Bədənimizin bəzi hissələri digərlərindən daha sürətli yaşlanmağa başlayır. Türkiyəli plastik cərrah Məltəm Ayran mövzu ilə əlaqədar əhəmiyyətli açıqlamalar verib.
Hüceyrələrin özünüyeniləmə qabiliyyətinin azalması və metabolizm üzərində nəzarəti itirməsinə yaşlanma deyilir. Bu prosesdə “ölən” hüceyrələrin yenilənməsi xeyli ləngiyir və onlarda toksik zülallar yığılmağa başlayır. Digər tərəfdən hüceyrələr yağ və şəkər kimi qidaları yetərincə mənimsəyə bilmədiyi üçün metabolizm qabiliyyəti azalır və şəkərli diabetin yaranması ehtimalı güclənir. Plastik cərrahın sözlərinə görə, orqanların və bədən üzvlərinin qocalması prosesi insanda fərqlidir.
O, qocalma əlamətlərini belə sıralayıb:
Üz dərisi
Üzün yaşlanmasını ləngitmək üçün doğru yağ əleyhinə olan krem və digər vasitələrdən istifadə etmək lazımdır. Sözsüz ki, düzgün qidalanma da önəmlidir.
Əllər
İnsanın yaşını əlləri ələ verir. Nəmləndirmə və düzgün baxım əllərin yaşlanması prosesini gecikdirir.
Gözətrafı
Həmçinin göz qapaqları və göz ətrafı dəri çox incə toxumaya malikdir. Zamanla gözətrafı əzələ və toxumalar zəifləyərək gözlər daha kiçik görünməyə başlayır, göz qapaqları isə aşağı çökür
Boyun və dekolte
Boynumuz günəş şüalarına daha çox məruz qalır. Odur ki, günəşin mənfi təsirlərindən qaçmaqda fayda var.
Saç
Saçların ağarması onun yaşlandığını göstərən tək amil deyil. Saçların tökülməsi, zəifləməsi və parlaqlığını itirib quruması da yaşlanmasını bildirən əlamətlərdir. Qarşısını almaq üçün saçların daimi qulluğa ehtiyacı var, saçları tez-tez darayın, həftədə iki dəfə yağ maskası tətbiq edin.