tenha

Qadınların tənhalıq problemi

Baxış sayı: 1. 082

Tənha qadın — tez-tez bu sözü eşidirik. Dəli şairlərin, çılğın yazarların romantikalarının qəhrəmanları. Ən həzin musiqilərin həsr obyekti. Bununla yanaşı bir çox faciələrin qurbanı olan  tənha qadınlar. İntiharlar, uçurumlar, məhv olmuş həyatlar, çarəsizlər, yorulmuşlar- Tənha qadınlar. Daimi payızlar, sərin göz yaşları, yanan ürəklər-  Tənha qadınlar.  Bütün bunlar səbəbsiz deyil. Bəs səbəblər nədir? Tənhalıq hissi necə yaranır?  Necə qurtulmaq olar bu hissdən?  Elə biz də bu səbəbləri öyrənmək üçün psixoloq Könül Telmanqızı ilə görüşdük.  Könül xanım bizə bu haqqda ətraflı məlumat verdi.

 

Tənhalıq hissi psixoloji haldır. Tənhalıq hissi bir neçə hissəyə bölünür.  Əslində tənha yaşamaq tənhalıq hissinin psixoloji halına girmək demək deyil. Çox zaman tənhalıq hissinə qapılan qadınlar övladı tərəfindən atılmış, sevgilisi və yaxud həyat yoldaşı tərəfindən tərk edilmiş və s. qadınlardır. Elə qadınlar var ki, həyatda hər bir şeyle təmin olunub, lakin özünü yenə də tənha hiss edir. Belə xanımlar  mütləq psixoloqa müraciət etməlidir. Evli qadınların da bu hissdən əziyyət çəkmələri  onunla bağlıdır ki, onlar  yaxınlarından, həyat yoldaşlarından özünə heç bir diqqət görmür.  Belə xanımlar özlərini nüfuzsuz fiqura bənzədir. Elə hesab edirlər ki,  onların maraqları diqqət mərkəzindən kənarda qalır. Ailədə qarşılaşdıqları laqeyd münasibətə görə xanımlarda tənhalıq hissi baş qaldırır.

KONUL Telmanqizi

Bu hissi yaşayan xanımlarda  ilk növbədə yaşamağa heç bir maraq qalmaz və sevgi hissi azalır. Belə insanlar daim sevgi diqqət həsrətində olduqları üçün özləri ilə çox danışırlar. Bu da belə insanlarda yuxusuzluq, iştahanın pozulması (çox zaman əksi), özünü yorğun hiss etmə halları, evdən çölə çıxmaq istəməmələri, depressiya baxımsızlıq kimi hallarla nəticələnir. Tənhalıq hissi intihara, stressə səbəb ola bilər. Bu hissdən qurtulmaq mümkündür. İnsan iradəsindən çox şey asılıdır. Öncə insan özündə güc taparaq həyat eşqi ile yaşamağa başalamalıdır. Ətrafına diqqətlə baxmalıdır və düşünməlidir ki, hər şey onun düşündüyü kimi deyil. Hərdən belə insanlar elə hesab edirlər ki doğmaları da onları istəmir, bu cür qadınlar səbirli və nə istədiklərini bilməlidir. Bu da onların düşdüyü psixoloji vəziyyətdən aslıdır. Bele xanımlar çalışmalıdırlar ki, qardiroblarını imkan daxilində yeniləsinlər və imiclərində dəyişiklik etsinlər. Onda görəcəklər ki, həyatlarıda özləri belə planlaşdırmadan dəyişməyə başlayıb.

Könül xanım həmçinin bildirdi ki, son zamanlar ona bu problemlə bağlı müraciət edən insanlar çoxalıb və onlara bəzi məsləhətlər verilir. Müraciət edənlər arasında xanımlarla bəylər bərabərlik təşkil edir. Yəni demək olmaz ki, bu hissdən yalnız xanımlar əziyyət çəkir. Bəylər və xanımlar arasında keçirdiyim sorğuya görə əsasən sevgi arzusunda olanlar və bu hissi yaşamaq istəyənlər tənhalıq hissindən əziyyət çəkir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir