Bəs ehtirasınızın nəyə olduğunu bilmirsinizsə nəticəsi necə olacaq?
Bu sadəcə karyeranın başındakı insanlar üçün deyil, xoşlamadıqları işlərdə illərini xərcləyən insanlar üçün də keçərli bir problemdir.
Sıxıcı və məmnun etməyənməcburiyyətlərə düşmək isə olduqca asandır. “Rich Dad, Poor Dad” (Varlı ata, yoxsul ata) kitabının yazıçısı Robert Kiyosaki qorxu, hirs və şəxsi eqoların bir insanın tutqularını kəşf edilməsində ən böyük maneə olduğunu bildirir.
İnsanlar ya yeni şeyləri sınamaq, yeni macəralara qatılmaqdan qorxur, ya da bəzi hirslərə qapılıb gerçək özlərini görməzdən gəlirlər. Bu hər bir insanın zaman daxilində düşdükləri çətinlikdir.
Aşağıda bəhs ediləcək üsullar gerçək ehtirasların kəşf edilməsinə köməkçi ola bilər.
ÖZÜNÜZƏ 3 SUALI YÖNƏLDİN
Ehtiraslarınızı kəşf etmək sandığınızdan daha asan ola bilər. Sualları özünüzə qarşı dürüst şəkildə cavablandırdığınızda, həyatınızın geri qalanında nə etmək istədiyinizə daha asanlıqla qərar verə biləcəksiniz.
- Hansı mövzu üzərində heç sıxılmadan 500 kitab oxuya bilərəm?
- 5 il ərzində heç bir şəkildə ödəniş almadan nəyi xobbi kimi edə bilərdim?
- Maddi cəhətdən heç bir ehtiyacım olmasaydı nə işlə məşğul olardım?
Əgər hazırda həyatınızda olan bir şeyi etməməyi xəyal belə edə bilmirsinizsə bu bir ehtirasdır.
Bunun sizə maddi qarşılığı olmaya bilər. Mükəmməl olmaq məcburiyyətində deyilsiniz.
Dözə bilmədiyiniz, maraqlı olmadığınız işləri sıralayın
Həqiqətən bağlı olduğunuzu düşündüyünüz işləri ayırd etmək üçün istəmədiklərinizi dəqiqləşdirməlisiniz. Həmçinin həsəd apardığınız insanların da kimliyini dəqiqləşdirmək bu mövzuda sizə kömək olacaq. karyerasında uğurlu olan insanların nələr etdiklərini araşdırın və ortaq nöqtələrini tapmağa çalışın. Sizin istəkləriniz məhz həmin nüanslarda ola bilər.
İlham bəzi insanları anidən ziyarət edə bilər. Bu zaman isə anidən həyatdan nə istədiklərinizi sehirli bir şəkildə kəşf edə bilərsiniz. Ancaq əksər insana bunun üçün mübarizəyə ehtiyac vardır.
Həqiqi istəkləriniz özlərini bir gündə açığa vurmaz, ancaq kiçik maraqlarınızı kəşf etməklə ortaya çıxar. Bunun üçün əsas olan zehninizi oxuya bilmək və analiz etməyinizdir. Öz həyatınıza fərqli perspektivdən baxmağa ehtiyacınız var. Ətrafınızda xobbisi olan biriləri varsa onlarla vaxt keçirmək sizə öz maraqlarınızı kəşf etməyə kömək ola bilər.
Kiçikkən nələri etməkdən zövq aldığınızı xatırlayın
Uşaq olan zaman bəlkə də hansısa hekayələr yazıb və ya nələrsə çəkmisiniz. Uşaqkən etdiyiniz işləri xatırlamağa çalışın və onları qeyd edin.
Xüsusilə iş tapmaq və həyatınızı qurmaq üçün çətinliklə oxuduğunuz məktəb və ya universitet həyatı bu xobbinizi sizə unutdurmuş ola bilər.
İlk olaraq düşünməlisiniz ki, əvvəl elədiyiniz işləri, fəaliyyətləri indi etsəydiniz xoşbəxt olardınızmı?
Bunu dərindən düşünərək dəftərinizə qeyd edin. Əgər cavabınız “hə”dirsə onda bunları inkişaf etdirib həyatınızın mərkəzinə qoymaq fikrini tətbiq etməyə çalışın.
Çox yaşlı olduğunuzu xəyal edin. Həyatınızın son 20, 30 və ya 50 ilini nə edərək keçirmək istəyərdiniz?
Bu sual da sizin həyatda özünüzə istiqamət tutmağınıza kömək olacaq.
Yeni fəaliyyətlər kəşf etməyə çalışın.
Həqiqi sevgiləri tapmaq yeni fəaliyyətləri kəşf etməkdən keçər. Çünki insanlar sıfırdan başladıqları işlərə xüsusi sevgilərini verirlər. Bu səbəbdən fəaliyyətinizə bağlanaraq daha da yeni işlər tutmağa çalışın.