OYUNCAQ

Oyuncağın çox olması uşaqlar üçün zərərlidir?

Baxış sayı: 1. 327

Daha çox oyuncağa sahib olmaq təbii ki, hər bir azyaşlının arzusudur. Zamanında özlərinin də bu yoldan keçdiklərini yeni və fərqli-fərqli oyuncaq sevgisi ilə yatıb oyandıqlarını xatırlayan valideyinlər əksər hallarda övladlarını daha da sevindirmək üçün olnalara ən yeni oyuncaqlar almağı üstün tutarlar. Ancaq həmin valideyinlər unutmamalıdırlar ki, onların uşaqlıq çağlarında olan oyuncaq sevgisi əsasən oyuncaq çeşidindəki azlıqdan irəli gəlirdi. Digər bir sözlə, 1900-cü illərin sonunadək satılan oyuncaq çeşidi və uşaqlara alınan oyuncaq sayısı hazırki müasir zəmanəmizdə olandan dəfələrlə az idi. Nəticədə hər bayramdan bayrama oyuncaq hədiyyəsi alan azyaşlılar günümüzdə demək olar ki, hər gecə kiçik də olsa yeni bir oyuncaq həvəsinə düşür.

 

Ancaq unutmayaq ki, arzular ona çatanadək böyükdür.

Hollandiyanın paytaxt şəhəri olan Amsterdamda yerləşən və fərqli ofisləri dünyanın bir sıra ölkələrində var olan Infant Behavior and Development jurnalı körpələrin davranışları və inkişafı istiqamətində araşdırmalar aparır. Yuxarıda bəhs olunan mövzu ilə bağlı Infant Behavior and Development jurnalının maraqlı araşdırması olmuşdur. Belə ki, uşaqların oyuncaqlarla münasibətini öyrənməyə çalışan araşdırmaçılar iki qrup yaratmışdır. Bunlardan bir qrupa 4, digərinə isə 16 oyuncaq verilmişdir. Nəticə isə təəccübləndiricidir. Az oyuncağa sahib olan qrup oyunlarını daha uzun zaman davam etdirmişdir. Onlar eyni zamanda daha çox oyuncağı olan uşaqlara nisbətdə həmin 4 oyuncaqla fərqli-fərli oyunlar oynamışlar.

 

Araşdırma nəticəsi aşağıdakıları ortaya çıxarır.

1) Az oyuncağa sahib olmaq azyaşlıların xəyal gücünü artıracaqdır. Məsələn, o cizgi filmində gördüyü bir hadisəni canlandırmaq üçün əlində olan az sayıda oyuncağı həmin hadisəyə uyğunlaşdırmağa çalışacaq. Ancaq, əgər həmin uşaq bu oyuncağa sahibdirsə o zaman valideyinlər bu oyuncağı ona almaqla körpənin həmin hadisəni canlandırma istəyini əlindən almış olurlar. Nəticədə siz onların yaradıcılıq gücünü zəyiflətmiş olacaqsınız.

2) Az oyuncağa sahib uşaqlar həyata daha məntiqli və rasional yanaşmağa başlayacaqlar. Bir başqa sözlə  azla qane olma və əlindəkinin qiymətini bilməyi öyrənəcəklər. Çox oyuncağa sahib uşaqlarda bu duyğu xeyli zəyif olacaqdır.

3) Az oyuncağı olan uşaqlar eyni zamanda kitab oxumaq, rəsim çəkmək və ya boyama işlərinə daha maraqlı olurlar. Bu da onların zehninin inkişafına müsbət təsir edəcəkdir.

4) Az oyuncağa sahib olan azyaşlılar bir oyuncaqla fərqli oyunlar oynamağın yollarını axtarar və eyni zamanda həmin oyuncağa daha çox fikir yönləndirərlər. Bu isə onların problem həll etmə bacarığını artırar və diqqət dağınıqlığını azaldar.

 

oyuncaq

Son olaraq onu bildirmək gərəkdir ki, az oyuncağa sahib olan uşaqlar əksər hallarda daha çoxuna sahib olanlardan daha diqqətcil, məntiqli, qənaətcil və ünsüyyətcil olurlar. Azyaşlıları gündəlik olaraq yeni oyuncaqlarla sevindirmək onlarda razı qalmama, qane olmama və diqqət dağınıqlığı kimi xüsusiyyətlər yaradacaqdır.

Çox oyuncağı olan uşaqları daha düzgün tərbiyyə etmək üçün oyuncaqlardan bəzilərini gizlədərək onları zaman-zaman göstərmək faydalı nəticə verə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir