ağ plastik materialla örtülür. Bir sinə daşının üzərində quş fiquru var. “Bu, o deməkdir ki, mərhum özündən sonra uçaq qoyub getməyib, yəni sonsuz olub”, – deyə bizim bələdçimiz izahat verir.

Biz ailə məzarlığının qarşısında dayanırıq. Ana, ata, 7 yaşlı oğul, 5 yaşlı qız 10 il əvvəl Rusiyada baş vermiş təyyarə qəzasında ölüb. Mərmər lövhədə ailə ilə birlikdə “Boeing 737”-nin şəkli həkk olunub.

 (Photo: Yoav Keren)

Təyyarə qəzasına uğramış ailənin son mənzili…

Yolun aşağısında ötən əsirdən qalma köhnə qəbirlər var. Bəzilərinin qəbir daşları sınıb, bəzilərinin üzərindəki yazılar oxunmaz olub. Qəbiristanlığın keşikçisi olan Həzi İvritdə olan qəbirüstü yazını tərcümə etməyimi rica edir: “Burada uyuyan qadın Qubada qəddar kafirlər (və ya qeyri-yəhudilər) tərəfindən öldürülüb. Nisanın qızı Şunamit 5678 (1918-ci il)”.

Quba Azərbaycanda öz xalçaları və alma bağları ilə tanınır. Qudyalçayın boyunca yer alır. Çay qışda quruyur, istilər düşəndə isə dağların qarı əriyir və çayın suyu o qədər artır ki, ətrafı basır.

889836901002929801016yes1130.jpg (431 KB)

Qubanı Qırmızı qəsəbə ilə 3 körpü birləşdirir. Bu körpülərdən biri “Məhəbbət Körpüsü” adlanır. Ona ailə qurmaq istəyən gənclərin görüş yeri də demək olar. Adətən burada subay yəhudi gənc və xanım üz-üzə gəlir.

“Qızlar öz anası ilə bu körpüdən keçirlər”, – deyə Əli izah edir: “Gənc oğlanlar isə çayın kənarından boylanır. Əgər oğlan hiss etsə ki, qız onu bəyənib, onda oğlanın valideynləri qızın valideynlərini ziyarət edir və “qızınızı oğlumuza istəyirik”, deyirlər”.

Dünyanın başqa yerlərində gender proqramlarında belə şeylər normal qarşılanmaya da bilər. Ancaq Azərbaycanda bu üsul hələ də yaxşı işləyir. Körpünün küncündə isə şəhərin şadlıq sarayı var. Burada sünnət də etmək olar, böyük düyün də… Şadlıq Evinin içində Yerusəlimdə yerləşən Ağlama Divarı (yəhudilər üçün müqəddəs ziyarətgah) öz əksini tapıb…

The town wedding venue (Photo: Yoav Keren)

Qırmızı qəsəbədəki şadlıq evi

“Bəs bəylə-gəlinə hədiyyə olaraq nə verirlər?”, – biz bələdçidən soruşuruq. “Əlbəttə ki, pul… Ən azı 100 manat”, – bələdçi deyir. 100 manat təxminən 60 dollar edir…

Qafqazda toy-düyün xüsusi önəm daşıyır

Yerli restoran toy günü üçün gərəkən hər şeyi özü alır. Menyuda yumşaq (qanlı) kababdan tutmuş düşbərə və dolmaya qədər hər şey var. Burada yolqırağı restoranlardan tutmuş Bakıdakı dəbdəbəli restoranlara qədər hər yerdə ləzzətli kabab yemək olar. Ətlə müxtəlif ədviyyatların qarışığı olan dolma isə adətən üzüm və ya kələm yarpağına bükülür.

