Yəqin ki, bu suala cavabınız müsbət olacaq. Elə isə təşəkkür etmək nə üçün vacibdir? Təkcə uşağınızı sevindirmək üçünmü? Təbii ki, xeyr. Valideynlərin uşaqları ilə bağlı yol verdikləri ən böyük səhvlərdən biri də uşaqlarına öz prizmalarından baxmalarıdır. Məsələn, uşağınız siz çağırdığnız üçün oyununu yarımçıq qoyub cavab verirsə və ya ondan tələb etdiyiniz bir işi yerinə yetirirsə, bu, ciddi mənada təşəkkür tələb edir. Çünki oyun uşağın işidir və o, valideyninin istəyi ilə öz işini yarımçıq qoyur. Elə isə bunu görmək və təşəkkür etmək lazımdır. Ya da sizə bir stəkan su gətirirsə, bu da təşəkkürə layiq bir işdir. Burada əsas məsələ uşağınızın sizin üçün fədakarlıq etməsi, bir dəqiqä belə olsa, vaxtını sizin üçün ayırmasıdır.
Digər tərəfdən, təşəkkür etmək bir insan kimi uşağınızın haqqıdır. Çünki ona təşəkkür etdikcə uşağınız da təşəkkür etməyi öyrənər və bu, eyni zamanda uşağınızın özünə hörmət etməsinə də imkan verər. Üstəlik, uşağınız ondan istədiklərinizi daha həyəcanla və daha həvəslə yerinə yetirər. Ancaq təşəkkür edərkən əsas məsələ valideynin ifrata varmamasıdır. Məsələn, kiçik bir iş üçün sadə bir təşəkkür də kifayətdir. Buna görə dönə-dönə təşəkkür etmək və ya uşağı lazımsız yerə tərifləmək xeyirdən çox ziyan verə bilər.
Beləliklə, uşağınız hərəkətlərinin mükəmməl olduğunu düşünməyə və zaman keçdikcə passivləşməyə başlayar. Ya da uşağa onsuz da görməli olduğu bir iş üçün təşəkkür etmək olmaz. Məsələn, yemək yemək onsuz da onun “işidir” və yemək yediyi üçün uşağa təşəkkür etmək yersizdir. Əgər bu çox vacibdirsə, uşağınıza razılığnızı ifadə etməklə də kifayətlənə bilərsiniz.