Bakı Avropanın gözəl şəhərləri sırasında hesab olunur. Bunu həm öz vətəndaşlarımızdan, həm də paytaxtımıza gələn turistlərdən tez-tez eşidirik. Bizim vəzifəmiz bu gözəlliyi qoruyub saxlamaqdır. Təəssüf ki, bir çox hallarda şəhərimizin görünüşünə xələl gətirən davranışların da şahidi oluruq. Hara gəldi tüpürmək, yerə saqqız atmaq, sönmüş siqaret kötüyünü zibil qutularına deyil, küçəyə tullamaq… Bu kimi xoşagəlməz davranış sərgiləyənləri cərimələmək olarmı? Məsələn, İtaliyada 2015-ci ildə qanun qəbul olunub. Orada belə şəxslər ciddi pul cəzasına məruz qalırlar.
Bu mövzuyla bağlı sosioloq Əhməd Qəşəmoğlu və Milli Məclisin deputatı Fazil Mustafanın fikrilərin oyrəndik.
Əhməd Qəşəmoğlu bildirir ki, bizdə də ictimai yerləri zibbiləyənlərin, xoşagəlməz və ürəkbulandıran davranışlara yol verənləriin cərimələnmasinə böyük ehtiyac var:
“Hər bir xalqın davranışı eyni zamanda o xalq haqqında fikir yaradır. Vətəndaşlar zibili hara gəldi atanda ilk növbədə özümüz üçün pisdir ki, şərəmizi çirkləndirir və və səliqəsiz edirik. İkincisi, tursitlərdə bizimlə bağlı pis fikir yaranır. Onlar deyir ki, bu xalq təmizkar deyil. Əgər şəhər natəmiz olursa, 5 ulduzlu otel belə olsa, yeməxanada yemək istəmirsən. Fikirləşirsən ki, bu yeməkləri də o pinti insanlar hazırlayır.
Qloballaşmanın sürətlə getdiyi, ölkələrin bir-birinə daha çox diqqət ayırdığı və turistlərin gəlib-gedən vaxtında bu məsələ diqqət mərkəzində olmalıdır. Biz çalışmalıyıq ki, davarnışımızla ölkənin nüfuzunu qaldıraq. Sosiologiyada davarnış mədəniyyəti deyilən bir anlayış var. Biz çalışmalıyıq ki, bu mədəniyyət bizdə yüksək olsun. Bu davarnışa təsir edən 3 mühüm amil var: mühit, insanların aldığı informasiyanın məzmunu və insanların üstünlük verdiyi dəyərlər.
Deməli əgər biz bu gün davarnışımızla bağlı arzuolunan halda deyiliksə, burda mühitin günahlarını axtarmalıyıq. Eyni zamanda, bilməliyik ki, insanlarımıza verdiyimiz informasiyanı, maarifləndirmə işimizin və təhsil sitemimizin hansı günahları var”.
Sosioloq deyir ki, bu sahədə təkliflə problemlər həll olunmaz:
“Dövlətimiz bu sahədə sosial işlər görməlidir. Hər halda problem yazıçı, jurnalist, yaxud deputatın təklifi ilə həll olunmaz. Gərək biz mütəxəssilərin iştirakı ilə cox ciddi elmə əsaslanmış fəaliyyət proqramı hazırlayaq. Orda da məlum olacaq ki, maarifləndirmə işimiz düz getməlidir, qanunvericilikdə hansı dəyişikliklər olmalıdır, hüquq-mühafizə orqanları bu işə nə cür qoşulmalıdır, hətta din xaidimləri bu barədə nə müsbət iş görə bilərlər. Valideyn və məktəbin tərbiyəsi də nəzərədə tutulanda, bu olur fəaliyyət proqramı. Sonra da həyata keçirilir. Təssüf ki, bu sahədə boşluq var”.
Depuat Fazil Mustafayev xoşagəlməz davranışı mədəni səviyyə ilə əlaqələndirir:
“Bu kimi problemlərin qarşısını almaq üçün mədəni səviyyəni artırmaq lazımdır. Həmçinin, həmin şəxslərə cəza tətbiq olunmalıdır. Belə cəzalar İnzibati Məcəllədə nəzərdə tutulub. Yerə zibil atmaq, tüpürmək problemi bütövlükdə mədəni səviyyə ilə bağlıdır. Ona görə də bu kimi məsələlərə daha çox mənəvi məsələ kimi baxmaq lazımdır. Yəni şəhəri zibilləmək yanlış addım sayılmalıdır. İnsanlar özləri buna reaksiya verməlidirlər”.
Deputat vətəndaş reaksiyasının önəmini vurğulayır:
“Baltikyanı ölkələrdə hər hansı parkı zibilləyən adama birinci vətəndaş reaksiya verir. Bizdə isə vətəndaş reaksiya verəndə çoxları həmin adamı linç etməyə çalışır, çünki onu qoruyucu mexanizm yoxdur. Biz elə etməliyik ki, hər hansı bir vətəndaşla bağlı belə bir problem olanda, onun qoruyucu mexanizmi tapılsın”.
Novruz NOVRUZLU