889836601000100980652yes1130.jpg (288 KB)

Qırmızı qəsəbə…

Süfrədə nə desən var. Xiyar turşusundan tutmuş zeytuna qədər, pomidordan albalıya qədər… Üstəlik alkoqol və tar-kamanın müşayiəti ilə azəri musiqisi… Və bütün bunlar cəmi 22 dollara başa gəlir. Pis deyil…

Azərbaycanda yəhudilərə ehtiram göstərilir

Azərbaycan şiə-müsəlman ölkəsidir. Azərbaycanlılar İran əhalisinin də ən azı 25 faizini təşkil edir. Ancaq buradakı insanlar İsraili sevir. Bəli, biz Azərbaycandan neft alırıq, onlara silah satırıq (silahlar arşında İron Dome sistemi də var, həmin sistem ermənilərlə təmas xəttində quraşdırılıb). Ancaq bu sevgi sadaladıqlarımdan irəli gəlmir.

Yerli yəhudilərlə hörmətlə davranırlar. Bakıda isə yerli yəhudilər milli geyimdə narahatlıq hiss etmədən gəzirlər. Hazırda belə şeyləri heç Parisdə də, elə Avropanın digər şəhərlərində də görə bilməzsən.

A Synagogue with magnificant carpets (Photo: Yoav Keren)

Qırmızı qəsəbədəki Sinaqoq…

Yerli yəhudilərin Azərbaycan üçün gördüyü işlər barədə plakatlar gözə dəyir. Albert Agrovic – gənc yəhudi 1990-cı ildə Ermənistanla Azərbaycan arasında gedən Dağlıq Qarabağ savaşında şəhid olub. Buradakı kafedə – ora çayxana da deyirlər – divara başqa bir plakat da asılıb. “Qırmızı ordu” Hitlerin neftlə zəngin Qafqaza girməsinin qarşısını alır və Qafqazda yaşayan yəhudilərin də faşistlər tərəfindən qətledilməsi baş tutmur.

Yəhudi dilində dua kitabı…

Sovet dönəmində Qırmızı qəsəbədə 11 sinaqoq olub. Ancaq məbədlərin qapısı bağlı qalmışdı. SSRİ-nin yeganə dini kommunizmlə bağlı idi. İndi isə dağ yəhudiləri öz etiqadlarına tapınıblar, öz evlərində öz adət-ənənələrinə uyğun şəkildə yaşayırlar. Şabat gününü və ya Yom-Küpür (Kəffarə günü) bayramını oruc və tövbə ilə qeyd edirlər. Onların çoxu bu günlərin niyə qeyd olunduğunu belə bilmir.

“Əgər, sən buradakı yəhudidən soruşsan ki, sən niyə Şabat günün qeyd edirsən, o, deyəcək ki, çünki babam mənə belə deyib”, – deyə Əli məsələyə aydınlıq gətirir.

Qirmizi's grand Synagogue (Photo: Yoav Keren)

Qırmızı qəsəbədəki böyük sinaqoq…

Hazırda Qırmızı qəsəbədə iki sinaqoq var. Ancaq onların ikisi də fəaliyyətdədir. Biz orada olanda böyük sinaqoq bağlı idi, ona görə də kiçik sinaqoqu ziyarət etdik. Bizə girişdə dedilər ki, ayaqqabıları çıxartmaq lazımdır. İçəri keçəndə bunun səbəbini anladıq. Məbədin döşəməsi rəngarəng və gözəlliyi heyranlıq doğuran bahalı azəri xalçaları ilə döşənmişdi. Belə xalçaların dəyəri haradasa 2.500 dollardır.

Hər gün bura 25-30 adam ibadətə gəlir. Bayram günləri xüsusi ilə qələbəlik olur. Hətta burada yəhudi dilində (dağ yəhudilərinin yerli dialekti) musəvilərin dua kitabı olan Sidur da var. Nə mən, nə də mənim xanımım dindar deyilik. Ancaq burada – Azərbaycandakı sonuncu yəhudi qəsəbəsində – biz də hamı ilə birlikdə dua etdik…

 

 

Elbəyi Həsənli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir