10676583-728xauto

Dünyanın ƏN QƏRİBƏ VƏ MARAQLI BİLGİLƏRİ

Baxış sayı: 1. 392

Saat istiqamətində hərəkət edən yeganə planet

Günəş sistemində saat istiqamətində fırlanan yeganə planet Veneradır.

 

“Google”un ilk adı

Bu gün, demək olar ki, həyatımızın bütün sahələrində yer alan internet nəhəngi “Google”un ilk adı “BackRub” olub. Müəlliflər Lerri Peyc və Sergey Brin 15 iyul 1997-ci ildə platformanın adını “Google” edib və bu formada rəsmi qeydiyyatdan keçiriblər.

 

Dünyada ən çox cinayət törədilən ölkə

Bu statusun sahibi Vatikandır. 2017-ci ildə ölkədə yaşayan əhalinin sayı 1000 olub. Vatikanda hər il təxminən 600 cinayət faktı qeydə alınır.

 

Ən çox film çəkilən ölkə

Dünyada hər il ən çox film çəkilən ölkə, bilinənin əksinə, ABŞ deyil, Nigeriyadır. Ölkədə film sektoruna “Nollywood” adı verilib. Nigeriyada hər həftə, ortalama olaraq, 50 film çəkilir.

 

Günəş qara dəliyə çevriləcəkmi?

Sadəcə müəyyən bir çəkiyə malik ulduzlar qara dəliyə çevrilə bilər. Günəş isə teorik olaraq qara dəliyə çevriləcək ölçüdə deyil. Elm adamlarının fikrincə, Günəş bundan sonra hələ 5 milyard il də Yer planetini və Günəş sistemini isitmə vəzifəsini daşıyacaq.

 

Ən çox pramidanın olduğu ölkə

Bir çox insan dünyada ən çox piramidanın tikildiyi ölkənin Misir olduğunu zənn edir. Lakin ən çox piramidaya ev sahibliyi edən ölkə Sudandır. Bu ölkədə 220 ədəd piramida var.

 

3 ürəyi, 9 beyni olan heyvan

Səkkizayaqlı ilbizin səkkiz ayağı olduğu kimi, 3 ürəyi və 9 beyni var.

 

Ən isti planet

Günəş sisteminin ən isti planeti Veneradır. Bu planetin səthində havanln temperaturu 450 dərəcədir.

 

Zebraların zolaqları hansı işə yarayır?

Təxminən 150 ildir ki, maraq doğuran bu suala Bristol Universitetində cavab tapılıb. Araşdırmaya görə, zebraların zolaqları ölümcül xəstəliklər daşıyan at milçəklərindən qorunmaq üçün işə yarayır.

 

Təyyarələrin uçuşundan sonra arxasında buraxdığı izlər

Səmaya baxdıqda təyyarələr uçduqdan sonra arxasında ağ rəngdə iz buraxdığını görə bilərsiniz. Bu izlərin yaranma səbəbi təyyarə motorlarında sıxılan qazların yüksək istilik ilə havaya buraxılmasıdır. Bu qazlar atmosferdə soyuq hava ilə təmasa keçəndə bərkiyir və buz kristallarına çevrilir.

 

Kosmosda ağlamaq mümkündür?

İnsan olduğu hər məkanda ağlaya bilər. Bunun mümkünsüz olduğu tək məkan isə kosmosdur. Kosmosda ağlasanız belə, gözünüzdən yaş axmayacaq.

 

Yerlə Marsda çəki fərqi

Yerdə qravitasiya qüvvəsinin sayəsində 90 kq çəkiyə malik olan bir insan Marsda sadəcə 35 kilo olacaq.

 

Təyyarədəki yeməklərin dadı niyə fərqli olur?

Təyyarədə səyahət edərkən hər gün yediyiniz yeməklərdən belə sifariş etsəniz, həminki dadı hiss etməyəcəksiniz. Bunun olduqca qəribə səbəbi var. Oksford Universitetinin professoru Çarlz Speynsə görə, havada nəmin azlığı və təzyiqin aşağı olması yeməklərin dadında fərq yaradır.

 

Qara dəliklər niyə kosmosu udmur?

Elm adamlarının gəldiyi qənaətə görə, qara dəliklər kainatın tərsinə, yəni içə doğru genişləyirlər. Genişləndikcə də böyüyürlər. Bunun sirri hələ də tapılmayıb. Kainatın müxtəlif tarazlığı və kosmos-zamanın bükülməsi ehtimalı nəzərə alındıqda, qara dəliklərin aşağıya doğru genişləndiyi ehtimalı var. Buna görə də qara dəliklərin kainatı udmaq ehtimalının olmadığı düşünülür.

 

Marsda neçə yaşınız olardı?

Əgər Yer kürəsində 15 yaşınız varsa, Marsda yaşasaydınız, bu rəqəm 8 olacaqdı. Çünki Marsda 1 il 686,9 günə bərabərdir.

 

Oksigen nə rəngdədir?

Oksigen qaz halında olan qoxusuz və rəngsiz maddədir. Lakin maye və bərk hala keçdikdə mavi rəngdə görünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir