azer bagirov

Depressiya 2020-ci ilin xəstəliyi kimi – PSİXİATR YAZIR

Baxış sayı: 1. 312

Depressiya xəstəliyinin 2020 ci ildən sonra cəmiyyətdə ən sıx görülən xəstəlik olması ehtimal edilir.

Özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması depressiyanın birinci major böyük əlamətidir.

İkinci major əlamət isə anhedoniyadır. Bu halda insan daha əvvəl zövq alınan iş və fəaliyyətlərdən, hətta cinsi əlaqədən belə zövq ala bilmir, sanki, hər şey anlamsız və mənasız gəlir. Depressiyadakı insanlar səhər yuxudan ayıldıqlarında günə başlama istəyini özlərində tapa bilmirlər

Əqli funksiyalar da, depressiyadan mənfi təsirlənir. Qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu intellektual işlərlə məşgul olan insanlarda özünü daha belirgin göstərir, diqqətlərini işlərinə vermək və sürdürmək qabilliyyətləri pozulduğu üçün, iş qabilliyyətləri aşağı düşür

Bundan başqa

– işdə, məktəbdə, ailə və dostları ilə əsassız yerə münaqişə və problemlər;

– digər insanlardan uzaqlaşma, tək qalma istəyinin olması və özünə qapanmaq;

– enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə;

– yuxu pozğunluğu: yuxunun dincəldici olmaması və ya yuxusu olduğu halda yuxuya getmədə çətinlik, gecə tez-tez oyanma halları;

– iştahsızlıq və yaxud əksinə çox yemək;

– səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək

– gələcəklə əlaqəli ümidsizlik;

– işdən əli üzülmək və heç bir iş görə bilməmə;

– intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini

düşünmək depressiya xəstəliyinə yaxalanmış insanlarda xəstəliyin irəliləməsi ilə birlikdə ortaya çıxan əlamətlərdir

Depressiyada olan bəzi insanlar özünü mualicə üçün spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsinə və ya sakitləşdirici dərmanları istifadə etməyə yönələ bilərlər

depressiya

Depressiya bəzən səbəb olmadan birdən meydana çıxır. Bəzən isə stressli bir həyat hadisəsindən sonra başlayır. Bir dəfə başlayıb çox uzun müddətdə çəkə bilər (hətda bir ömür boyu) ya da qısamüddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir, nə isə etməyə çalışsalar belə həvəs və motivasiya hiss etmirlər, hər şey mənasızmış kimi gəlir. Depressiyada olduğunuzu bilmək üçün ifadə olunan əlamətlərin hamısının eyni anda sizdə olması lazım deyil.

Unutmayın ki, depressiyaya xəstəliyinə hər kəs yoluxa bilər,bu qədər  tez tez rast gəlinməsi səbəbindən depressiya xəstəliyinə “Psixiatriyanın qripi” deyilir.

Hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə. Depressiya bir xəstəlikdir, iradə zəifliyi və ya gücsüzlük deyildir.

 

Psixiatr, Uzman Həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir