seyahet

Səyahətə çıxmaq istəyənlər üçün ipucları

Baxış sayı: 1. 302

Yay ayı istirahət ayıdır. Məzuniyyət götürüb səyahətə çıxmağı planlaşdırırsınızsa və hər şeyin qaydasında olmağını istəyirsinizsə oxumağa dəyər.

 

Bu yazıda mütəxəssislərin verdiyi məsləhətləri ümumiləşdirərək səyahətə çıxmağı planlaşdıranlara təqdim edirik.

Beləliklə, səyahətə çıxmadan öncə oxumalı olduğunuz bəzi ipucları:

 

Səyahətə çıxarkən ilk növbədə yanınıza az əşya alın. Çantanızda nə qədər vacib və lazımlı əşya az  olsa, bir o qədər yaxşıdır. Səyahətə gedərkən 5 cüt ayaqqabı, ütü, dəst-dəst paltarlara heç bir ehtiyac  yoxdur. Çantanız nə qədər az və yüngül olarsa, bir o qədər rahatlıq deməkdir. Çünki çox yüklə hava limanında gözləməli olduğunuz vaxtı da unutmayın. Bir çanta az vaxt itkisi deməkdir. Bundan əlavə,  getdiyiniz ölkədən daha çox xatirə gətirməyiniz üçün az yüklə çıxmaq daha faydalıdır. Hava limanında olan qaydaları da unutmayın. Hər ölkənin özünə görə qaydaları var. Yük seçərkən mütləq məlumatlı olun.

Səyahət kitabçalarını götürməkdənsə, sizə lazım olan yerlərin sürətini çıxardın və həmin yerlərə getdikcə kağızları atın. Texnoloji yeniliklərdən də istifadə edə bilərsiniz. Səyahət kitabçalarının e-versiyasını da əvvəlcədən telefonunuza yükləyə bilərsiniz.

Uşaqlı ailələrin olduğu gözləmə sıralarına girməyin. Kostyum geyinən iş adamlarının sırasında durun. Çünki iş adamlarının yoxlamadan keçməsi uşaqlı ailələrə nisbətən daha sürətlidir.


Getdiyiniz ölkənin dilində bir neçə kəlmə də olsa  söz öyrənin. Çünki, insanlar onların dilində danışmağa cəh edənlərlə daha xoş davranırlar.

Əgər səyahətə turla getmək istəmirsinizsə, səyahətinizi özünüz planlaşdırın.Turizm şirkətlərini araşdırın. Ən sərfəli biletləri və səyahəti təklif edənlərlə danışın. Getdiyiniz yerdə rahat gəzmək üçün ən yaxşısı maşın kiraləyin.  Səyahət edəcəyiniz ölkə haqqında əvvəlcədən məlumatlı olun, mədəniyyətini, kulinariyasını araşdırın.

İstirahətdən daha çox həzz almaq üçün tək gəzməyə üstünlük verin. Belə olanda həm yeni insanlarla ünsiyyət qurmuş olursunuz, həm də sizin zəhlənizi tökən, ancaq öz istəyini  yerinə yetirməkdə israr edən yoldaşlardan uzaq durursunuz.

Kapişonlu geyimlərə üstünlük verin. Çünki papağınızı hər yerdə unuda bilərsiniz. Kapişonlu geyim səyahət zamanı daha çox işinizə yarayar. Həm də getdiyiniz yerdə lazımsız işıqlardan da gözünüzü qoruya bilərsiniz.

Təyyarədə vegeterian yeməklərinə üstünlük verin.   Özünüzü yüngül hiss etmək üçün tərəvəzli yeməklərə üstünlük verin. Həm də getdiyizi ölkənin təamlarından dadmaq üçün  mədənizdə yer də qalar.

Sükut sizin üçün qızıl dəyərindədirsə, mütləq səyahət çantanızda qulaqcıq olmalıdır.  Həm də getdiyiniz yerdə artıq səs-küydən canınız qurtarar.

