İntensiv məşq və saunada rahatlaşdırıcı buxardan sonra bədəndə maye azalır. Bu isə bir çox xəstəliklərin yaranmasını sürətləndirir. Bəs susuzluğu necə aradan qaldırmaq olar?
Su, filtrasiya və yan məhsulların daşınmasına, eyni zamanda böyrəklərin təmizlənməsinə kömək edir. Böyrəklərin funksiyası filtrasiya prosesini davam etdirmək üçün qanda su miqdarının kifayət qədər olmadığında dayanır. Xroniki dehidratasiya (bədənin susuz qalması) böyrək funksiyasının azalmasına gətirib çıxarır. Mövcud olan pozğunluqları nəzərə aldıqda bu ehtimal daha da yüksəlir. Odur ki, hidratasiya xəstəliklərdən qorunmanın açarıdır. Kifayət qədər su içmək selikli qişa hüceyrələrini nəm saxlayır və immun sisteminin daha effektiv işləməsinə səbəb olur.
Bu yazıda oxucularımızı bədəni tez şəkildə canlandırmağın yolları ilə tanış edirik.
Tərəvəz və meyvələrin 88-99 faizi su ehtiva edən faydalı qidalardır. Suxari və çipsidə isə 1-9% maye var. Çiyələk, qovun, portağal, üzüm, yerkökü, kahı, kələm və ispanaq çox miqdarda su ehtiva edən tərəvəz və meyvələr arasındadır. Bəzi mütəxəssislər dondurulmuş meyvə-tərəvəzin də eyni təsir göstərdiyini söyləyir.
Xüsusilə qızdırma, tərləmə və ishal yolu ilə həddən artıq maye itirmisinizsə, evdə hazırlanan bəzi qarışıqlar maye və elektrolit ehtiyaclarınızı ödəməyə kömək edə bilər. Məsələn, 1 litr suya 6 çay qaşığı şəkər və 1 çay qaşığı duz əlavə edin və həll olunana qədər qarışdırın. Gün ərzində bu qarışığı içə bilərsiniz. Ancaq həkiminizlə məsləhətləşməq mütləqdir.