Hazırda kondinsionerlər yaşayış sahəsini sərinlətmək və ya qızdırmaq təyinatı üçün alınsa da, ilk kondinsioner 1902-ci ildə amerikalı Uillis Karer tərəfindən havanın soyudulması üçün yox, mətbəələrdə rütubətə qarşı havanı qurutmaq mqəsədilə icad edilmişdi.
İllər keçsə də, kondinionerin havanı qurutması təsiri hələ də qalıb. Bu isə həmin otaqda yaşayan, yatan insanlarda gözlərin qızarması, dermatit, allergiya, burun tutulması, zökəm kimi fəsadlar yaradır.
Uzun müddət istifadə olunan və ya qışda söndürülüb yayda isti düşən kimi işə salınan kondinsionerlər havaya filtrdə toplanmış toz, göbələk və parazitləri də havaya vurur və dəri, nəfəs yolları vasitəsilə insana ötürülür.
Filtri çirklənmiş kondinsionerdən sizin və daha çox uşaqların nəfəs yolları, ağız içi, göz selikli qişası, dərisi göbələklə bakterial infeksiyaya yoluxur. Uşaqlarda konyuktivit, astma bronxit, dermatit, ekzema, rinit kimi xəstəliklər yaranır. Nəfəs yollarına düşən toz. göbələk və bakteriyalar daxili orqanlarda iltihab yaradır, qanı zəhərləyir, limfaları tutur.
Ona görə də kondinsonerləri mütəmadi yumaq və təmizləmək lazımdır. Bunu siz özünüz də edə bilərsiz.
Əgər kondinsioneri yandıran kimi qoxu hiss edirsizsə, daxili blokundan su süzürsə, kənar səslər eşidilirsə, deməli, onun təmizlənmək vaxtı çoxdan yetişib.
Kondinsioneri təmizləyərkən maska və əlcək taxmaq mütləqdir ki, onu açanda buxar və tozla zəhərli maddələr keçməsin.
-Üst qapağı açıb, filtr çıxarılır və təmiz su ilə yuyulub qurudulur.
– Kondinsioner ventilyasiya rejimində yandırılır və içinə və hava filtrinə kondinsoner təmizləmək üçün satılan maddə fısqırdılır.
– Jalüzləri təmiz əski və xüsusi təmizləyici vasitə ilə diqqətlə təmizlənir, su ilə yuyulur.
– Fitr yerinə qoyulub, qapağı bağla
– Kondinsionerin müdafiə qapağı (üz səthi) çıxarılıb, su şırnağı altında təmiz yuyur.