Əgər səyahətiniz uzunmüddətlidirsə, mütləq yanınızda internetə bağlanan bir cihaz olmalıdır. Tabletlər işinizə daha çox yarayacaq. Çünki həm az yer tutur, həm də çox sadədir.  Bir çox yerlərdə WiFi-dan da yararlana bilərsiniz. On-line xəritələr, GPS üçün internet bağlantınızın olmağı çox vacibdir.

Əgər uşaqlarla birlikdə səyahətə çıxmısınızsa onlar üçün yanınızda az yer tutan, amma əyləncəli vasitələr götürün. Bu bir tablet və ya daşınan DVD-player də ola bilər. Bununla həm uşaqların başını qatmış olarsınız, həm də uşaqlar yolun cansıxıcı olmağını hiss etməzlər və sizin üçün problem yaratmazlar.

Şal və ya enli şərf çantanızda mütləq olsun. Üşüdüyünüzdə örtük, yağış yağanda kapişon, çimərlikdə dəsmal, yeri gələndə pərdə, belinizə taxdığınızda ətək kimi sizə çox faydalı olacaq.

Oturduğunuz yerdən durarkən mütləq ətrafınıza göz gəzdirin. Çünki pul qabı, sənədlər həmişə belə yerlərdə düşür.

Paltarları çantaya rulon şəklində bükərək yığın. Onda  həm az yer tutar, həm səliqəli qalar. Paltarı qatlayanda izini itirmək üçün ütüyə mütləq ehtiyac olur. Səyahətdə isə ütünü daşımaq artıq yük deməkdir.

Qarşınızdakını başa salmaq üçün bədən dilindən istifadə edin. Bəzi adamlar qarşısındakı onu başa düşməyəndə qışqıra-qışqıra nəyisə izah etməyə çalışır. Bundansa bədən dilinizdən istifadə edərək başa salmaq daha səmərəlidir. Dünyanın hər yerində bədən dilini anlayırlar.

Pul qabı və bel çantası-ikisi bir yerdə olanlardan istifadə edin.

Oğruların, cibgirlərin çantalarınızı götürüb qaçmaması üçün bütün qabaqlayıcı tədbirləri alın. Pulunuz, sənədləriniz belinizə bağlı çantada olarsa, daha təhlükəsiz  gəzə bilərsiniz.
Getdiyiz hoteldə heç vaxt pul xırdalatmayın, ya da dəyişməyin. Bu sizə baha başa gələcək. Ondansa, pullarınızı valyuta dəyişmə məntəqələrində xırdalayın. Ən yaxşısı yanınızda kartın olmasıdır. Dünyanın hər yerində ATM-lər mövcüddur.  Həm də kartınız oğurlandıqda bankla telefon əlaqəsi saxlayaraq kartı dondurmaq mümkündür.

Yuxu rejiminizə nəzarət edin. Getdiyiniz ölkənin yuxu rejiminə adaptasiya olmağa çalışın.

Həşəratlardan qoruyan kremlər alın.

Getdiyiniz yerdə sizi həşəratların dişləməsindən qoruyan kremlərdən istifadə edin. Tropik ölkələrdə xüsusilə bunlara ehtiyac  var. Beləliklə, həm də təhlükəsuiz şəraitdə gəzmiş olarsınız.
Səyahətdə olarkən nə danışdığınıza fikir verin. Ətrafda sizin dili başa düşəcək insanlar ola bilər.
Optimist olun və gülümsəyin. Səyahət edərkən əlbətdə kiçik problemlər çox olacaq. Əhvalınızı heç vaxt pozmayın.

Hər şey zamanla həll ediləcək. Getdiyiniz yerdə fürsətlərdən maksimal yararlanın. Gəzin, kef edin, optimist olun. Axı siz dincəlməyə gəlmisiniz.

news




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir