Psixoloji

Pandemiyanın psixoloji təsirlərindən necə çıxacağıq?

Baxış sayı: 980

Xüsusi karantin rejimi təbii ki, insanların əsəblərini tarıma çəkir, pessimistləşdirir, evə qapanma ümidsizlik, gərginlik yaradır.

Müşahidəçilərin fikrincə, koronavirus pandemiyasından və karantin rejimindən sonra psixoloqlara tələbat artacaq. Ümumiyyətlə, dünya və biz pandemiyanın psixoloji təsirlərindən necə çıxacağıq?

Psixoloq Fərqanə Mehmanqızının bildirdiyinə görə, insanların əhval-ruhiyyəsində, ovqatında dəyişikliklər qaçılmazdır.

Fərqanə Mehmanqızı: “Bir ildə iki qəbul imtahanı verən uşaqda ...

Onun fikrincə, karantin rejimində aqressivlik, bədbinlik, ümidsizlik halları artır: “Bir çox insanların işləri, planları yarımçıq qalıb, bəziləri bu aylarda nəzərdə tutduğu layihələrini həyata keçirə bilmirlər.

Yəni  həyat dayanıb,  hərəkətlilik yoxdur. Bu da monotonluq yaradır. İnsanlar etmək istədiyi, lakin reallaşdıra bilmədiklərini ürəyinə salırlar.

Üstəlik, koronavirusla əlaqədar insanların özlərindən və yaxınlarından qorxusu var, həssas xarakterə malik adamlarda daha çox narahatlıq olur. Bütün bunlar üst-üstə gələndə isə beyində partlayış baş verir”.

F.Mehmanqızı insanların qış fəslindən çıxdığını da nəzərə almağı vacib sayır: “Qışdan çıxmışıq, günəşə ehtiyacımız var. Amma evdə oturmuşuq. Bu da insan psixologiyasına təsir edir. Ümumiyyətlə, fəsil dəyişkənliyi depressiya yaradır.

Eyni zamanda maddi ehtiyacı olan bir çox insanlarda daxili sıxıntılar meydana gəlir. Bundan başqa, xroniki depressiya, somatik depressiya artmaqdadır, artacaq. Ona görə də karantindən sonra psixoloji cəhətdən reabilitasiyaya ehtiyac olacaq”.

Psixoloq hesab edir ki, hər kəs bu xaosdan öz psixoloji vəziyyətinə uyğun çıxmağa çalışır: “Digər tərəfdən aqressiv insanların aqressiyası artıb.

Həmçinin  böyüklərin davranışı uşaqlara da təsir edir. Bu,  yetkinlik yaşında psixoloji baxımdan problemlər yarada bilər.

Necə ki, Bakıda güclü zəlzələ olanda psixoloji fəsadlarını görmüşdük, eləcə də pandemiyanın nəticələrini 10-15 yeni şəxsiyyət korreksiyasında görəcəyik”.

F.Mehmanqızının sözlərinə görə, bu günlərdə psixoloqlara müraciətlər artıb: “Uşaqların evə qapanması da onlara təsir edib.

Yəqin ki, məktəblərdə psixoloji təlimlər də keçiriləcək. Arzu edək ki, xalqımızın üçün hər şeyin ən yaxşısı olsun. Əsas odur ki, bu xaosdan sağ çıxaq”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir