İnsanın bədən saatı, metabolizması və həzm sistemi qarışıq bir təsir dairəsindədir. Bu səbəblərə görə də nə yediyimiz yox, nə zaman yediyimiz də önəm daşıyır.
Amerikada həyata keçirilən araşdırmalara görə, universitetə başlayan gənclər təxminən 7 kilo çəki alırlar. Bunun səbəblərindən ikisi hazır yemək və fiziki aktivlik azlığı olduğu halda, mütəxəssislər gecə gec saatlarda yemək yeməyin, spirtli içki qəbulunun və sistemsiz yuxu saatlarının da təsirli olduğuna inanır.
İllər boyunca tibb diabet və ürək xəstəlikləri kimi xəstəliklərlə yanaşı, çəki almağın da yediyimiz yeməklərdən aldığımız kalori və bunları nə ölçüdə yandırdığımızla bağlı olduğunu sübut edib. Amma faktlar sübut edib ki, nə yediyimiz yox, nə zaman yediyimiz önəmlidir.
Zamanlama niyə vacibdir?
Çəki vermək üçün edilən dietalara baxılan zaman eyni miqdarda kalori yandırılsa da, bu kalorilərin çoxu səhər yeməyində yandırılanların axşam yeməyində yandırılanlarla müqayisədə 2,5 dəfə daha artıq çəki verdiyini göstərir.
Bir çox insan bunu gecə yeyilən yeməkdən əldə edilən kalorilərin yandırılması üçün fürsətin olmaması ilə əlaqələndirir. Halbuki canlılar yuxu halında ikən belə orqanları çalışdığı üçün enerji xərcləyir.
Bəs başqa hansı cür təsirlər rol oynaya bilir?
Səhər yeyilən yeməyi yandırmaq üçün daha çox kalori xərcləməyimizə dair sübutlar var. Amma bunun bədən ağırlığına nə qədər təsir göstərməsinə dair heç bir fakt yoxdur. Bir digər ehtimal da, gecə yeməyinin gün içindəki toplam yemək yeyilən müddəti uzatmasıdır. Beləcə həzm sisteminin bərpa və yağ yandırma fürsəti azalmış olur. Belə ki, yağ yandırma müddəti ancaq orqanlarımız yemək prosesinin bitdiyini anladığı zaman başlayır.
Bədən saatının uyğunlaşması
Amerikalı bədən saatı mütəxəssisi, bioloq Satçin Pandaya görə, yemək sistemini gün işığına görə tənzimləyən atalarımızın əksinə olaraq, ABŞ-da insanlar gün içində 15 saatlıq bir aralıqda yemək yeyir və ümumi kalorinin üçdə birindən artığını axşam 18.00-dən sonra yandırır.
Lazımi qədər yatmayan insanlar – universitetə başlayan gənclər də əsasən bu qrupa daxildilər – gecə gec yeməklə paralel, sabah da erkən qalxdıqları üçün səhər yeməyini də tezdən yeyərək, bədənin yemək yemədən keçirdiyi müddəti gedərək qısaldırlar.
Bundan başqa, az yatmaq, insanın qərar almaq və özünü idarə etmək mexanizmini pozub, qeyri-sağlam yeməklərə yönəlmə riskini artırır. “Aclıq hormonu” olaraq bilinən leptin və girelin hormonlarının səviyyəsinə təsir edib, iştahı artırır. Dolayısı ilə də çəki almağa yönəlmə artır. Bədən saatı ritmimiz, iç-içə keçmiş siqnal sistemləri sayəsində həzm və metabolizmamızla çox istiqamətli bir qarşılıqlı əlaqə halındadır. Bu, jetlaq və növbəli iş sisteminin araşdırılmasında önəmli bir detaldır.
Bəs nə etməliyik?
Yuxu və yemək saatlarımızı sistemdə saxlamaq atılacaq ən yaxşı ilk addımdır. Beləcə bədənimizdəki müxtəlif saatlar sistemli bir şəkildə işləmiş olur. Yuxu saatının sistemli olması ilə yanaşı yuxu müddəti də əhəmiyyət daşıyır. Bir insanın gündə 7-8 saat yatması lazımdır.
Eyni zamanda yemək yemə saatlarını da günün 12 saatlıq diliminə sığışdırmaq və bədənə sistemlilik, istirahət imkanı verir. İki qrupa ayrılmış siçanlarla 2012-ci ildə keçirilən bir təcrübədə bir qrupa günün sadəcə 12 saatında yemək yemək, digərinə isə istədiyi zaman yemək imkanı verilib və eyni miqdarda kalori alınmasına baxmayaraq, birinci qrupdakı siçanların obezite, diabet, ürək xəstəlikləri və qaraciyər kimi bir çox xəstəlikdən qorunduğu görülüb. Digər qrupdakılar bu xəstəliklərə yaxalandıqları halda məhdud müddətdə yeməyə başladıqları zaman yenidən sağlam hala gəlmişdilər.
Bədən saatı mütəxəssisi Pandaya görə, “Bütün canlılar 24 saat içində aydınlıq və qaranlıq sisteminə, buna uyğun olaraq da yemək və aclıq dönəmlərinə uyğunlaşacaq şəkildə inkişaf edib. Bu sistemin ən önəmli funksiyalarından biri bədənin hər gecə özünübərpa və yenilənməsini təmin etməkdir. Yəni, maşınlar hərəkət etdiyi zaman bir maşın yolunu təmir edə bilməzsiniz”.
Məhdud müddətdə yeməklə bağlı həyata keçirilən təcrübə sayı artır və ilk nəticələr olduqcq ümidverici görünür.
Kral kimi səhər yeməyii, şahzadə kimi nahar və yoxsul kimi axşam yeməyi sözü daha öncə heç bu qədər doğru görünməmişdi.