usaqlar

Uşaqlar üçün sosial bacarıqların nə kimi əhəmiyyəti var?

Baxış sayı: 1. 186

Sosial bacarıqlar fərdin cəmiyyətdəki məsuliyyətini icra etmək məqsədilə yerinə yetirdiyi davranışlardan ibarətdir. Sosial bacarıqlar qazanılmış davranışlardır. Bu bacarıqları yaxşı mənimsəməyin ən səmərəli yollarından biri isə oyunlardır. Uşaqlar müxtəlif səbəblərdən ya sosial bacarıqları əldə edə bilmirlər, ya da malik olduqları bacarıqları nümayiş etdirməkdə çətinlik çəkirlər.

Adətən yaşıdları ilə müqayisədə zəif sosial bacarıqlara malik olan uşaqda aşağıdakı hallara rast gəlinir.

Diqqətini toplamaqda çətinlik çəkir, hiperaktivlik və aqressivlik göstərir, jest, mimika kimi qeyri-verbal ünsiyyət elementlərini oxuya bilmir, nitqi zəif olduğu üçün sosial münasibətlər qura bilmir, təlimdən geri qalır.

 

Etik qaydalara və ictimai davranış normalarına riayət etməmək, ünsiyyət və əməkdaşlıq edə bilməmək, qarşısındakı insana empatiya duya bilməmək, öz hiss və emosiyalarını lazımi qaydada ifadə edə bilməmək kimi çatışmazlıqlar uşaqların sosial münasibətlərinə ciddi mənfi təsir göstərir. Odur ki, erkən yaşlardan uşaqlara sosial bacarıqların aşılanması həyati əhəmiyyət kəsb edir.

s

Sosial bacarıqların uşaqlar üçün bir çox faydası var:

✔Təlim prosesi uşaqlar üçün asanlaşır çünki uşaqlarda özünəəminlik, müstəqil işləmək, sərbəst qərarlar qəbul etmək potensialı yüksək olur;

✔Dostları, sinif yoldaşları və müəllimləri ilə düzgün münasibət qura bilir;

✔Sosial məsuliyyət anlayışını (yardımlaşma, bölüşmə, qaydalara riayət emək və s.) anlayır və əməl edir;

✔Özünü idarəetmə bacarıqları (emosiyalarını tənzimləmək, tənqidə və tənbehə dözümlü olmaq) formalaşır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir