mekteb psixoloqu

Məktəblərdə psixoloq problemi – EKSPERTLƏR çıxış yolundan danışır?

Baxış sayı: 1. 017

Dərs ilinin başlaması özü ilə bərabər təhsil sistemində olan bir sıra problemləri də gündəmə gətirir. Ötən dərs ilində məktəblərdə yaşanan müxtəlif xoşagəlməz hallar məktəb psixoloqu işinin əhəmiyyətini bir daha qabardır.

 

Bəs məktəblərdə bu sahədə vəziyyət necədir?

Bu gün məktəblərdə psixoloqlar normal fəaliyyət göstərə bilirlərmi?

Mövzu ilə bağlı danışan Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov bildirir ki, məktəblərdə psixoloji xidmət yox dərəcəsindədir:

“Ümumiyyətlə, psixologiya varlı cəmiyyətin elmidir. Məktəb psixoloqunun normal fəaliyyəti üçün qayadalara uyğun otağı – kabineti olmalıdr. Bu gün 6-8 və ya 16 kvadrat metr olan ən xırda, gözdən uzaq bir otaq verməklə, ya hansısa başqa işçi ilə bir yerdə oturdaraq psixoloqa şərait yaradıldığını demək gülməlidir. Məktəb psixoloqlarının kabinetinin təhcizatında heç nə yoxdur. Bu sahədə mövcud olan ciddi testlərin və s. heç biri Azərbaycan mühitinə uyğun deyil. Hətta Ümuməktəb nizamnaməsində psixoloq haqqında bir maddə, yeni “Məktəbdə psixoloji xidmət haqqında Əsasnamə” də mövcud deyil”.

A.Kərimov bildirir ki, psixoloq üçün hansı maaş ayrılırsa, o maliyyədə də mütəxəssis alırlar.

Onun szölərinə görə, 250-300 manat maaşla psixoloq fəaliyyəti olmur:

“Kim 250-300 manatlıq maaşa işləyirsə, mütləq başqa gəlir yeri olmalıdır. Sosial-psixoloji treninq keçirəndə nə qədər dəftərxana malları gedir. Məktəb bunları təmin etmir. Ümumi götürəndə bizdə məktəb psixoloqunun fəaliyyəti yoxdur. Bir neçə elit məktəblər var ki, həmin məktəblərdə yaradılan şəraitə görə psixoloqlar işləyir. Həm özü inkişaf edir, yeri gələndə pasiyentini də qəbul edə bilir. Eləsi var ki, qiymətləndirirlər və psixoloq da işləyir. Elə psixoloqlar var ki, məkktəbdə bütün uşaqları tanıyır”.

A.Kərimov qeyd edir ki, bəzi məktəb direktorları psixoloqu katibə gözündə görür, təfəkkürü psixoloji işin nə olduğunu dərk edə bilmir.

Image result for Məktəblərdə psixoloq problemi

Məktəb psixoloqu mütləq olmalıdır

Məktəblərdə psixoloq işinin nə dərəcədə vacibliyi məsələsinə gəlincə müsahibimiz bildirib ki, müasir dövürdə məktəbdə bu sahə mütləq vacibdir:

“Bu gün sovet dövründəki kimi valideyn 5-8 saat işləyib evinə qayıtmır. Varlı və kasıbından asılı olmayaraq, istənilən valideyn 10-12 saaat işdə vaxt keçirir. Uşağına vaxt ayıra bilmir. Uşaqların bir çoxu öz xarakterlərini açıqlamır. Ona yanaşma tərzini nə valideyn, nə də müəllim bilmir. Bu zaman psixoloq lazımdır. Bu gün məktəblərdə psixoloqun korreksiya işi ilə bağlı demək olar ki, iş aparılmır. Səbəb də şəraitsizlikdir. Hiperaktivlik, diqqət çatışmazlığı problemi olan uşaqların sayı çoxdur. Ailələrdə vaxtilə çox uşaq olurdu. İndi iki uşaq olduğundan ərköyün uşaqlar çoxdur. Bu uşaqlarla işləmək psixolqun vəzifəsidir. Müəllim onlara vaxt ayrısa, dərsini keçə bilməyəcək. Valideyn də uşaqğının problemini tam şəkildə dərk edəcək mütəxəssis deyil”.

Image result for Məktəblərdə psixoloq problemi

Təhsil eksperti Kamran Əsədov bildirir ki, bu gün məktəblərdə psixoloq ştatı olsa da, psixoloqlar öz işlərini görmürlər. Onun sözlərinə görə, uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər də bunu sübut edir:

“Orta məktəblərdə çalışan psixoloqlar öz işlərini bilmirlər. Məktəb psixoloqları əksər məktəblərdə öz işləri ilə deyil, kənar işlərlə məşğul olurlar. Bir çox məktəblərdə psixoloqlar kağız aparıb-gətirir, məktubların qeydiyyatını aparırlar və s. Halbuki müasir dövrdə psixoloq ştatı məktəblərdə ən vacib olan ştatlardan biridir. Onun vəzifəsi də mühümdür. Bizim məktəblərdə psixoloqlara ehtiyac var. Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər uşaqlar arasında intiharlar artır. Bu, uşaqların həyata hazır olmaması, çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə depressiya müşahidə olunur. Bu problemlərin əsas səbəbi bizim məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir. Məktəb psixoloqlarının fəaliyyətində problemlər var. Ola bilsin ki, aldıqları təhsilin səviyyəsi onlara bu işi görməyə imkan vermir və ya onlar işlədikləri kollektivdə özlərini tapa bilmirlər. Məktəb psixoloqlarının funksiyaları aydın şəkildə işlənilməlidir”.

Ekspert bildirir ki, əgər ali təhsil müəssisəsində çalışan müəllim köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək. O hesab edir ki, problemin kökündən və sistemli şəkildə həlli üçün ilk növbədə psixologiya ixtisası mövcud olan ali təhsil müəssisələrində çalışan müəllim heyətinə psixologiya elminin müasir dövrdə tələbləri və yeniliklər barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları, treninq və seminarlar təşkil olunmalıdır:

“Əgər ali təhsil müəssisəsində çalışan müəllim köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək. Ali məktəblərdə psixologiya elminin qanunauyğunluqlarına və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmalıdır. Bu işin təşkili məktəb psixoloqlarının və sosial işçilərinin yetişməsində çox böyük təsir gücünə malikdir. Belə olan halda məktəbə gələn psixoloq peşəkar kompetensiyaya malik olacaq və işini dövrün tələblərinə uyğun şəkildə qura biləcək”.

Ekspert qeyd edir ki, bu gün qanuna edilən dəyişikliklər və əlavələr öz nəticəsini bir neçə ildən sonra göstərə biləcək:

“Məktəb psixoloqlarının hansı tələblərə cavab verməsi müəyyənləşdirilməlidir. Bu tələblərdən irəli gələrək məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqram işlənilməli, hazırlanmalıdır. Təklif edirəm ki, məktəbdə psixologiya fənni keçirilsin. Hər yaşa uyğun psixologiya dərslikləri olardı. İbtidai siniflər üçün də həmçinin. Onsuz da psixoloqlar ibtidai siniflərlə də iş aparırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir