Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var. Bu barədə məlumat verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin sözlərinə görə, bu göstəricilər qadınlar arasında daha yüksəkdir:
“Qadınlar arasında dəmir çatışmazlığı 34,1, anemiya 38,2, hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb”.
Xəstəliyin ilkin göstəriciləri ilə bağlı danışan həkim-pediatr Vaqif Qarayev bildirdi ki, qanın tərkibində hemoqlabin səviyyəsinin aşağı olması anemiya deməkdir.
Pediatr qeyd edir ki, anemiyanın yaranm səbəbləri çoxdur:
“Körpə uşaqlarda ilk ağıla gələn məqam dəmir çatışmazlığıdır. Dəmir orqanizmə normal şəkildə daxil olmayanda ciddi problemlər yarana bilər. Hemoqlabin orqanizmdə oksigenin daşıyıcısıdır. Ona görə də qanda fiziki baxımdan hemoqlabin az olanda deməli bədəndə də oksigen az olur. Xüsusilə uşaq orqanizmində bu göstəricilər daha tez nəzərə çarpır.
Anemiya xəstəliyi olan uşqlarda müxtəlif əlamətlər var. Bu xəstəlikdək əziyyət çəkənlər tez yorulur, süst və yuxulu, bəzən isə əsəbi olurlar. Məktəb yaşında olduqları zaman oxuya bilmirlər, yaddaş və intellektdə problemlər olur. Dəri rəngini itirir, saçlar tökülür və dişlərdə problemlər yaranır. Fol tuşusu və B12 çatışmazlığı olanlarda da anemiya xəstəlikləri ilə qarşılaşırlar”.
Həkimin sözlərinə görə, körpə vaxtlardan hər bir uşağın qanın ümumi analizini verilməsi vacibdir:
“Uşaq xəstə olmasa belə bu analizlərin verilməsi vacibdir. Qanın ümumi analizi zamanı həkim ilkin qərar verə bilər. Analizin cavablarında bütün parametlər görsənir”.
Həkim əlavə edir ki, irsi, genetik anemiyalar da var. Bu zaman heç də etmək olmur:
“Amma kimdəsə dəmir çatışmazlığı və ya B12 vitamini az olduğu üçün anemiya xəsətliyi olur. Bunun üçün də vaxtında müalicə prosedurlarını yerinə yetirmək lazımdır.
Düzgün və keyfiyyətli qidalanma olduqca vacibdir. Qida bütün dünya ölkələrinin prioritetidir. Son illər çox ciddi təhlüklələr var, həyəcan təbili çalınır, hətta Ümumdünya Səhiyyə Təşkilatı öz məlumatlarını bütün ölkələrə verir. Keyfiyyətli qida məhsulları günbəgün azalır. Tərkibində dəmirlə zəngin qida maddələri var.
Bu qidaların qəbulu çox vacibdir. Xüsusilə böyüyən orqanizmin lazımlı və keyfiyyətli qidaları qəbul etməsi əsas faktdır. Bu zaman uşaqlarda anemiya və digər xəstəliklərin aşkarlanması aradan qalxa bilər”.